Icma.az
close
up
RU
Tramp Əl Zeydi planı: İraq ordusu Kərkükdə

Tramp Əl Zeydi planı: İraq ordusu Kərkükdə

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İraq ordusu ağır texnika ilə Kərkükə daxil olub və hazırda Peşmərgənin nəzarətində olan neft yataqlarını geri almaq üçün Baş nazir Əli-Faleh əl-Zeydidən əmr gözləyir.

"Cebheinfo.az" xəbər verir ki, Peşmərgə qüvvələri də mübahisəli ərazilərə yerləşdirilib. Amerika Birləşmiş Ştatları Əl-Zeydinin əməliyyat və hərəkətlərini dəstəklədiyini bəyan edib. Şimali İraq Kürd Muxtariyyəti də rəsmi Bağdadın tələblərinə tabe olmayaraq əlavə qüvvələr cəlb edir.

Qeyd edək ki, İraqın Baş naziri Əli əl-Zeydi İraq Kürdüstanında İranla sərhəd boyunca hökumət qüvvələrinin yerləşdirilməsini planlaşdırdığını açıqlayıb. Hökumətin bu ərazidə neft hasilatı və ixracına nəzarəti ələ keçirmək cəhdləri isə kürd tərəfinin etirazı ilə qarşılanıb. Bundan sonra İraqın ali məhkəməsi hökumət qüvvələrinin sərhəd bölgələrinə nəzarəti ələ keçirmək səlahiyyətinə malik olduğuna dair qərar çıxarıb.

Baş nazir Əli əl-Zeydi İraqda hakimiyyəti mərkəzləşdirməyə və dövlət nəzarətini gücləndirməyə çalışır. Ötən həftə İranın dəstəklədiyi Kətaib Hizbullah qruplaşması ilə yaşanan qarşıdurma da bu istiqamətdə atılan addımlardan biri hesab edilir.

Qeyd edək ki, son günlər İranyönümlü qüvvələrin tərksilah edilməsi və İraqın neft resurslarının nəzarətə götürülməsi istiqamətində atılan addımlar ABŞ Prezidenti Donald Trampla Əli əl-Zeydi arasında razılaşdırılmış planın tərkib hissəsi hesab edilir. ABŞ Prezidenti İraqda İrana bağlı silahlı qüvvələrin mövcudluğuna son qoyulmasını və neftin qaçaqmalçılıq yolu satışının qarşısının alınmasını tələb edir. Tramp və Əl-Zeydi arasında bu barədə ilkin razılaşma 2026-cı ilin iyul ayında Vaşinqtonda aparılan danışıqlarda əldə olunub.

Həmin görüşdən sonra İran İslam İnqilabı Keşikçiləri Korpusundan maliyyə dəstəyi alan 47 nəfər İraq məmuru və deputatı həbs edilib. Onlardan 14 milyon dollar pul və qızıl-zinət əşyaları müsadirə edilib. Bu baxımdan, son günlər “Kətaib Hizbullah”ın təksilah edilməsinə yönəlik əməliyyatların keçirilməsi iyul ayında başlanmış prosesin davamı hesab edilməlidir. Əli əl-Zeydinin göstərişi ilə noyabrın 22-də İraq ordusu Jülf əs-Səxr şəhərinə daxil olub. Əldə olunmuş razılaşmaya əsasən “Kətaib Hizbullah”ın bütün dəstələri İraq Silahlı Qüvvələrinin mərkəzi komandanlığına tabe olacaq. Şəhərin mərkəzi polis və təhlükəsizlik qüvvələrinin nəzarətinə keçib. Kənar ərazilərdə isə “Həşdi-əş-Şabi” (Xalq Səfərbərlik Qüvvələri) yerləşdirilib.

Lakin ABŞ İraqda terror təşkilatı kimi tanıdığı “Əsaib Əli əl-Həqq”, “Hərəkatu Hizbullah ən-Nücəba”, “Kətaib Seyid əş-Şühəda”, “Bədr” qruplaşmalarının da tərksilah edilməsində maraqlıdır. Bu isə İranın regiondakı geosiyasi mövqeyinin tamamilə zəifləməsinə və “Şiə hilalı” strategiyasının sıradan çıxmasına gətirib çıxara bilər. Yəni ABŞ İranın Suriyada olduğu kimi İraqdan çıxmasında maraqlıdır və bu istiqamətdə konkret plan işə salınıb. İraq neftindən qaçaqmalçılıq yolu ilə əldə edilən vəsaitlər də İran tərəfindən həmin təşkilatların maliyyələşməsinə və silahlanmasına sərf edilir. Əslində, İraq neftinin bir hissəsinə İran, digərinə isə kürd peşmərgələri nəzarət edir.

2014-cü ildən sonra Jüfr əs-Səxr bölgəsi demək olar ki, İraq hökumətinin nəzarətindən çıxaraq “Kətaib Hizbullah”ın, yəni İranın idarəçiliyinə keçmişdi. Ona görə də Əli əl-Zeydinin Jüfr əs-Səxr şəhərinə və ətrafına ordu yeritməsi İranın etirazına səbəb olub. Həm İraq Kürdüstanından, həm də Babil vilayətindən çıxarılan neft isə Bəsrə körfəzi vasitəsilə daşınaraq dünya bazarından aşağı qiymətə satılır. ABŞ isə Çinin ucuz neft almasının qarşısını almağa çalışır. Bu baxımdan, Birləşmiş Ştatlar İraq nefinin tədarükünə nəzarət etmək niyyətindədir. Lakin bu prosesi təmin etmək əl-Zeydi hökuməti üçün kifayət qədər çətinliklərə üzləşib. Çünki rəsmi Bağdad ilk növbədə, on minlərlə silahlı qruplara malik İranyönlü və kürd qruplaşmalarının müqavimətini aradan qaldırmalıdır.

Müşfiq Abdulla
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 Noyabr 2026 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see466

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see408

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see373

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see370

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see342

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see339

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see329

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see329

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see325

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see321

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see306

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see298

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see295

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see280

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see280

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see272

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see267

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see266

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see264

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri