Icma.az
close
up
RU
Elarizin həbsdə olan kürəkəninin məhkəməsi oldu KONKRET

Elarizin həbsdə olan kürəkəninin məhkəməsi oldu KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

KONKRET.az Trend-ə istinadən bildirir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Zeynal Usubov ifadə verib.

Zərəçəkmiş şəxs hüquqşünas olduğunu bildirib. O, ibtidai istintaqa verdiyi ifadəni təsdiqləyib. Z.Usubov bildirib ki, qazanc əldə etmək məqsədilə kriptovalyuta ilə bağlı anlayışı olan birini axtarıb:

“İnternetdə saytların birində Alışan Nizami ilə tanış oldum. Dostum da onu tanıdığını bildirdi. Sonra ona güvənərək, 2022-ci ilin may ayında 440 min dollar, 2023-cü ilin yanvarında isə 545 min dollar olmaqla cəmi 945 min dollar pul verdim. O, mənə bunun müqabilində qazanc verəcəyini dedi. 2022-ci ildə verdiyim məbləğ qarşılığında ayda 7-8 min, 2023-cü ildə verdiyim pul məbləğində isə ayda 30 min dollar qazanc götürəcəyimlə bağlı vəd vermişdi. Mənə dedi ki, həmin pulu “İnvest.az”a yerləşdirib, lakin problem yaranıb deyə pulu çıxarıb ABŞ-nin hansısa saytına yerləşdirib. Sonrası isə məlumdur”.

Z.Usubov əlavə edib ki, Nizami Alışan ona pulun cüzi bir qismini qaytarıb:

“Axırıncı dəfə 30 min və 15 min dollar pul verib. Ondan öncə isə 7-8 min dollar 3-4 ay ərzində pul verib. Verdiyim 400 min dolların şahidi yoxdur, amma sübutları var. Digər 500 min dollar üçün isə şahidim var. Şahid Ramin Talıbovdur. Ümumi məbləğlə – 900 min dollarla bağlı isə səs yazıları mövcuddur. Onları məhkəməyə təqdim etmişəm”.

Daha sonra zərərçəkmiş şəxsin ifadəsi elan olunub.

Zərərçəkmiş Babək Məmmədzadənin vəkili Şahin Rəfiyev mülki iddia qaldırıb. Onun iddiası baxılmamış saxlanılıb.

Məhkəmə prosesi fevralın 27-də davam etdiriləcək.

Qeyd edək ki, Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.

Xatırladaq ki, iş üzrə zərərçəkən qismində 3 nəfər – Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 AZN) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.

Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:258
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Fevral 2025 19:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri