Icma.az
close
up
RU
İmtahanlarda test dövrü bitsin Ekspertlərdən MARAQLI TƏKLİF

İmtahanlarda test dövrü bitsin Ekspertlərdən MARAQLI TƏKLİF

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Ali təhsil müəssisələrində imtahanların formatı ilə bağlı müzakirələr hər zaman aktual əhəmiyyət kəsb edib. Belə ki, bəzi universitetlər test üsuluna üstünlük verdiyi halda, digərlərində yazılı və ya şifahi imtahanlar tətbiq edilir. Bu fərqlilik isə tələbələr arasında imtahan yükü, qiymətləndirmənin ədalətliliyi və biliklərin real ölçülməsi ilə bağlı müxtəlif yanaşmaların formalaşmasına səbəb olur. Test imtahanlarının daha tez və nisbətən asan cavablandırılması, bəzən bilikdən çox əzbərin ön plana çıxması ilə tənqid edildiyi halda, yazılı imtahanlar materialların həcmi və cavabların ətraflı izah tələbi baxımından daha ağır hesab olunur.

Məsələ burasındadır ki, imtahan formatı yalnız tələbələrin nəticələrinə deyil, eyni zamanda tədrisin ümumi keyfiyyətinə də birbaşa təsir göstərir. Hansı qiymətləndirmə üsulunun bilik və bacarıqları daha obyektiv və dolğun şəkildə üzə çıxardığı, tələbəni düşünməyə və analitik yanaşmaya təşviq etdiyi isə əsas müzakirə mövzularındandır.

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil tədqiqatçısı Elmin Nuri bildirib ki, ilk olaraq, sessiya, yay və qış semestr imtahanlarında test və elektron test imtahanlarından tədricən imtina edilməlidir.

“Sevindirici haldır ki, universitetlərimiz artıq bu istiqamətdə addımlar atırlar. Çünki universitet, universitetdir və onun missiyası, məramı fərqlidir. Universitetdə imtahana tələbə abituriyent gözü ilə deyil, oxuduğu ixtisas üzrə özünü gələcək kadr namizədi kimi baxaraq gəlməlidir. İmtahanı gələcək əmək bazarına hazırlıq mexanizmi kimi dərk etməlidir”.

Mütəxəssis həmçinin vurğulayıb ki, tələbə imtahana “bunu da verim, keçim” prizmasından yox, ona özgüvən və peşəkar inam qazandıran bir proses kimi yanaşmalıdır:

“Məhz bu baxış bucağı formalaşanda imtahanın mahiyyəti, onun tələbənin gözündəki mənzərəsi tamamilə dəyişir. Yalnız bu zaman tələbə anlayır ki, test imtahanı faktların əzbərlənib qısa müddətli yaddaşda saxlanılaraq cavablandırıldığı mexanizmdir və bu, onun üçün uzunmüddətli baxımdan o qədər də faydalı deyil”.

E.Nuri təəssüflə qeyd edib ki, tələbələrimizin əksəriyyəti hələ də bu cür düşünmür:

“Onların çoxu üçün imtahan prosesi “nə olursa olsun, bunu aşım, keçim” yanaşması üzərində qurulub. Əminliklə demək olar ki, bəzi tələbələr imtahan verdikdən sonra həmin fənn üzrə biliklərinin 90, bəzən isə 99 faizini çox qısa müddətdə unudurlar. Halbuki həmin fənn bizim ixtisasımızın vacib tərkib hissəsidirsə, bu biliklər uzunmüddətli şəkildə yaddaşımızda qalmalıdır”.

O, həmçinin diqqətə çatdırıb ki, qeyri-ixtisas fənləri üçün bu yanaşma müəyyən qədər qəbul edilə bilər:

“Lakin ixtisas fənləri ilə bağlı buna yol vermək olmaz. Çünki məhz bu biliklər gələcəkdə bizim peşəkar fəaliyyətimizdə bizə dayaq olacaq, necə deyərlər sözün əsl mənasında “əlimizdən tutacaq”. Təəssüf ki, biz bu məqama yetərincə diqqət ayırmırıq.

Məhz bu səbəbdən yazılı imtahanlar bizim üçün olduqca vacibdir. Yazılı imtahanlar tələbənin analitik düşünmə qabiliyyətini, biliklərinin keyfiyyətini və özünü ifadə etmə bacarığını test imtahanları ilə müqayisədə xeyli daha yaxşı üzə çıxarır. Test imtahanları isə bu imkanlardan əsasən məhrumdurlar. Bunu tam əminliklə deyə bilərəm”,- deyə E.Nuri qeyd edib.

Saytımıza açıqlamasında təhsil eksperti Elçin Əfəndi isə ali təhsil müəssisələrində imtahanlar əsasən yazılı və ya test üsulu ilə təşkil olunduğunu vurğulayaraq, bildirib ki, son illərdə bu iki üsuldan konkret biri tətbiq edilir:

“Bəzi universitetlərdə imtahanlar tamamilə test əsasında aparılır və yazılı imtahan nəzərdə tutulmur, digərlərində isə demək olar ki, yalnız yazılı imtahan keçirilir. Ümumilikdə baxdıqda, nəticələrin məzmunlu qiymətləndirilməsi baxımından yazılı imtahanın üstünlükləri daha çoxdur”.

E.Əfəndi də hesab edir ki, yazılı imtahan tələbəni əzbərçiliyə deyil, mövzu üzrə analitik düşünməyə, bilik və bacarıqlarını ifadə etməyə sövq edir:

“Bu zaman tələbənin yazı bacarığı, mövzunu anlama səviyyəsi və müstəqil fikir yürütmə qabiliyyəti daha obyektiv qiymətləndirilir. Əsas məqsəd subyektiv deyil, obyektiv qiymətləndirməyə nail olmaqdır. Test üsulunda isə tələbələr əsasən əzbərləməyə meyilli olur və öz fikirlərini ifadə etməkdə çətinlik çəkirlər”,- ekspert bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:146
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Yanvar 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see304

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see278

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see278

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see267

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see261

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see247

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see241

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see237

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see232

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see227

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see226

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see224

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see213

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see212

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see205

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see198

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see196

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see190

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri