Icma.az
close
up
RU
Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin Polkovnikdən TƏKLİF

Ali məktəblərdə hərbi kafedralar bərpa edilsin Polkovnikdən TƏKLİF

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvəffəqiyyətlə bitirərək zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olan ali təhsilli müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına leytenant hərbi rütbəsi veriləcək.

Bu, Milli Məclisin bu gün keçirilən iclaslında “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara edilən dəyişiklikdə əksini tapıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında hərbi ekspert, polkovnik Üzeyir Cəfərov bildirdi ki, bu müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursuna adətən ali təhsilli gənclər ərizə yazır və zabit olmaq arzusunu bildirirlər.

"Onlar Müdafiə Nazirliyinin və ya digər güc strukturlarının - Silahlı Qüvvələrin tərkibində olan Dövlət Sərhəd Xidmətinin, Daxili Qoşunların zabit hazırlığı kurslarına göndərilirlər. Həmin kursu müvəffəqiyyətlə bitirən şəxslər zabit kimi həqiqi hərbi xidmətə daxil olurlar. Onlar hərbi xidmətə daxil olarkən, yəni kursu müvəffəqiyyətlə bitirdiklərinə görə, leytenant hərbi rütbəsi alırlar və bağlaşma əsasında həmin qurumların sıralarında xidmətə başlayırlar. Həmin xidmət dövründə, yəni leytenant kimi məcburi qaydada 12 aylıq hərbi xidmətə çağırıldıqlarına görə, 9 ayın tamamında təqrir və raport yazaraq yenidən kursa göndərilirlər. Fiziki və digər göstəriciləri uyğun gəldiyi təqdirdə, onlar kursa daxil olurlar, leytenant rütbəsi alırlar və bir il altı ay xidmət etməli idilər. İndi isə bu müddət bir ilə endirilir. Daha doğrusu, ali təhsilli şəxslərin xidmət müddəti azaldılır. Yəni onlar yalnız zabit kimi, dövlətin onlara sərf etdiyi kurs müddətində vəsaitin bir növ ödənilməsi kimi, Vətən qarşısında birillik xidmətə cəlb olunurlar. Buna görə də onların xidmət müddəti azaldılır. O ki qaldı leytenant rütbəsinin verilməsinə, bu, əvvəl də belə idi. Yəni mənim aləmimdə burada hər hansı bir yenilik yoxdur. Onsuz da leytenant hərbi rütbəsi verilirdi. Ola bilsin, bəziləri kursu müvəffəqiyyətlə bitirmədiklərinə görə kiçik leytenant, bəzilərinə isə gizir rütbəsi verilirdi. İndi isə yazılıb ki, leytenant hərbi rütbəsi verilir. Onsuz da elə verilirdi".

Müsahibimiz bu istiqamətdə özünün təkliflərini də irəli sürdü.

"Gəlin ali təhsil ocaqlarında oxuyan, yəni bakalavr pilləsində təhsil alan gənclərimizə də hərbi dərslər keçək və onlar ehtiyatda olan leytenant kimi hərbi xidmətə gəlsinlər. Burada bir neçə amil var. Amillərdən biri odur ki, dövlət artıq əlavə vəsait ödəməyəcək. Çünki tələbə oxuduğu müddətdə hərbi kafedrada müəyyən kurs keçəcək və ona ehtiyatda olan leytenant rütbəsi veriləcək. Artıq ali təhsili başa vurduqdan sonra o, hərbi xidmətə gəldikdə leytenant rütbəsində orduya daxil olacaq və ən azı bir il müddətində zabit kimi xidmət edəcək. İstəsə bağlaşma əsasında hərbi xidmətdə qalacaq, istəməsə zabit kimi xidmət etdikdən sonra təxris olunacaq. Bu, əlbəttə ki, müsbət haldır. Təsəvvür edin ki, gənclər dörd il universitet təhsili alırlar, lakin heç bir hərbi hazırlıq keçmirlər. Hərbi xidmətə çağırıldıqda isə dövlət onlara yenidən əlavə vəsait və vaxt sərf edir, kurslara göndərir və burada da müəyyən xərclər yaranır. Mənə elə gəlir ki, onlar xidmətə gələnə qədər müəyyən mərhələdən keçməli, yəni ehtiyatda olan leytenant rütbəsini artıq hərbi xidmətə qədər almalıdırlar. Bu barədə düşünmək lazımdır.

Belə götürdükdə, mən burada hər hansı bir yenilik görmürəm, çünki hərbi rütbə onsuz da verilirdi. Mənim övladlarımdan biri də ali təhsilli kimi hərbi xidmətini başa vurdu, sonra 9 ayın tamamında raport yazaraq kursa getdi, imtahanları müvəffəqiyyətlə verdi və bu gün də zabit kimi orduda xidmət edir. Burada mən yenilik görmürəm. Sadəcə bunu yenilik kimi təqdim edənlər yaxşı olardı ki, tələbələrin hərbi xidmətə qədər olan dövrü barədə daha dərindən düşünsünlər. Mənə elə gəlir ki, dövlət də bundan çox böyük uduş əldə edəcək", - deyə polkovnik vurğuladı.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:178
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Dekabr 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri