Icma.az
close
up
RU
Elçin Qafarlı: Türk dilinin qorunması baxımından teatr sənəti TÜRKSOY üçün xüsisi əhəmiyyət daşıyır

Elçin Qafarlı: Türk dilinin qorunması baxımından teatr sənəti TÜRKSOY üçün xüsisi əhəmiyyət daşıyır

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

İstanbul, 4 fevral, Günel Karatepe, AZƏRTAC

Hər il teatr mövsümünün yekunlarına görə Beynəlxalq Anadolu teatr mükafatları təqdim edilir. Bu çərçivədə Türkiyənin “Tyatro” qəzeti və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) əməkdaşlığı ilə təşkilatın “Beynəlxalq teatr” mükafatı da sahiblərinə verilir. 2024-2025-ci teatr mövsümündə TÜRKSOY olaraq hər ölkədən nominasiyalar üzrə namizədimizi müəyyənləşdirərək “Tyatro”qəzetinin münsiflər heyətinə təqdim etdik və onlar da qəbul etdilər. Burada əsas məqsəd teatr xadimlərini qiymətləndirmək və Türk dünyasının teatr sahəsində əməkdaşlığını gücləndirməkdir. Bu, eyni zamanda, TÜRKSOY-un teatr sahəsinə verdiyi dəyərin göstəricisidir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycanın TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı bildirib.

TÜRKSOY-un mədəniyyətin hər sahəsi üzrə fəaliyyət göstərdiyini deyən müsahibimiz teatr sənətinin təşkilat üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb: “TÜRKSOY türk dili üzərində qurulan bir təşkilatdır. Təşkilatın quruluşunun məqsədlərindən biri də türkdilli dövlətlər arasında mədəniyyət birliyinin yaradılmasıdır. Elə bu səbəbdən də TÜRKSOY üçün dil məhfumu və türk dilinin inkişaf etdirilməsi əsas amildir. Teatr sahəsi də dilin qorunub-saxlanılması, inkişaf etsirilməsi üçün ən mühüm vasitədir. Bizim üzv dövlətlərin hər biri teatr vasitəsilə doğma türkcələrində Türk dünyası yazıçılarının əsərlərini səhnələşdirirlər və bu, xüsusilə qeyri-türk dövlətlərinin tərkibindəki dillərin qorunması, gələcək nəsillərə çatdırılmasında böyük rol oynayır”.

O xatırladıb ki, bu istiqamətdə TÜRKSOY tərəfindən artıq üç ildir ki, Beynəlxaq Teatr Feativalı da təşkil edilir. Festivalın üçüncüsü bu ilin sentyabr ayında Qazaxıstanın “2025-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı” seçilən Aktau şəhərində keçiriləcək. Ümumiyyətlə, təşkilatın bu il üçün nəzərdə tutulan bir çox ənənəvi tədbirlərinin Aktauda keçirilməsi planlaşdırılır.

“TÜRKSOY teatr sahəsi üzrə gənc nəslin yetişdirilməsinə də böyük önəm verir. Bu səbəbdən türkdilli dövlətlərin mədəniyyət və incəsənət universitetlərinin birliyi yaradıldı. Bu vəsilə ilə hər il birliyin rektorlar səviyyəsində görüşləri keçirilir və birgə fəaliyyət planları müzakirə olunaraq müəyyənləşdirilir. Birliyin fəaliyyəti nəticəsində biz artıq ötən il bu universitetlərin nəzdindəki teatr fakültələrinin tamaşalarından ibarət “Teatr Tələbələri Festivalı”nın ikisini keçirdik. Bunlardan ilki Özbəkistanda, ikincisi isə Azərbaycanda, Bakıda baş tutdu. Festivalın üçüncüsü bu ilin may ayında Qazaxıstanın Almatı şəhərində keçiriləcək. Bu da teatr sənətinin TÜRKSOY üçün əhəmiyyətinin daha bir nümunəsidir”, - deyə Elçin Qafarlı bildirib.

Onun sözlərinə görə, TÜRKSOY vasitəsilə Türk dünyası yazıçıları və dramaturqlarının əsərlərindən ibarət altı almanax artıq işıq üzü görüb: “Ötən il görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının anadan olmasının 125-ci ildönümü ilə əlaqədar yazıçının seçilmiş dram əsərlərinin yeddisini Türkiyə türkcəsində çap etdirdik. Bu, Cəfər Cabbarlının Türkiyədə nəşr edilən ilk əsərlər toplusu oldu. Nəşr XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Cəfər Cabbarlının Türk dünyasında daha yaxından tanınması baxımından olduqca vacibdir. Bu nəşrlər əsərlərimizin rejissorlar tərəfindən teatr repertuarlarına salınması üçün bütün ölkələrimiz üzrə yayılır. Səhnələrimizdə dünya dramaturqlarının əsərləri çox oynalınır. Lakin özümüzün, türk yazıçılarının əsərləri qardaş ölkələr tərəfindən çox az səhnələşdirilir. Hazırda biz əsərlərimizin öz səhnələrimizdə oynanılması üçün çalışırıq. Azərbaycan təmsilçisi olaraq, mən də öz dramaturqlarımız və əsərlərimizin tanıdılması üçün fəaliyyətimi davam etdirirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 14:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see254

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see213

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see204

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see203

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see194

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see178

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see157

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see157

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see156

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see155

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see155

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see147

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see147

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see146

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see143

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see143

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see141

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see139

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see138

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri