Icma.az
close
up
RU
Azərbaycan Türkiyə qardaşlığının poetik simvolu: El bilir ki, sən mənimsən...

Azərbaycan Türkiyə qardaşlığının poetik simvolu: El bilir ki, sən mənimsən...

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 30 may, AZƏRTAC

1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması xalqımızın yaddaşına əlamətdar hadisələrdən biri kimi yazılıb. Bununla da Azərbaycan xalqı ilk dəfə müstəqil və demokratik respublika qurmaq hüququna sahib olub.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra bu tarix dövlət səviyyəsində qeyd edilir. 2021-ci il oktyabrın 15-də Milli Məclisin plenar iclasında isə “Müstəqillik Günü haqqında” qanun qəbul edilib və elə həmin gün Prezident İlham Əliyev tərəfindən təsdiqlənib. Həmin qərardan sonra artıq 4-cü dəfədir, 28 may tarixi ölkəmizdə Müstəqillik Günü kimi qeyd edilir. Eyni zamanda, 5-ci ildir ki, bu əlamətdar gün işğaldan azad edilmiş ərazilərimizdə qeyd olunur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri Nərgiz Qəhrəmanovanın “Azərbaycan-Türkiyə qardaşlığının poetik simvolu: El bilir ki, sən mənimsən...” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.

Bu il Müstəqillik Günü Laçında böyük qürur və təntənə ilə qeyd edilib. Mayın 28-də Müstəqillik Gününə həsr olunmuş konsert tədbirində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iştirak ediblər. Bu tədbir yalnız Azərbaycanın milli bayramının qeyd olunması deyil, eyni zamanda, Azərbaycan, Türkiyə və Pakistan arasında möhkəm dostluq, qardaşlıq və strateji əməkdaşlığın parlaq təcəssümü idi.

Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycan, Türkiyə və Pakistan arasında əməkdaşlığın ildən-ilə gücləndiyini vurğulayaraq deyib: “Biz yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə görüşündə bir daha bizim strateji əməkdaşlığımız təsdiqləndi”.

Dövlətimizin başçısı çıxışında 28 May – Müstəqillik Günü münasibətilə keçirilən tədbirin böyük rəmzi məna daşıdığını bildirib, 30 il ərzində işğal altında qalan Laçında üç qardaş ölkənin – Azərbaycan, Türkiyə və Pakistanın bir araya gəlməsinin tarixi və mənəvi əhəmiyyətini diqqətə çatdırıb. Ölkə Prezidenti bu tarixi görüşü həm də üçtərəfli əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirib, Azərbaycan-Türkiyə-Pakistan dostluğunun əbədi olacağına inamını ifadə edib.

Paksitanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdıraraq, Laçında belə bir mühüm tədbirdə iştirak etməyin onun üçün böyük şərəf olduğunu qeyd edib. O, Azərbaycanın 30 illik işğala son qoyaraq Qarabağı azad etməsini böyük tarixi uğur kimi dəyərləndirib, şəhidlərin xatirəsini anıb, qazilərə salamlarını çatdırıb, onlara Vətən müharibəsində göstərdikləri böyük şücaət və qəhrəmanlıqlara görə təşəkkürünü bildirib.

Baş nazir, həmçinin Türkiyənin və Pakistanın Azərbaycana bu ədalətli, haqq mübarizəsində verdiyi dəstəyin daimi və əbədi olacağını vurğulayıb.

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın konsert tədbirindəki məzmunlu və təsirli çıxışı isə xüsusi yadda qalıb. “Əvvəlcə, sizlərə “Can Azərbaycan”, “Bir millət, iki dövlət” deyiləndə qəlbində fırtınalar qopan 86 milyonun salamını çatdırmaq istəyirəm. İndi buradakı tabloda üç dövlət, bir millət var”, – deyə tədbir iştirakçılarına səslənən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Müstəqillik Günündə Laçında keçirilən, ortaq mədəniyyəti və qardaşlığı təsdiq edən bu mənalı görüşdə Azərbaycanda olmaqdan böyük məmnunluq duyduğunu ifadə edib, xalqımıza ən səmimi təbriklərini çatdırıb.

Qardaş ölkənin Prezidenti çıxışı zamanı ölkəmizə qarşı sevgisini səmimi hisslərlə ifadə edib, Azərbaycanın ilk Xalq şairi, görkəmli dramaturq Səməd Vurğunun “Azərbaycan” şeirindən aşağıdakı misraları şövqlə səsləndirib:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam, doğma Vətənimsən,

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

Mən bir uşaq, sən bir ana,

Odur ki, bağlıyam sana,

Hankı səmtə, hankı yana

Hey uçsam da, yuvam sənsən,

Elim, günüm, obam sənsən.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan ilə Türkiyə arasında olan dostluğun, məhəbbətin gücləndirilərək davam etdiriləcəyini qeyd edib: “Bu xoş gündə olduğu kimi, çətin günlərində də Azərbaycan xalqının hər zaman yanında olacağıq. Rəbbimdən Azərbaycan-Türkiyə qardaşlığını əbədi və daimi etməsini diləyirəm”.

O, Laçında təqdim olunan musiqi proqramının Qarabağın azad torpaqlarının ruhunu, Şuşanın azadlıq əks-sədasını, Laçının ümidini və Azərbaycanın milli iradəsini əks etdirdiyini deyib. Hər bir musiqi əsərinin qəhrəman şəhidlərin qanı ilə yazılmış Zəfərin ruhunu daşıdığını söyləyib.

Türkiyə Prezidenti konserti əbədi qardaşlığın, ortaq yaddaş və birgə firavan gələcəyin rəmzi kimi dəyərləndirib.

Rəcəb Tayyib Ərdoğan 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında səsləndirdiyi şeirlərlə də böyük maraq doğurmuşdu. Onun istiqlal şairi Əhməd Cavadın və Xalq şairi Bəxtiyar Vahabzadənin şeirlərini oxuması sosial şəbəkələrdə hər iki ölkənin vətəndaşları tərəfindən böyük rəğbətlə qarşılanmışdı.

2022-ci ilin mayında Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” festivalında Türkiyə Prezidenti Bəxtiyar Vahabzadənin “Azərbaycan, Türkiyə” şeirindən misraları dilə gətirmişdi.

2023-cü ildə Naxçıvana səfəri zamanı Rəcəb Tayyib Ərdoğan böyük dramaturq Hüseyn Cavidin “Dəniz tamaşası” əsərindən misralar səsləndirmişdi.

Qardaş ölkə liderinin Azərbaycan şairlərinə müraciət etməsi hər zaman qəlbləri sevindirib, xalqlarımızın birliyini və ortaq sevincini, tarixi kökləri dərin şəkildə ifadə edib. Onun səsləndirdiyi misralar təkcə siyasi çıxış deyil, eyni zamanda, Azərbaycan-Türkiyə qardaşlığının poetik simvolu, iki ölkə arasındakı mədəni və siyasi əlaqələrin gücləndirilməsi deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 May 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri