Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
Ekvador millisinin futbolçusu Pedro Perlasa qaçırılaraq üç gün əsir saxlanılıb.
Bakıvaxtı.az "El Comercio" qəzetinə istinadən xəbər verir ki, ölkəsinin "Delfin" klubunda çıxış edən müdafiəçi dekabrın 1-də cinayətkarlar tərəfindən qaçırılıb.
O, digər tanışı ilə birgə şüşələri qara rəngdə olan avtomobilə zorla mindirilərək naməlum istiqamətə aparılıb. Ekvador polisi dərhal axtarışa başlayıb və qaçırılanlar üç gün sonra saxlandıqları yerdən azad ediliblər.
Qeyd edək ki, Pedro Perlasa Ekvadorda müxtəlif klubların formasını geyinib, 3 dəfə yığmanın heyətində çıxış edib.

Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb
05 Dekabr 2024 15:48
Ekvador millisinin futbolçusu qaçırılaraq üç gün əsir saxlanılıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
05 Dekabr 2024 18:39
Ekvador millisinin futbolçusu vəfat etdi
13 Noyabr 2024 01:09
Ekvador millisinin gənc futbolçusu vəfat edib
12 Noyabr 2024 14:45

