Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İsraillə münaqişə bu dövlətlə təhlükəsizlik tədbirləri barədə saziş bağlamağa can atan Suriyanın maraqlarına cavab vermir.
AZXEBER.COM xəbər verir ki, bu barədə Suriyanın keçid dövrü prezidenti Əhməd Əl Şaraa "Al Jazeera" telekanalına müsahibəsində bildirib.
"Biz regionda hərbi eskalasiyadan ehtiyat edirik və İsraillə qarşıdurmadan qaçmağa çalışırıq. Dəməşq dost ölkələrin dəstəyi ilə İsraillə təhlükəsizlik üzrə sazişin əldə olunması istiqamətində işləyir", - o bildirib.
Suriya liderinin sözlərinə görə, belə bir sazişin bağlanması Yaxın Şərqdə hərtərəfli sülhə yol aça bilər. Eyni zamanda, o vurğulayıb ki, Suriya 1967-ci ildə İsrail tərəfindən işğal edilmiş Qolan təpələrinə dair hüquqları məsələsində güzəştə getməyəcək.
Əl Şaraa iyulun 25-də Dəməşqdə BMT Baş katibi Antonio Quterreşlə danışıqlar aparıb. Danışıqların yekunlarına əsasən, Quterreş bəyan edib ki, BMT Qolan təpələrini Suriyanın bir hissəsi kimi tanıyır və İsrailin demilitariziasiya olunmuş zonaya müdaxilələrini pisləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 26 İyul 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















