Icma.az
close
up
RU
Elçin Əmirbəyov: Azərbaycan Polşanı Aİ və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi görür

Elçin Əmirbəyov: Azərbaycan Polşanı Aİ və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi görür

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib.

BAKU.WS "Report"un məlumatına görə, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.

Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.

Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.

Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.

Müzakirələr ərzində "Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.

Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.

Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, "Orta Dəhliz" və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan "TVP World" və "Polşa Xəbərlər Agentliyi" kimi nüfuzlu media orqanlarına müsahibələr verib.

Qalereya

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://baku.ws
archiveBu xəbər 13 Dekabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see264

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see255

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see246

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see219

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see197

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see196

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see185

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see180

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see176

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see172

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see158

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see157

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see156

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see153

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see151

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see150

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see145

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see144

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see142

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri