Icma.az
close
up
RU
Elçibəyin silahdaşıdır, 25 ildir səfir işləyir FOTO

Elçibəyin silahdaşıdır, 25 ildir səfir işləyir FOTO

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müstəqil Azərbaycanın ən stajlı səfirlərindən biri də Tamerlan Qarayevdir. Tamerlan Qarayev ixtisasca hüquqşünas olsa da, 25 ildir Azərbaycanın müxtəlif ölkələrdə mövcud olan diplomatik korpuslarına rəhbərlik edir.

Metbuat.az xəbər verir ki, Tamerlan Yelmar oğlu Qarayev 1952-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olub. Atası Yelmar Qarayev təkcə iti zəkası, ensklopedik hüquq bilgiləri ilə deyil, həm də əksər azərbaycanlılara xas olan səmimiyyəti ilə müasirlərindən seçilib. Gənc yaşlarında "prokuror oğlu" kimi tanınan Tamerlan eyni statusda olduğu həmyaşıdlarından fərqli olaraq, ötən əsrin səksəninci illərinin sonunda Milli Azadlıq Hərəkatına qoşulub.

AXC Ali Məclisinin sədri vəzifəsini tutub. Prinsipial mövqeyinə və dərin savadına görə hörmət və ehtiram sahibi olub.

Prokuror oğlunun ulduzu 1991-ci ildə parlayıb. O, AXC sədri Əbülfəz Elçibəyin xeyir-duası ola 1991-93-cü illərdə Milli Məclis sədrinin müavini postunu tutub.

Mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra 41 yaşlı Qarayevin həyatında yeni mərhələ başlayıb.

Tamerlan Qarayev 1993-cü ildə əhalisinin sayına görə dünyanın ən nəhəng ölkəsi olan Çində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Qarayevin uzaq Şərq ölkəsində səfir kimi fəaliyyəti 7 il davam edib. O, 7 may 2001-ci ilə kimi ölkəmizi Çində təmsil edib.

Tamerlan Qarayevin səfir kimi karyerasını davam etdirdiyi növbəti ölkə Hindistan olub. Prokuror oğlu 1 sentyabr 2004 - 15 sentyabr 2011-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.

Bundan sonra Qarayev üçün növbəti “dayanacaq” İndoneziya Respublikası olub. O, Cənub-Şərqi Asiyanın ən böyük dövlətində ölkəmizi 7 il təmsil edib.

73 yaşlı diplomat 13 dekabr 2018-ci ildən bu günə kimi Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyir.

Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.

Fotoda: Tamerlan Qarayev

Nazim Hüseynzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 20 Noyabr 2025 20:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri