Naxçıvanda eyni dönərxanada son 20 gündə ikinci KÜTLƏVİ ZƏHƏRLƏNMƏ
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
Naxçıvanda 17 nəfər dönərdən zəhərlənib.
Oxu.Az xəbər verir ki, Naxçıvan şəhəri H.Əliyev prospektində yerləşən "Kassap Döner" dönərxanasında 17 nəfərin qidadan zəhərlənməsi barədə Naxçıvan Yoluxucu Xəstəliklər Mərkəzindən Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə məlumat daxil olub.
Məlumata əsasən, agentlik tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilib. Belə ki, şübhəli məhsulların toxunulmazlığı təmin edilib, dönərxananın fəaliyyəti dayandırılıb.
Faktla bağlı araşdırma aparılır, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, mayın 22-də həmin dönərxanada analoji hal qeydə alınmışdı. Həmin vaxt yeddi nəfər dönərdən zəhərlənmişdi.
Baxış sayı:136
Bu xəbər 09 İyun 2025 09:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















