Nazirlik nümayəndələri Arif Babayevin evində
Olay.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Nazirlik nümayəndələri Arif Babayevin evində
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də Xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.
OLAY yazır ki, Nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.
Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.
Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.
Sonda xatirə şəkli çəkdirilib.


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 20 Fevral 2025 22:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















