“Əlavə vaxtda qırmızı alsaq da, iki qol vurub, 3:1 hesablı qələbə qazandıq” ağır qələbənin şərhi
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Premyer-liqa təmsilçisi “Karvan-Yevlax” Bizon Azərbaycan kubokunun 2-ci təsnifat mərhələsində 1-ci yox, 2-ci liqada mübarizədə aparan “Şəki”ni 90 dəqiqə ərzində məğlub edə bilmədi. Buna baxmayaraq, 120 dəqiqənin sonunda sevinən tərəf yevlaxlılar idi.
Oyun, çətin qələbə ilə bağlı yevlaxlıların baş məşqşisi Azər Həşimov fikirlərini “Football-plus.az”a bildirib:
“Kubok oyunu idi. İstədik ki, çempionatda az şans qazanan futbolçular oynasınlar, təcrübələrini artırsınlar. Hesabda 1:0 öndə olanda qol imkanlarımız oldu, yararlana bilmədik, uzatma dəqiqələrində də qapımızda qol gördük. Futbolçularımıza dedik ki, səbrlə oynayıb, qalib gəlmək lazımdı. Rəqib də yaxşı futbolçulardan ibarətdi. Təcrübəli futbolçuları var. Elvin müəllim (“Şəki”nin baş məşqçisi” – red.) yaxşı komanda formalaşdırıb. Əlavə vaxtda qırmızı alsaq da, iki qol vurub, 3:1 hesablı qələbə qazandıq. Rəqibi təbrik edirəm, yaxşı oynadılar. Ümid edirəm ki, bu qələbə komandamız üçün çempionat oyunlarında da daha istəkli və əzmkar olmağımızda rol oynayar. İnşallah, bu matç komandamıza qələbə ruhunu gətirəcək”.
Baxış sayı:67
Bu xəbər 30 Oktyabr 2025 20:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















