Icma.az
close
up
RU
Menu

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

"Sabah" ÇL də neçəncidir?

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

Ekspertlərin “savadsız müəllim” davası Haqlı kimdir?

Ekspertlərin “savadsız müəllim” davası Haqlı kimdir?

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ildə müəllimlərin sertifikasiya imtahanları ətrafında yaranan müzakirələr təhsil sistemindəki problemlərin miqyasını bir daha üzə çıxardı. Bu proses təkcə pedaqoji bacarıqların yoxlanması deyil, eyni zamanda cəmiyyətin təhsilə baxışını, ictimai gözləntiləri və sistemin struktur problemlərini üzə çıxaran güzgüyə çevrildi. İki əsas mövqe arasında sərt fikir qarşıdurması yaranıb: biri savadsız müəllimlərin sistemdən çıxarılmasını tələb edir, digəri isə sosial ədalət və dəstək zərurətini vurğulayır. Haqlı tərəfi müəyyənləşdirmək isə asan deyil.

Təhsil eksperti Kamran Əsədov imtahan nəticələrinin acınacaqlı mənzərə yaratdığını və bəzi müəllimlərin elementar biliklərə belə sahib olmadığını bildirir. Onun sözlərinə görə, 50 sualdan cəmi 30-na belə cavab verə bilməyən şəxsə “müəllim” demək mümkün deyil: “Bu adamlar təhsil vermir, vaxt öldürürlər. Onların sinif otağında qalması uşağın potensialını və gələcəyini oğurlamaq deməkdir. Təhsil sistemini bu cür məsuliyyətsiz insanlardan təmizləmək bizim borcumuzdur. Əgər bir müəllim imtahandan keçə bilmirsə və bunu sualların çətinliyi ilə izah edirsə, o zaman bu illər ərzində şagirdlərinə nə öyrədib?”

Kamran Əsədov 

Kamran Əsədov güzəşt çağırışlarına sərt cavab verir: “Sertifikasiya təhsil sistemində son ümid nöqtəsidir. Bu imtahanı zəiflətmək, keçid balını azaltmaq, sualları sadələşdirmək istəyənlər təhsilin deyil, savadsızlığın tərəfdarıdırlar. Əgər bir müəllim öz fənnindən xəbərsizdirsə, o, artıq bu sistemdə yer almamalıdır. Məktəb sosial yardım yeri deyil. Orada yalnız bilikli, əxlaqlı və işinə məsuliyyətlə yanaşan müəllimlər olmalıdır”.

Sosioloq Lalə Mehralı isə məsələnin başqa bir tərəfinə diqqət çəkir. O, müəllimlərin imtahana psixoloji və sosial cəhətdən hazır olmadığını vurğulayır. Onun sözlərinə görə, bir çox pedaqoqlar dərs prosesini yarımçıq qoyaraq testə fokuslanmağa məcbur olublar: “İllərlə ucqar kəndlərdə çalışan, az imkanlarla tədris aparan müəllimləri, sadəcə, bir imtahana əsasən ”savadsız" elan etmək nə dərəcədə doğrudur? Əlbəttə ki, yüksək nəticə göstərənlər təqdir olunmalıdır. Amma 30-40 bal toplayanları aşağılamaq, sistemdən uzaqlaşdırmaq yanlışdır".

Lalə Mehralı 

O bildirir ki, məsələ yalnız müəllimlərin bacarığında deyil. Əgər ali məktəbdən məzun olmuş, 10 il dövlət məktəbində işləyən müəllim bu gün 30 bal toplaya bilmirsə, burada sistemin də ciddi payı var: “Pedaqoji təhsil, metodika, ixtisasartırma kursları və təkmilləşmə mexanizmləri köklü şəkildə yenilənməlidir. Müəllimi günahlandırmadan əvvəl onu yetişdirən mexanizm sorğulanmalıdır”.

Təhsil eksperti Elmin Nuri isə məsələni daha obyektiv və texniki baxımdan qiymətləndirir. Onun fikrincə, imtahandan kəsilən müəllimlərə geniş imkanlar yaradılıb. İkinci dəfə imtahan vermək, ödənişsiz təlim və seminarlar, hətta minimal keçid balı ilə belə işdə qalmaq imkanları tanınıb: “60 sualdan 30-na cavab verən müəllim yalnız işində qalmaqla kifayətlənmir, həm də maaş artımı qazanır. Bundan artıq hansı humanist addım ola bilər? Əgər bu qədər imkan yaradıldıqdan sonra müəllim hələ də nəticə göstərə bilmirsə, onun məktəbdə qalması təhsilin özünə ziddir”.

 Elmin Nuri 

E.Nuri qeyd edir ki, hazırda sertifikasiyadan keçə bilməyən 7 min müəllim var və bu müəllimlər on minlərlə şagirdin həyatına təsir edir. “Sertifikasiya savadsızların qarşısını almağa yönəlib. Bu təkcə yoxlama deyil, həm də seçim və inkişaf vasitəsidir. Bu gün bəziləri emosiyalara qapılıb müəllimləri müdafiə edir, amma heç kim düşünmür ki, həmin müəllimlərin sinfində təhsil alan uşaqların taleyi nə olacaq. Təhsildə güzəştin yeri yoxdur”, - deyə ekspert bildirir.

Rizvan Fikrətoğlu 

Elm və təhsil üzrə ekspert Rizvan Fikrətoğlu isə məsələni innovasiya və texnoloji tərəfdən qiymətləndirir. Onun fikrincə, bəzi müəllimlər texnologiyaya bələd olmamaq bəhanəsi ilə aşağı nəticə göstərdiklərini iddia edirlər: “Amma bu gün müəllim yeni texnologiyaları bilməlidir. Əgər imtahandan əvvəl hazırlıq müddəti verilibsə, niyə bu vaxtdan istifadə edilməyib? Təhsil texnoloji və metodik baxımdan daim yenilənir. Müəllim bu dəyişikliklərə uyğunlaşa bilmirsə, artıq peşəkar fəaliyyət göstərə bilməz. Sertifikasiya həm də bu uyğunlaşmanı təmin edən əsas vasitədir”.

2025-ci ildə keçirilən imtahanların statistikası da bu yanaşmaları təsdiqləyir. İl ərzində 35 mindən çox müəllim sertifikasiyaya cəlb olunub. Onların 68%-i keçid balını toplayaraq uğur qazanıb. Təxminən 40%-i 51 baldan yuxarı nəticə göstərərək 35% maaş artımı hüququ əldə edib, 28%-i isə 10% artım qazanıb. Lakin 32% müəllim 30 balı belə toplaya bilməyib. Bu rəqəmlər təkcə fərdi uğursuzluğu deyil, həm də sistemin keyfiyyət problemlərini əks etdirir.

Bu gün Azərbaycan təhsilində dəyişiklik zəruridir. Bu dəyişiklik yalnız biliklə deyil, həm də yanaşma ilə olmalıdır. Sertifikasiya sadəcə imtahan deyil - həm də güzgüdür. O güzgüdə kimin nə qədər hazırlıqlı olduğunu görmək və düzgün nəticə çıxarmaq gələcəyimizin təminatıdır.

Musavat.com


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 İyun 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see358

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see357

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see345

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see273

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see242

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see242

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see231

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see226

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see224

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see218

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see192

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see189

"Sabah" ÇL də neçəncidir?

14 Oktyabr 2026 02:01see176

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see175

Times: Britaniya Folklend adalarına nəzarətin hərbi yolla bərpası üzrə təlim keçirib

14 Oktyabr 2026 00:33see170

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see169

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

14 Oktyabr 2026 03:11see166

Çempionlar Liqası: Barselona Qalatasaray ı darmadağın etdi GÜNÜN NƏTİCƏLƏRİ

14 Oktyabr 2026 00:59see162

DMM: Türkiyə ordusunun Suriya sakinlərini geri qayıtmasına mane olması yalandır

14 Oktyabr 2026 05:06see161

Bu həftə bürclərin uğurlu rəngləri və rəqəmləri açıqlanıb

14 Oktyabr 2026 01:35see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri