Elcan Hacıyev tatamiyə qayıtdı, amma Avropa Kubokuna məğlubiyyətlə başladı
Icma.az, Idman.biz saytına istinadən bildirir.
Azərbaycan cüdoçusu Elcan Hacıyev bu gün Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən Avropa Kubokunda tatamiyə çıxıb.
İdman.Biz xəbər verir ki, 24 yaşlı idmançı bu yarışda çəki dərəcəsini dəyişərək 100 kq-da mübarizəyə başlayıb.
Hacıyev turnirə 1/16 final mərhələsindən qoşulub və Rusiya təmsilçisi İvan Titinkinlə qarşılaşıb. Azərbaycan cüdoçusu rəqibinə məğlub olub. Titinkin yarımfinala yüksələcəyi halda, Hacıyev təsəlliverici görüşlərdə mübarizəni davam etdirmək imkanı qazanacaq.
Bu yarış Hacıyev üçün uzun fasilədən sonra tatamiyə dönüş olub. Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısı sonuncu dəfə ötən ilin noyabrında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən İslam Həmrəyliyi Oyunlarında rəsmi yarışda iştirak edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:174
Bu xəbər 20 Sentyabr 2026 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















