“Əl Hilal” rəsmisi onlar üçün Milandadır
futbolpress-az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Səudiyyə Ərəbistanının “Əl Hilal” klubunun idarə heyətinin sədri Fəhad bin Nafel “İnter” rəhbərliyi ilə görüşmək üçün Milana gedib.
Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, “Əl Hilal” yarımmüdafiəçi Nikolo Barella və baş məşqçi Simone İnzaqini heyətinə qatmağı hədəfləyib. Barella üçün əvvəlki təklif rədd edilib, lakin səudiyyəlilər transfer ümidini itirməyib.
Bir neçə gün əvvəl “İnter” rəhbərliyi Simone İnzaqinin müqaviləsinin 2028-ci ilə qədər uzadılmasına heç bir şübhə olmadığını bildirmişdi.
Bu baş verərsə, o, ildə 7 milyon avro (üstəlik əlavə ödənişlər) alacaq və A Seriyasında ən çox maaş alan məşqçi olacaq. Amma İnzaqi “Əl Hilal”a keçərsə, 20 milyona qədər maaş ala biləcəyi gözlənilir.
Baxış sayı:87
Bu xəbər 18 Aprel 2025 19:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















