Elçin Babayev BDU da hansı qəribə qaydalarla yadda qaldı...
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı Dövlət Universitetində (BDU) rektor dəyişikliyi olub. 2019-cu il martın 11-dən universitetə rəhbərlik edən Elçin Babayev 2026-cı il noyabrın 19-da vəzifəsindən azad edilib.
Elçin Babayevin rektor olduğu dövrdə BDU tələbələri bir sıra məsələlərlə bağlı narazılıqlarını dilə gətirmiş, müxtəlif problemlərlə üzləşdiklərini bildirmişdilər.
Modern.az-ın məlumatına görə, müxtəlif dövrlərdə tələbələrin şikayət və iddiaları sosial şəbəkələrdə və mediada yayılmış, digər yollarla ictimailəşdirilmişdi.
Şikayətlər əsasən məzun çəkilişlərinin təşkili, universitetdə asudə vaxtın keçirilməsi, tədris və qiymətləndirmə sistemi, eləcə də müxtəlif tədbirlər üçün pul yığılması ilə bağlı olub.
Məzun çəkilişlərində mantiya və kamera problemi
Məzunlara universitet daxilində mantiyaların məcburi satılması ilə bağlı iddialar vaxtaşırı gündəmə gəlirdi. Tələbələrin bildirdiyinə görə, hər il dizaynı və rəngi dəyişdirilən mantiyalar onlara getdikcə daha yüksək qiymətə təklif olunur, hətta məcburi şəkildə alınması tələb edilirdi. Mantiyası olmayan tələbələrin məzun gecəsinə buraxılmadığı da iddialar arasında yer alırdı.
Məzunların çəkiliş prosesi zamanı da müəyyən çətinliklərlə üzləşdiyi bildirilirdi. İddialara görə, universitetin müəyyən etdiyi qaydalara əsasən, çəkilişlərə yalnız bir fotoqrafın cəlb olunmasına icazə verilirdi. Məzunlara fotoqraf seçmək imkanı yaradılmır, şəkillər isə həmin fotoqrafın köməkçisi tərəfindən çəkilirdi.
Çəkilən fotoların keyfiyyətindən narazı qalan tələbələrin özləri ilə kənar fotoqraf və ya kirayə kamera gətirərək çəkiliş aparmasına da icazə verilmədiyi bildirilirdi.
Tələbələrin asudə vaxtına qoyulan qadağalar
Universitetdə tələbələrin dərslər arasındakı fasilələrdə və asudə vaxtlarında birlikdə masaüstü oyunlar oynamasına müdaxilə edilməsi də müzakirələrə səbəb olmuşdu.
Tələbələrin sözlərinə görə, belə oyunlar oynadıqlarına görə onlara xəbərdarlıq edilir, bəzi hallarda isə töhmət verilirdi. Bu məsələ sosial şəbəkələrdə də geniş müzakirə olunmuşdu.
Vahid tədris və qiymətləndirmə sisteminin olmaması
Tələbələrin narazılıq etdiyi digər məsələlərdən biri tədris və qiymətləndirmə sistemində vahid yanaşmanın tətbiq edilməməsi idi.
Onların iddialarına görə, müəllimlər kollekviumları fərqli qaydada keçirir, qiymətləndirmə zamanı müxtəlif meyarlardan istifadə edirdilər. Tələbələr mövcud sistemin müasir təhsil tələblərinə tam cavab vermədiyini bildirirdilər.
Qeyri-rəsmi pul yığılması iddiaları
BDU ilə bağlı mediada əksini tapan digər şikayətlər isə müxtəlif tədbirlər və özəl günlər adı altında tələbələrdən pul toplanması ilə bağlı idi. Bu cür yığımların bəzi hallarda qeyri-rəsmi xarakter daşıdığı iddia olunurdu.
Xatırladaq ki, son dövrlərdə Elçin Babayevin fəaliyyəti ilə bağlı mediada başqa iddialar da səsləndirilirdi. Belə ki, universitetin ərazisində fəaliyyət göstərən restoranın onun şəxsi mülkü olduğu iddia olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 20 Noyabr 2026 10:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















