Icma.az
close
up
RU
Elçin Məsiyev həm Berdıyevi narazı saldı, həm də Berezutskini

Elçin Məsiyev həm Berdıyevi narazı saldı, həm də Berezutskini

Icma.az, Footbal-plus saytına istinadən bildirir.

15 sarı, 1 qırmızı vərəqə əslində turun yetərincə sakit keçdiyinə, meydanda ehtirasların aşıb-daşmadığına işarədi.

Uzaqbaşı “Turan Tovuz” – “Səbail” oyunun fərqləndirmək olar ki, Tovuzda, doğrudan da, illərin təcrübəsi Kurban Berdıyevi heç vaxt olmadığı qədər qəzəbli gördük. Elçin Məsiyev meydandan kənarda onu, meydanda isə Pavol Şafrankonu qırmızı vərəqə ilə cəzalandırmaqla vəziyyəti qaydasına salmağa çalışdı. Turla bağlı daha bir maraqlı məqam odu ki, “Səbail” – “Qarabağ” oyununda komandalardan heç biri cəzalanmadı.
Sumqayıt – Şamaxı, RƏVAN HƏMZƏZADƏ
Autsayderlərin duelinin daha prinsipial şəraitdə keçəcəyini düşünsək də, gözləntilərimiz doğrulmadı. Daha doğrusu, 1-ci hissədə meydan sahibləri, 2-ci hissədə qonaqlar daha inamlı təsir bağışladı ki, sonda “şirlər”sevindi. Bir də böyük ehtimalla ədalət təmsilçisi. Çünki komandalar kobud qayda pozuntularına yol verməkdən çəkindi. Bəlli məsələdi ki, həlledici mərhələyə qədəm qoyan futbolçular onları daha gərgin matçların gözlədiyini dərk edir və cəzalı duruma düşməkdən çəkinir. Daha çox kiçik foullara şahidlik etdik ki, burda doğru qərar vermək Həmzəzadə kimi təcrübəli hakim üçün su içmək qədər asandı. Baş məşqçilər də onun idarəçiliyindən narazı qalmadı.
Neftçi – Zirə, RƏŞAD ƏHMƏDOV
Məhsuldar, yetərincə gərgin, tez-tez süjeti dəyişən paytaxt derbisi xeyli məqamla yadda qalsa da, hakim qərarları müzakirə mövzusu olmadı. Əslində belə prinsipial matçdan sonra ədalət təmsilçisinin davranışı gündəmə gəlməyibsə, hansısa qərəzdən və ya səhvdən danışmaq doğru olmaz. Yenə də Rəşad Əhmədovun, demək olar ki, qüsursuz idarəçiliyini vurğulamaqda fayda var. “Neftçi”nin qapısına təyin edilən hər iki penalti haqlı idi. Birincidə Azər Salahlı Salifu Sumaya qarşı kobudluq etmiş, ikincidə Elvin Camalov əllə oynamışdı. Düzdü, “ağ-qaralar”ın baş məşqçisi Samir Abasov hakimin qərarına etiraz etdiyi üçün “sarı” oldu. Lakin yenə də hansısa haqsızlıqdan bəhs edə bilmərik. Hakim müdaxiləsinə ehtiyac duyulan anlarda nə əndazəni aşdı, nə də peşə prinsiplərinə xələl gətirdi.
Səbail – Qarabağ, TURAL QURBANOV
Qonaqların aşkar üstünlüyü şəraitində keçən matçda Tural Qurbanovun üzərinə düşən iş oyunun axarına nəzarət etmək və ...Leandro Andradenin qollarını qeyd etmək oldu. Referi heç bir futbolçuya sarı vərəqə göstərmədi. Hakimin “çiynindəki yük” yüngül oldu. Qurbanov göstərdi ki, hakimin yersiz müdaxilələri olmayanda oyun daha baxımlı alınır.
Turan Tovuz – Sabah, ELÇİN MƏSİYEV
Tovuzda ehtiraslar çox tez coşdu. Gərginliyin əsası 19-cu dəqiqədə - Ayxan Hüseynov çiyin-çiyinə mübarizə zamanı Rəhman Daşdəmirovu yerə sərəndə qoyuldu. Berdıyev referinin epizodu yanlış təfsir etdiyi iddiası ilə narazılığını çatdırdı. Məsiyev dərhal ona “qırmızı”, Yunis Hüseynova “sarı” göstərdi. Referinin 45+2-ci dəqiqədə Şafrankonu meydandan qovması sanki odun üzərinə su səpdi. Tovuzlular meydandan məğlub ayrılsaydı, təbii ki, idarəçilik daha böyük söz-söhbət doğuracaqdı. Bu başqa məsələ ki, Vasili Berezutski də Şafrankonun qovulmasını “futbolla əlaqəsi olmayan “qırmızı” kimi dəyərləndirdi.
Kəpəz – Araz-Naxçıvan, KAMAL UMUDLU
Hakim idarəçiliyi ilə bağlı hansısa mənfi fikir söyləmək çətindi. Tovuzda lazımi dramatiklik görmədik. Ümumilikdə oyun sakit şəkildə keçdi. Kamal bəy hər komandadan bir futbolçuya sarı vərəqə göstərdi. “Kəpəz”in baş məşqçisi Azər Bağırov hakim qərarlarına etiraz etdiyinə görə “sarı” aldı. Ümumilikdə Umudlunun nəticəyə təsir edən səhvi yox idi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Aprel 2025 17:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see698

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see430

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see256

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see229

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see218

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see206

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see205

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see203

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see202

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see197

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see193

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see191

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see189

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see187

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see185

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see183

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see179

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see177

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see177

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri