Icma.az
close
up
RU
Azərbaycan Polşanı Aİ və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi görür Elçin Əmirbəyov

Azərbaycan Polşanı Aİ və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi görür Elçin Əmirbəyov

Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Polşa Respublikasına işgüzar səfər edib. SİA- ın məlumatına görə, səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın Baş nazirinin ofisində Xarici Məsələlər Departamentinin müdiri Malqojata Latkieviç-Pavlak, Polşa Prezidentinin müşaviri Radoslav Qruk, Senatın Xarici İşlər Komissiyasının sədri Qjeqoj Sxetına, Prezident Ofisində Təhlükəsizlik məsələləri idarəsinin direktor müavini, briqada generalı Andjey Kovalski və xarici işlər nazirinin müavini Marçin Bosatski ilə görüşlər keçirib.Görüşlər zamanı Azərbaycan–Polşa strateji tərəfdaşlıq səciyyəsini daşıyan münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli qarşılıqlı səfərlərin və müntəzəm siyasi dialoqun ikitərəfli gündəliyin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, onun yaxın gələcəkdə davam etdirilməsinin vacibliyini qeyd etdilər. Elçin Əmirbəyov Azərbaycanın Polşanı Avropa İttifaqı və NATO çərçivəsində etibarlı tərəfdaşlarından biri kimi qiymətləndirdiyini bildirib.Ölkələr arasında iqtisadi əlaqələrin mövcud potensialdan geri qaldığında həmfikir olan tərəflər, iqtisadi münasibətlərin ənənəvi sahələrdə dərinləşdirilməsi ilə yanaşı, yeni istiqamətlər üzrə şaxələndirilməsində maraqlı olduğunu bəyan edib. Bu xüsusda, tərəflər yaşıl keçid və bərpa olunan enerji, logistika, nəqliyyat bağlantıları və müdafiə sahələrində əməkdaşlığın qurulması üçün əlverişli imkanların mövcud olduğunu qeyd etdilər.Azərbaycanla Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan son addımlar barədə tərəf müqabillərini məlumatlandıran Azərbaycan rəsmisi, iki ölkənin de-fakto sülh şəraitində olmasına baxmayaraq, bu sülhün hüquqi baxımdan rəsmiləşdirilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Regional təhlükəsizlik məsələləri, sülhə yol açan regiondakı yeni reallıqlar fonunda iki ölkə arasında praktiki əməkdaşlıq üçün yeni imkanlar diqqət mərkəzində olub.Görüşlər zamanı tərəflər parlamentlərarası əməkdaşlığın Azərbaycan–Polşa münasibətlərinin mühüm tərkib hissəsi olduğunu qeyd edib. Elçin Əmirbəyov parlament xətti üzrə qarşılıqlı təmasların intensivləşdirilməsi ölkələr arasında etimad mühitinin dərinləşməsinə xidmət etdiyini bildirərək, Polşa Senatının sədrinə ünvanlanmış rəsmi dəvəti xatırladıb gələn il bu sahədə yüksək səviyyəli təmasların baş tutacağına ümidvar olduğunu bildirib.Müzakirələr ərzində "Avropa İttifaqı–Ermənistan tərəfdaşlığı üzrə strateji gündəlik" adlı sənədin regionda mövcud reallıqları əks etdirmədiyi və bu sənədin həm Aİ-Azərbaycan münasibətləri, həm də Azərbaycan-Ermənistan normallaşma prosesinin irəlilədilməsinə xidmət etmədiyi vurğulanıb.Görüşlərdə Ermənistanın işğal siyasətinin nəticələri, o cümlədən Azərbaycanın mədəni irsinə vurulan ziyan və genişmiqyaslı mina problemi barədə Polşa tərəfi məlumatlandırılıb. Mina probleminin aradan qaldırılmasının Azərbaycan üçün prioritet olduğunu qeyd edən Elçin Əmirbəyov, sözügedən humanitar problem ilə mübarizədə beynəlxalq yardımın miqyasının Azərbaycanın öz səylərinə nisbətdə ciddi şəkildə məhdud olduğunu bildirərək Polşa tərəfini bu sahədə praktiki əməkdaşlığa və həmrəyliyi nümayiş etdirməyə dəvət edib. O, daha sonra, Polşa şirkətlərini azad edilmiş ərazilərdə post-münaqişə dövrünün bərpa və yenidənqurma layihələrində iştirak etməyə çağırıb.Səfər çərçivəsində Elçin Əmirbəyov Polşanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə keçirilən dəyirmi masada Cənubi Qafqazda geosiyasi proseslər, "Orta Dəhliz" və Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə çıxış edib. Həmçinin, Elçin Əmirbəyov Polşanın əsas ictimai televiziya kanalı olan "TVP World" və "Polşa Xəbərlər Agentliyi" kimi nüfuzlu media orqanlarına müsahibələr verib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 13 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri