Icma.az
close
up
RU
Əl Şəra SDQ lideri ilə razılaşdı

Əl Şəra SDQ lideri ilə razılaşdı

Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.


Suriyanın yeni hökuməti ilə YPG (Xalq Müdafiə Birlikləri) terror təşkilatının siyasi qolu olan SDQ (Suriya Demokratik Qüvvələri) arasında razılıq əldə edilib.
Yeniavaz.com
“Milliyet” qəzetinə istinadla xəbər verir ki, bu barədə Suriyanın keçid dövrü üzrə prezidenti Əhməd əl-Şəranın ofisi rəsmi “Telegram” kanalında məlumat yayıb.
Məlumata görə, SDQ Suriyanın yeni hökuməti dövründə təhlükəsizlik qüvvələrinə qoşulmaq üçün müqavilə imzalayıb. Müvafiq sənəd Əl-Şəra ilə SDQ-nin “Mazlum Kobani” kod adlı lideri Ferhat Abdi Şahin arasında baş tutan görüş zamanı imzalanıb.
Görüşdə ölkənin şimalını işğal edən terror təşkilatının silahı yerə qoyması və Suriyanın yeni administrasiyasına qoşulması məsələsi müzakirə olunub.
Görüşdən sonra Suriya Rəyasət Heyəti terror təşkilatı PKK/YPG-nin dövlət qurumlarına təhvil verilməsi ilə bağlı razılığın əldə edildiyini açıqlayıb
Əl-Şəra və Mazlum Abdinin imzaladığı razılaşmada, dini və etnik mənşəyindən asılı olmayaraq bütün suriyalıların siyasi proseslərdə iştirak etmək və ləyaqətinə görə dövlət qurumlarında vəzifə tutmaq hüququ təmin ediləcəyi və kürdlərin Suriya dövlətinin mühüm tərkib hissəsi kimi tanınacağı və vətəndaşlıq və konstitusiya hüquqlarına zəmanət veriləcəyi bildirilib.
Mətni Suriya liderinin ofisi tərəfindən dərc edilən razılaşmaya əsasən, Suriyanın şimal-şərqində yerləşən bütün mülki və hərbi obyektlər dövlət idarəçiliyi sisteminə inteqrasiya olunacaq. Sərhəd qapıları, hava limanları, neft və qaz yataqları daxil olmaqla bütün kritik nöqtələr mərkəzi administrasiyanın nəzarətinə veriləcək.
Bundan əlavə, Dəməşq və SDQ arasında razılaşma bütün Suriya ərazisində atəşkəsi nəzərdə tutur.
Kürdlər isə öz növbəsində Suriyanın yeni hakimiyyət orqanlarına keçmiş prezident Bəşər Əsədin tərəfdarlarına və Suriyanın təhlükəsizliyini və birliyini təhdid edən digər amillərə qarşı apardıqları mübarizədə dəstək verəcəklərini vəd edirlər.
Razılaşmaya əsasən, müqavilə bu ilin sonuna qədər həyata keçirilməlidir.
Digər tərəfdən, bəzi mənbələrə görə, SDQ-nin 40-60 min üzvü olduğu və onlardan 20-30 mininin YPG-yə aid olduğu təxmin edilir.
Qeyd edək ki, Kürdlər Suriya ərazisinin 25%-nə, o cümlədən Rakka və Həsəkə əyalətlərinin əksəriyyətinə, həmçinin neft yataqlarının yerləşdiyi Deyr əz-Zor əyalətinin şimal-şərqinə nəzarət edirlər.
2015-ci ildən bəri ABŞ kürdlərin nəzarətində olan ərazilərdə ən azı doqquz hərbi baza yaradıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:233
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 11 Mart 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see472

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see293

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see284

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see283

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see260

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see254

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see253

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see239

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see237

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see223

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see222

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see221

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see220

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see219

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see215

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see209

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see204

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri