Icma.az
close
up
RU
Elçin Əmirbəyov Avstriyada bir sıra mühüm görüşlər keçirib

Elçin Əmirbəyov Avstriyada bir sıra mühüm görüşlər keçirib

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Avstriya Respublikasına işgüzar səfəri baş tutub.

Oxu.Az xəbər verir ki, səfər çərçivəsində E.Əmirbəyov Avstriya parlamentinin spikeri Valter Rozenkrants, Avstriya federal kanslerinin qlobal məsələlər üzrə xüsusi nümayəndəsi Peter Launski-Tiffental və Avstriyanın Federal Avropa və Beynəlxalq Məsələlər Nazirliyinin xarici işlər üzrə baş katibi Nikolaus Marçik ilə görüşlər keçirib.

Danışıqlar zamanı Azərbaycan və Avstriya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda, iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi və investisiyalar üzrə əməkdaşlığın inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Azərbaycan və Avstriya arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, inşaat və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 2025-ci ilin iyun ayında Vyana şəhərində təşkil olunmuş 11-ci iclasının, eləcə də 2025-ci ilin noyabr ayında Azərbaycana həyata keçirilməsi nəzərdə tutulan Avstriya şirkətlərindən ibarət ticarət missiyasının ikitərəfli iqtisadi əlaqələrin irəlilədilməsinə töhfəsi yüksək qiymətləndirilib.

Avstriya parlamentinin spikeri ilə keçirilmiş görüşdə qarşı tərəf Azərbaycan və Avstriya parlamentləri arasında həm ikitərəfli formatda, həm də müvafiq beynəlxalq təşkilatlar çərçivəsində təşəkkül tapmış uğurlu əməkdaşlıq əlaqələrindən məmnuniyyətlə bəhs edib, bu əməkdaşlığın bütün platformalarda dərinləşdirilməsində maraqlı olduqlarını bildirib. Spiker Rozenkrants azərbaycanlı həmkarı xanım Sahibə Qafarova tərəfindən yeni vəzifəsinə seçilməsi ilə əlaqədar təbrik və Azərbaycana səfərə dəvətlə bağlı ona ünvanlanmış məktuba görə təşəkkür edib, səfərin yaxın gələcəkdə baş tutması üçün işlərin aparılacağını diqqətə çatdırıb.

Görüşlərdə, həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yükdaşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb. Coğrafi yerləşməsi baxımından Azərbaycanı Avropa ilə Mərkəzi Asiya arasında vacib körpü rolu oynayan bir ölkə kimi qiymətləndirən Avstriya tərəfi enerji və nəqliyyat sahələrində ikitərəfli əsasda da əməkdaşlığın genişləndirilməsinə xüsusi maraq ifadə edib. Avstriya rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiklərini diqqətə çatdırıblar.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, 8 avqust 2025-ci il tarixində iki ölkə arasında Vaşinqtonda əldə olunmuş razılaşmalar və davamlı sülhün bərqərar olması istiqamətində növbəti addımlar barədə ətraflı məlumat verib. Avstriyalı rəsmilər Azərbaycanın sülh gündəliyini dəstəklədiklərini qeyd edərək, sülh sazişinin qısa bir zamanda imzalanmasının tərəfdarı olduqlarını vurğulayıblar.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, həmçinin Avstriyanın nüfuzlu Beynəlxalq Sülh İnstitutu tərəfindən "Ermənistan-Azərbaycan: sülhə hər zamankından daha yaxın" mövzusunda təşkil olunmuş dəyirmi masada çıxış edib, iştirakçıların suallarını cavablandırıb.

Görüşlər zamanı Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi barədə ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırdı, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim etdi.

E.Əmirbəyov səfər çərçivəsində, həmçinin Avstriyanın media nümayəndələrinə müsahibə verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:308
embedMənbə:https://oxu.az
archiveBu xəbər 19 Sentyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see320

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see310

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see256

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see256

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see243

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see243

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see240

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see237

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see230

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see228

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see227

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see223

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see217

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see214

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see214

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see205

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see204

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see201

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see199

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri