Icma.az
close
up
RU
Elçin Babayevin cavan, gülərüz və gümrah qalmasında yeganə səbəb astrologiya elmidir

Elçin Babayevin cavan, gülərüz və gümrah qalmasında yeganə səbəb astrologiya elmidir

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

Milli Məclisin sabiq deputatı, Fəlsəfə elmləri doktoru Etibar Əliyev sosial şəbəkə səhifələrindən birinin Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayevi "ilin rektoru" elan etməsini təqdim etməsini edib.

Pravda.az-ın xəbərinə görə, E.Əliyev mövqeyini sarkazmla ifadə edib.

O, Azərbaycan dilində Harvard Universitetinin prezidenti Klodin Heyə, Massaçusetst Texnologiya İnstitutunun prezidenti Rafael Reyfə, Stenford Universitetinin prezidenti Mark Tesse-Lavinə, Yel Universitetinin prezidenti Piter Saloveyə müraciət ünvanlayıb.

Müraciətdə deyilir: "Mən Azərbaycanda elmin populyarlaşdırılması işi ilə məşğulam. Nəzərinizə çatdırıram ki,  sizin rəhbərlik etdiyiniz universitetlərdə çalışan Nobel mükafatı laureatları və digər tanınmış alimlərin yazdığı kitabaların Azərbaycanda təqdimatını aparıram. Bu mənada sizləri özümə yaxın bilirəm və bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bizdə dünyada analoqu olmayan bir "trend" mövcuddur. Hansısa bir sayt "İlin yaxşı rektoru"nu elan edir və buna da inanmağa başlayırlar. 2024-cü ildə Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev "yaxşı rektor" kimi bu ada layiq görülüb. Sizdən xahiş edirəm ki, bu şəxsi rəhbərlik etdiyiniz universitetlərə fəxri professor seçəsiniz. Sizin bu addımınız mənim də bitirdiyim ali məktəbdə kreativliyin inkişafı üçün böyük töhfələr verə bilər. Babayev alimlərə bütün elmi istiqamətlər üzrə elmmetrik bazalarda (Scopus və WoS) məqalə çap elətdirmək, legioner alimlərlə necə işləmək və beynəlxalq reytinqlərdə necə yaxşı yer tutmağın sirlərini çox yaxşı bilir. Onu universitelərinizə master klass keçməyə dəvət etsəniz, uduzmasınız. Onun hər rektorda olmayan bacarığından bəhrələnməyiniz həm də sizin rəqabət aparmaq keyfiyyətinizi yüksəldə bilər.  Elçin Babayev ixtisasca astrofizikdir və gecələr ulduzları seyr etməyi çox sevir. Teleskopların verdiyi nəticələrə çox vaxt şübhə ilə yanaşır. Şəkildən də görəcəksiniz ki, 60 yaşlı rektorun cavan, gülərüz və gümrah qalmasında yeganə səbəb astrologiya elmidir. Nəzərə almağınızı xahiş edirəm…"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:54
embedMənbə:https://pravda.az
archiveBu xəbər 03 Yanvar 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see259

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see150

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see114

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see112

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see110

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Paltardakı ləkələri və sarılığı aradan qaldıran ən ucuz vasitə hansıdır? 2 qaşıq əlavə edin

04 İyun 2025 09:37see110

Məşhur rusiyalı model narkotik maddələrin təbliğinə görə hakim qarşısına çıxacaq

05 İyun 2025 01:37see110

Berdıyev Azərbaycandan qaçdı Zənglərə cavab vermir

03 İyun 2025 21:58see110

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri