Icma.az
close
up
RU
Eksprezidentlə bağlı qərar qonşu ölkəni qarışdırdı: Hökumət narahatdır

Eksprezidentlə bağlı qərar qonşu ölkəni qarışdırdı: Hökumət narahatdır

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin keçmiş prezident Mixail Saakaşvili ilə bağlı açıqlaması müzakirələrə səbəb olub. Baş nazir bildirib ki,  Prezident Salome Zurabişvili Saakaşvilini əfv etsə də, o, həbsdə qalacaq.

Kobaxidze keçmiş prezidentə qarşı başqa cinayət işlərinin də açıldığı, bu səbəbdən azadlığa çıxa bilməyəcəyini qeyd edib.

Mixail Saakaşvili həbsdə qalarsa, Gürcüstanın daxili və xarici siyasətində nələr olacaq?

Globalinfo.az-a danışan politoloq Elvin Baxşalızadə deyib ki, hakim Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasının rəhbərliyi keçmiş prezidenti hələ də ən ciddi “başağrısı” hesab edir:

“Əslində bunun üçün kifayət qədər əsasları da var. Məsələn, son seçkilərdə həbsdə olmasına və sağlamlığında yaranan ciddi problemlərə baxmayaraq, Saakaşvili bir çox müxalif liderdən daha kəskin mövqe sərgilədi. Keçmiş prezident oktyabr ayında həbsdən ictimaiyyətə göndərdiyi mesajda seçkidə qalib gəldiklərini, manipulyasiyalara baxmayaraq heç bir güzəştə getməyəcəklərini bildirdi. O, tərəfdarlarını geri çəkilməməyə, əksinə hücum etməyə səslədi.


Elvin Baxşalızadə

Görünür, bütün bunlar və ictimaiyyətə məlum olmayan digər səbəblər hakim partiya rəhbərliyini ciddi narahat edib. Onlar Saakaşvili əfv olunsa da, həbsdə qalmasına çalışırlar. Bəs hüquqi müstəvidə bunun əsaslandırması varmı? Onu dəqiq demək imkanlarımız məhduddur”.

Politoloqun sözlərinə görə, Gürcüstan siyasi arenasında yaxın zamanlarda hər hansı dəyişikliyin olması gözlənilmir:

“Baş nazir İrakli Kobaxidze mətbuata açıqlamasında Saakaşviliyə qarşı digər mühüm cinayət işləri haqda qısa şəkildə danışdı və onun birmənalı olaraq həbsdə qalacağını dedi. Belə olan halda, Gürcüstan siyasi səhnəsində yaxın perspektiv üçün ciddi dəyişikliyin olması ilə bağlı gözləntilərim yoxdur. Amma qarşıdakı dönəmdə Saakaşvili ictimai təzyiq və ya başqa hansısa səbəbdən azad olunarsa, o zaman qonşu ölkədə tamamilə yeni siyasi konyekturaya keçid baş verəcək, kartlar yenidən paylanacaq”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Noyabr 2024 20:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri