Icma.az
close
up
RU
Eldar Əzizov “yağış yağarkən tunellərə giriş məhdudlaşdırılsın” fikrinə görə tənqid edildi: “Özü, yəqin, evdən işləyəcək…”

Eldar Əzizov “yağış yağarkən tunellərə giriş məhdudlaşdırılsın” fikrinə görə tənqid edildi: “Özü, yəqin, evdən işləyəcək…”

Pravda.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov paytaxta yağış yağarkən tunellərə girişin məhdudlaşdırılması barədə təklifinə görə tənqid edilib.

Pravda.az xəbər verir ki, E.Əzizov bu təklifinə görə sosial şəbəkələrdə tanınmış ictimaiyyət nümayəndələri tərəfindən də linç edilib.

Ekspert Osman Gündüz yazır: “10 il komsomol məktəbi, 10 il siyasi partiya məktəbi və 30 il də dövlət məmuru məktəbini keçən Bakı şəhərinin meri Eldar Əzizovun təklifi: “Güclü yağıntılar və leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulsun”. Ağlasığmaz olsa da, reallıqdır. Komsomol məktəbinin nümayəndəsi olaraq mən başqa cür tanıyırdım onu. Çox təəccübləndim açıqlamasına. Tərcümeyi-halı ilə dediyi fikirlər arasında kəskin ziddiyyət var”.

“Çapar - Milli İrsin Tədqiqi Mərkəzi” İctimai Birliyinin sədri Dilqəm Əhməd: “Eldar Əzizov Difaidən yazıb, amma Bakını müdafiə edə bilməyib”.

Ekspert İlqar Altay: “Qəribə fikir, haldır. Sanki yüksək dağ aşırımlarında sel yağışdan gözlənilməz yol uçqunu yaranır, təcili fövqəl hal kimi nəqliyyat hərəkəti dayandırılsın. Türkiyə, Gürcüstanda və s. kilometrlər uzunluq təşkil edən qurğularda nədən su basma olmur, o boyda yüksək dağ selləri qarşısında? Bakıda düz yerdə cəmi 10-20 metrlik tunelləri yağış suyu niyə bassın? Bəs sabah Bakıya hansısa yüksək qonaqlar gəlsələr, beynəlxalq tədbir olsa, belə su basmış “maşınudan” gölməçəli keçidlə, tunellə nə etsin bu dövlət, neçə keçirsin onları?”

Jurnalist Niyaz Niftiyev: “Çıxış yoluna baxın da... Şəhər təsərrüfatının yarıtmaz gündə olmasının səbəbi də elə bu cür yanaşmadır”.

Ağ Partiyanın Qadınlar Təşkilatının sədri Malvina Əmirova: “Tunellərin yağış yağdıqda bağlanması problemin həlli deyil, əksinə, bu yanaşma sanki problemin qarşısında aciz olduğumuzu etiraf etməkdir. XXI əsrin paytaxtı olan Bakı bu qədər passiv və qeyri-texnoloji yanaşmanı haqq etmir. Bakı — zəngin təbii sərvətləri olan, dünyaya neft və qaz ixrac edən Azərbaycanın paytaxtı bu günlərdə bir neçə saatlıq yağış nəticəsində iflic olur. Texnologiya bir yana, bəzən elə bil məntiq belə su altında qalır”.

Aparıcı Nübar Lətifli: “Eldar müəllimi qınamıram, yağış yağanda evdən işləyir, yəqin. Amma 1 gün işə getməsə, evdə uşaqları ac qalan ailələr var”.

Aytəkin Qardaşova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://pravda.az
archiveBu xəbər 21 Aprel 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yayda ətir necə seçilməlidir? Tanınmış əttardan TÖVSİYƏLƏR

07 İyun 2025 13:47see190

Yığmamız Avropa kubokunun yarımfinalında Malta ilə qarşılaşacaq

07 İyun 2025 23:39see134

Bu gün İspaniya Portuqaliya finalı var

08 İyun 2025 10:46see121

“Bizə “avtobus müxalifəti” deyənlər bir həqiqəti qulaqlarına sırğa etsinlər ki...”

08 İyun 2025 19:43see120

“Hakimin az qala bütün qərarları ya Qarabağ ın, ya da Sabah ın narazılığına səbəb oldu”

08 İyun 2025 04:24see119

"Qumar kralı" "sağ əli" həbs edildi

07 İyun 2025 23:06see118

Münxendə insanlara bıçaqla hücum edən şəxs polis tərəfindən zərərsizləşdirilib

08 İyun 2025 04:24see117

Astronomlar ilk dəfə unikal ulduzları kəşf edirlər..?

08 İyun 2025 00:17see116

DİQQƏT! Bu ərazilərdə qaz KƏSİLƏCƏK

07 İyun 2025 10:37see115

40 il Korsikaya qarşı vuruşan Fransa... Niyə erməni separatizminə hə, rus separatizminə yox deyir...

07 İyun 2025 20:10see115

Klopp Real a hücumçu təklif etdi

07 İyun 2025 23:00see115

Zaxarova Zelenskini təhqir etdi: ...alçaq hərəkətə əl atıb

07 İyun 2025 21:57see114

YPX maşınına yol verən sürücüyə cərimə yazıldı VİDEO

07 İyun 2025 17:51see114

Maskın təklifi

08 İyun 2025 04:23see114

Təhlükəli epizodlar yaratdıq Fernandu Santuş

07 İyun 2025 19:52see114

Rusiya ordusu Sumı şəhərinə yaxınlaşır

07 İyun 2025 17:23see113

İlon Maskdan gözlənilməz həmlə ABŞ ı heyrətə saldı

07 İyun 2025 17:56see113

Bakıda marketdən pul oğurlandı

07 İyun 2025 17:58see113

Cəlilabadda minik avtomobilləri toqquşub

08 İyun 2025 18:47see112

Ozempic qeyri adi bir yan təsirə malikdir..?

07 İyun 2025 23:46see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri