Icma.az
close
up
RU
El bilir ki, sən mənimsən... Təranə Vahid yazır

El bilir ki, sən mənimsən... Təranə Vahid yazır

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təranə VAHİD

Gözümü açıb Laçının min-bir halını görmüşəm. Çiçəkləyən dağlarını, yağışdan sonra göy üzünü bəzəyən göyqurşağını,  sellənən dərələrini, quşbaşı qar ələnən təpələrini, dumandan göz-gözü görməyən aşırımlarını, şaxtası qılınc kimi kəsən qışını, göylərindən ulduz tökülən gecələrini, comərd insanlarını, qonaq-qaralı evlərini, aşıb-daşan çağlarını... Amma Laçını heç vaxt belə cilvəli görməmişdim - torpağı qanadlı, daşları qanadlı, ağacları qanadlı, suları qanadlı, adamları qanadlı...

Bu dəfə Laçına bambaşqa bir ovqatla gedirik. Yol yoldaşlarım Laçının tanınmış ziyalıları, adlı-sanlı insanlarıdır. Üz-gözündən işıq yağan yerlilərimin sevinci yerə-göyə sığmır. Arabir telefon zənglərinə verilən cavablar 28 ilin həsrətini əridib yox edir: “Laçına gedirəm!”  Mənə görə Yer üzündə bu iki kəlmə qədər bir-birinə yaraşan söz yoxdur. “Laçına gedirəm!” ifadəsinin içində qürur var, inam var, ilahi ədalətin təntənəsi, ümidli gələcəyin apaydın mənzərəsi var!

Laçına gedirik... Füzuliyə salam verib, Cəbrayılla, Zəngilanla görüşürük, ağ binəli Ağalının işıqları göz oxşayır. Qubadlıya çataçatda səmada buludlar talalanır, kimsə: “Mən bu buludları tanıyıram, indi Laçına yağış yağır”, - deyir. Laçından gələn zəng  laçınlının gümanını düz çıxarır -  Laçına yağış yağır... 

Uzaqdan Həkərinin hənirtisini alırıq. Burdan o yana Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, “Yer üzünün cənnəti” - Laçın başlayır...

Şehli şəhər

Bəlkə də, dünyada ən çətin görüş işğaldan azad olunan torpaqla görüşdür. O torpaqla ki, ilahi bağların, gen yaddaşın, ruhun o torpağa bağlıdır. O torpaqla ki, orada uluların torpaq olub, doğmaların binə salıb, anaların duası, şəhidlərin qanıyla o müqəddəs torpaq Vətən olub! O Vətən ki, ona deyiləsi nə qədər sözümüz var...

Çiçəyim, gülüm Vətən,

Ağzımda dilim Vətən.

Bir çaqıl daşın üçün,

Yolunda ölüm, Vətən.

Dağ yuxarı qalxdıqca Laçının gözəlliyi ağlımızı başımızdan alır. Böyük Zəfərdən sonra dünyanı heyrətləndirəcək qədər qısa vaxtda yenidən ev-ev, binə-binə, kərpic-kərpic tikilən bu füsunkar şəhər indi unudulmaz görüşlərə, böyük tarixi hadisələrə ev sahibliyi edir.

Uzun illər may ayı laçınlıların işğala məruz qaldığı, torpağından, elindən-obasından  ayrı düşdüyü, qürurunun sındığı, kədər, göz yaşı  ay kimi yad edilib. Şükürlər olsun, böyük Sərkərdəmiz, şir ürəkli oğullarımız Qarabağımızı azad eləyib Zəfər tarixini yazdı. Bu şanlı qələbənin sayəsində dörd ildən çoxdur ki, müzəffər xalq kimi böyük Zəfərin sevincini, fərəhini, xoşbəxtliyini yaşayırıq.

Səmamız aydın, müstəqilliyimiz əbədi olsun!

Bu dörd ildə ikinci dəfədir cənab Ali Baş Komandan məhz 28 may - Müstəqillik Gününü azad Laçında laçınlılarla birlikdə qeyd edir. Bu dəfə Laçın həm də ağlasığmaz tarixi hadisələrə qürurla, fəxrlə, sonsuz şükranlıqa şahidlik edir. Bu tarixi gündə Laçında Azərbaycan, Türkiyə, Pakistan - üç qardaş ölkənin liderləri görüşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə dəniz səviyyəsindən 1700 metr hündürlükdə bənzəri olmayan Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir.

Bundan sonra Laçın səmasında qartallarla yanaşı, həm də bu torpağa xoş niyyətlə üz tutan  təyyarələr uçacaq. Dünyanın hər yerindən insanlar Laçının əsrarəngiz  təbiətini, şəfalı sularını, əzəmətli dağlarını görməyə gələcək.

Bu möhtəşəm gündə üç qardaş öləknin liderləri azad Laçından dünyaya barış mesajı göndərir: bu torpaqlarda əbədi sabitlik, inkişaf hökm sürəcək! 

28 may - Müstəqillik Gününə həsr olunmuş tədbirdə də hər üç lider iştirak edir. Ölkə başçısı cənab İlham Əliyev qonaqları salamlayır, müstəqillik günü münasibəti ilə xalqımızı, azad Laçının sakinlərini  təbrik edir: “Bu gün bizim qonaqlarımız azad edilmiş torpaqlarda gedən işlərin bir hissəsi ilə tanış olmuşlar. Artıq Şərqi Zəngəzur və Qarabağ bölgələrimizdə 43 min insan yaşayır və çalışır. Bu bölgəyə həyat qayıdıb, bu bölgənin sahibləri qayıdıblar. Biz qayıtmalıydıq və qayıtmışıq. Biz Ermənistan ordusunu məğlub etmişik və bununla Azərbaycan xalqı fəxr edir. Artıq dörd ildən çoxdur ki, biz müzəffər xalq və dövlət kimi yaşayırıq və əbədiyyətə qədər yaşayacağıq”.

Qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında ölməz Səməd Vurğunun “Azərbaycan” şeirindən misralar deyib sözünə davam edir: “Bir azdan dinləyəcəyimiz musiqilərdə Qarabağın azad torpaqlarının səsi var. Bu nəğmələrdə Şuşanın daşlarında əks-səda verən azadlığın, Laçının vadilərində böyüyən ümidin, Gəncədə və Bakıda canlanan milli iradənin təzahürü var. Səslənən hər bir bəstədə qəhrəman şəhidlərimizin canları və mübarək qanları bahasına əldə olunmuş möhtəşəm Zəfərin ruhu var. Məhz bu gün bu konserti əbədi qardaşlığımızı, ortaq yaddaşımızı, rifah və güclü gələcəyimizi salamlayan bənzərsiz bir görüş kimi qiymətləndiririk”.

Görüşdə qardaş ölkənin - Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi çıxışında deyir: “Bu gün bu füsunkar məkanda - Laçın şəhərində üç ölkənin bayraqları dalğalanır və bu, onu sübut edir ki, bu bayraqlar bir yerdə, hər zaman yüksəklərdə ucalacaq, dalğalanacaq və inşallah, biz firavan gələcəyə doğru inamla irəliləyəcəyik”.

Üç liderin unudulmaz çıxışından sonra 28 May - Müstəqillik Gününə həsr olunmuş möhtəşəm konsert proqramı könülləri oxşayır. 

Laçınımızdan belə qanadlı, fərəhli, qürulu duyğularla ayrılırıq. Dünya durduqca səmamız aydın, Vətənimiz azad, yurdlarımız abad olsun!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://525.az
archiveBu xəbər 02 İyun 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Fələstin Milli Administrasiyasının üzvlərinə qarşı sanksiyaları genişləndirib

17 Sentyabr 2026 05:29see280

Tramp gələn həftə Körfəz ölkələrinin liderləri ilə görüşəcək

17 Sentyabr 2026 06:43see263

Tanınmış türkiyəli aktyor Münir Canar öldü

17 Sentyabr 2026 12:04see262

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see252

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see231

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see226

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see202

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see199

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see193

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see193

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see193

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see187

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see184

Cennifer Lopez 18 milyon dollarlıq evini nümayiş etdirdi

17 Sentyabr 2026 05:22see184

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see183

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see178

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see178

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see173

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see170

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri