Icma.az
close
up
RU
Elçin Bayramlı: “Sosial şəbəkələrdə daha çox qıcıq yaradan paylaşımlar var”

Elçin Bayramlı: “Sosial şəbəkələrdə daha çox qıcıq yaradan paylaşımlar var”

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənc musiqiçi "YouTube" platformasında bildirib ki, bir insanın tanımadığı başqa bir insana nifrət etməsi özü-özlüyündə heç sağlam bir hal deyil. Yəni təsəvvür et ki, oturub bir stəkan çay içmədiyin adam sənə nifrət edir. Məsələn, “İnstagram”da və ya “X”də (Twitter) garaj_ben_belayım kimi adlarla hesab açır. Deyir: “Onsuz da mənim adım yazılmayıb, məni tapa bilməz”.

Mənim mahnılarımı silənlərdən biri olur. Sonra mən o uşağı tapıram. Zəng edirəm və soruşuram: “Qardaş, niyə belə bir şey etdin?” Deyir: “Abi, çox üzr istəyirəm, bilmədən olub”. Deyirəm: “Yaxşı, üzr istəyirsən, buna görə deyəcək söz yoxdur. Amma biz səni məhkəməyə verəcəyik. Bu işi geri götürməyimiz üçün müəyyən məbləğ ödəməlisən. Çünki bu, bizim haqqımızdır”.

Sonra uşağın valideynləri gəlirlər. Anası deyir: “Oğlumun adına sizdən üzr istəyirəm”. Mən isə deyirəm: “Ana, sən bizim yox, oğlunun qarşısında üzr istəməlisən. Günün 24 saatı kompüterin, telefonun qarşısında oturan uşağa bir dəfə də olsun “Oğlum, nə edirsən?” deyə soruşmadığın üçün ondan üzr istəməlisən.

Bir dəfə də olsun qarşına alıb “Həyatda nə etmək istəyirsən?” deyə danışmadığın üçün üzr istəməlisən. Onu heç olmasa hansısa bir fəaliyyətə aparmadığın üçün üzr istəməlisən.

O deyib: “Aktivlik deyəndə mütləq pul xərcləməyi nəzərdə tutmuram. Mən uşaq olanda atam həftədə bir dəfə futbol oynayardı, məni də özü ilə aparardı. Fasilədə bizə beş dəqiqə top vurmağa icazə verirdilər. O beş dəqiqədə dünyanın ən xoşbəxt uşaqları olurduq.

Sən uşağını dünyaya gətirdikdən sonra bir dəfə də olsun onun nə etdiyinə maraq göstərmədiyin üçün məndən yox, öz övladından üzr istəməlisən. Bu nəslin, bu sayğısız uşaqların belə yetişməsinin əsas səbəbi onların valideynlərinin də kifayət qədər şüurlu olmamasıdır. Hər kəs ana-ata olur, amma hər kəs valideyn olmağın məsuliyyətini dərk etmir”.

Sosial şəbəkələrdə aqressiv davranışların artmasının səbəbi nədir?

Bu barədə Bizimyol.info xəbər portalına danışan sosioloq Elçin Bayramlı bildirib ki, bir çoxları saxta profillə daha rahat aqressivliyini ifadə edirlər: “Sosial şəbəkələrdə aqressivlik deyə bir məsələ yoxdur, məsələ ümumi cəmiyyətdə aqressivlikdir. Çünki sosial şəbəkələrdə də biz həmin cəmiyyətik- istər real, istər virtual dünyada eyni psixologiyaya malikik və eyni əməlləri edirik. Sadəcə burda fərq nədir?

Sosial şəbəkələrdə daha çox qıcıq yaradan paylaşımlar var, adamlar var. Üstəlik o biri tərəfdən burda bir çoxları saxta profillə daha rahat aqressivliyini ifadə edirlər. Burda məsələnin iki tərəfi var: Biri təhqirə məruz qalan tərəfdir. Bir çox hallarda onlar qıcıq yaradan paylaşımlar, çıxışlar edirlər. Bu da bəzi adamları əsəbləşdirir və sərt şəkildə təhqiramiz şərhlər yazırlar. O biri tərəfdən isə bəzi aqressiv problemli insanlar var ki, onlar normal adamlara belə təhqiramiz rəylər yazırlar, yaxud onun fikrinə, marağına uyğun gəlməyən hər şeyə aşağılayıcı formada yanaşır. Bu artıq psixi problemli adamlardır. Normal düşüncəli adam belə etməz”.

Elçin Bayramlı deyib: “Biz cəmiyyət olaraq hələ ictimai müzakirə mədəniyyətinə yiyələnə bilməmişik. Bu debatlarda, televiziyalarda, internetdə də özünü göstərir ki, bir-birimizin fikrini qəbul edə bilmirik- arqumentlərlə müzakirə, mübahisə etmək mədəniyyətinə hələ yiyələnməmişik. Sanki hamı eyni fikirdə, eyni zövqdə olmalıdır. Normal, məntiqli, əxlaqlı fikirləri deyəndə bunu qarşı tərəf çox pis qarşılayır, hücuma keçirlər.

İnsanın əxlaqı yerində olmalıdır ki, belə problemlər olmasın. Burda da bir çox səbəblər var. İnsanlarda stress, aqressivlik artıb. Bir çox sosial problemlərdən tutmuş bəzi aqressivlik yaradan qidalardan tutmuş bir çox faktorlar təsir göstərir. Eyni zamanda, psixoloji problemlər, psixoloji gərginliklər, müxtəlif xəstəliklər belə insanlarda aqressivlik yaradır. Həmçinin işsizlik, pulsuzluq kimi sosial məsələlər həmin neqativ enerjini hardasa özünü boşaltmalıdır, ona görə də bir balaca onun düşüncəsinə uyğun gəlməyən fikirlər olanda sərt reaksiya verir.

Dediyim kimi, bu həm sosial, həm də mənəvi məsələdir. Mənəvi və əxlaqi keyfiyyətlərə malik olan insanlar belə hərəkət etmirlər. Onlar irad və tənqidlərini mədəni şəkildə bildirirlər. Bunu edənlərdə mənəvi deqradasiyanın təsiri müşahidə olunur”.

Elçin Bayramlı həmçinin vurğulayıb: “Sosial şəbəkədə yaxşı bir funksiya var ki, insan özü auditoriyasını seçir. Məsələn, dost siyahısını, uyğun olan adamları ancaq özü seçir, dostluğa qəbul edir, cür insanlara şərh yazmağa icazə verir. Hərənin öz səviyyəsində ətrafı, öz mühitində olan insanlar olmalıdır. Saxta ad və soyadla girən insanlar dostluğa qəbul olunmamalı, bloklanmalıdır. Real insanları hamı görür, kim olduğunu hər kəs bilir və əgər təhqirə də yol verərsə, məsuliyyət daşıyır. Ən azı ictimai qınağa məruz qala bilər. Amma saxta adlarla profillər bu problemi törədirlər. Bəzən bunu rəqiblər də bir-birinə qarşı edir. Bütün sahələrdə - istər biznes, istər kommersiya, istərsə də şou-mədəniyyət sahəsində olan rəqiblər bir-birlərinə qarşı aşağılayıcı fikirlər bildirirlər. Hər bir halda sivil cəmiyyətdə belə hallar olmamalıdır.

Cəmiyyətdə mədəniyyət, əxlaq yüksək olmalıdır ki, biz virtual dünyada da sosial şəbəkələrdə də bunu olduğumuz kimi ifadə də bilək. Elə ola bilmiriksə, bu özünü real həyatda olduğu kimi sosial şəbəkələrdə də aydın göstərəcək. Bütün məsələ cəmiyyətin maariflənməsindən, mənəvi dəyərlərin üstün tutulmasından, uşaqların düzgün tərbiyə olunmasından gedir”.

Sosioloq əlavə edib: “Sosial şəbəkələrdə blogerlər, influenserlər insanları qıcıqlandıran paylaşımlara və hərəkətlərə yol verməməlidirlər. Xüsusi ilə də mənəvi, əxlaqi dəyərlərimizlə bağlı neqativ paylaşımlara yol verməsinlər ki, qəzəb, qıcıq yaradıb təhqirə məruz qalmasınlar. Hər iki tərəfdən bu problem var və hər ikisi həll olunmalıdır ki, biz bu müzakirə mədəniyyətinə yiyələnə bilək”.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 İyul 2026 08:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri