Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

Eldar Əzizovun ancaq küçə süpürmək səlahiyyəti var Şeyx Əbdül

Eldar Əzizovun ancaq küçə süpürmək səlahiyyəti var Şeyx Əbdül

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

"Şəhəri pis günə Eldar (Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov - red.) qoymayıb. Şəhəri pis günə Abutalıbov (Hacıbala Abutalıbov - red.) qoyub qaçıb, Eldara miras qalıb. Ona görə Eldarı ittiham etmək, hər dəfə söymək Allahdan deyil".

Bu fikirləri Redaktor.az-a Xalq artisti Şeyx Əbdül Mahmudbəyov Bakıda aparılan tikinti işlərindən danışarkən bildirdi.

"Mən heç Eldarı tanımıram, salam-sağolum da yoxdur. O demək deyil ki, adama haqsızlıq edilsin. Mənim ev məsələmdə o, obyektiv mövqe tuturdu. Kanalizasiya məsələlərində Eldar Əzizovun heç bir günahı yoxdur. Səbəbi kimi 30 il əvvəlki erməni məsələsini sitat gətirmişəm. Günahı orada, 30 ildə Bakını pis günə qoyan Hacıbalada axtarmaq lazımdır.

Bu, Eldara miras qalıb, 5-10 günə Bakını düzəltmək mümkün deyil. Bakının yeraltı kanalizasiya sistemi yenidən qurulmalıdır. Bu da ev tikib Bakını pis günə qoyanların boynuna qoyulmalıdır. Bakını satıb pul qazananların boynundadı günah, Eldar Əzizovun yox. Qapımızda çəpər var, o tərəfi Vaqif Mustafazadə adına musiqi gimnaziyası, digər tərəfdə bizim yaşayış evimiz var. Ortada bir qaraj düzəldiblər. Nəsə deyəndə deyirlər ki, “biz buranı almışıq.” Kim satıb Bakını? Hansı pulla alıblar? Hamısı Hacıbaladan qalma yalançı sənədlərdir. Hacıbalanın Bakıdakı fəaliyyəti, verdiyi sənədlər hamısı yenidən yoxlanılmalıdır".

Müsahibimiz hesab edir ki, paytaxtdakı bütün cinayətkar əməllər ortaya qoyulmalıdır:

"Bakı fırıldaqçı ev tikənlərdən azad olmalıdır. Bakını dağıdanlar qalır qıraqda, yapışıblar Eldarın yaxasından. Eldar Əzizovun onlara gücü çatır ki? 5 ildir mansardda yaşayıram, qanuni binamızı tikib, təhvil verməyə icazə vermirlər. Niyə icazə vermirlər, hansı haqla? Tamilla xanım oranı alıb. 4-5 ildir bizə yaşamağa yer verib. Bizə yeri dövlət yox, o xanım verib. İcazə verin, xanım işlərini görsün, evlərini tikib camaatı yerbəyer etsin.

Hacıbaladan qalma sənədlər dayandırılmalıdır. Evləri tikib, satanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır, yoxsa Bakı əldən gedir. Eldar Əzizovun ancaq küçə süpürmək səlahiyyəti var, başqa səlahiyyəti yoxdur. Hamısı əlindən alınıb. Qanunsuz iş görənlər qalıb bir qıraqda. Yenidən leysan gözlənilir. Nə olacaq? Səbəbkarı tapmaq lazımdır. Vaqif Mustafazadə adına musiqi məktəbinin açılışını Prezident və xanımı edib. Kim qaraj edə bilər? Kim onlara səlahiyyət verib? İcra başçısı hara baxır? Yasamal rayonu icra başçısı, bələdiyyə hara baxır? Hər kəs deyir ki, “buranı almışıq.” Bura Azərbaycan dövlətinin əmlakıdır. Kimə söz deyirsən, yuxarıların adını çəkir. Mənim yuxarılara əlim çatmır axı, soruşum ki, siz filankəsin arxasında dayanmısız? Elə adlar çəkirlər, adam dəhşətə gəlir. Ev tikənlərə söz deyən yoxdur, başqa bir kəlmə deyəni basırlar içəri, gəlib vəziyyətə baxsınlar. Məktəb parkının həyəti istirahət mərkəzi olmalıdır. Burada insanlar yaşayır, necə qaraj tikmək olar? Prezidentin xanımının açılışında iştirak etdiyi yer niyə şəhər mərkəzində nəzarətsiz qalıb? Nəsə deyəndə deyirlər, “əlimizdə sənəd var.” Bu həyət-bacanı abadlaşdırmaq lazımdır. İnsanlar şəhərin mərkəzində rahat nəfəs alsınlar. Gəlib baxsınlar, niyə buranı dağıdırlar. "Karamelni" tarixi binadır. Mən Eldar Əzizovu müdafiə edirəm. Niyə? Eldar Əzizov mənim əmim deyil, dayım deyil, qohumum deyil. Ev məsələmizdə bir neçə dəfə onunla görüşdüm. Heç bir günahının olmadığına özüm şahid oldum. Hacıbaladan qalma gərginliyi Eldar aradan qaldırdı. Hacıbala villalarda kef edir. Balaları Türkiyədə bizneslə məşğuldur.

Ən dəhşətlisi budur ki, mən, 81 yaşlı kişi, mansardda yaşayıram. Maşın əlindən nəfəs almaq olmur. Amma bunlara söz deyən yoxdur. Belə şey olar? Mən qanunu tələb edirəm. Mansardda yaşamamalıyam. Cənab Prezidentə müraciət hazırlayıram. Əlimdə 3 məhkəmə qətnaməsi var. Hacıbala Abutalıbovu tapın, ya evimi versin, ya da pulunu versin, ev alım. Mən burada yaşayıb ölə bilmərəm. Tamilla xanıma icazə verin, yarımçıq qalan tikililəri tamamlasın. Bina 5 ildir yarımçıq qalıb. Hacıbala hansı pula villaları yan-yana tikib?. Qəribədir, Azərbaycan dövlətinin qanunu icra olunmur. Hanı Konstitusiya? Son 6-7 ildə Prezidentin mübarək imzası ilə 4 ən yüksək dövlət mükafatına layiq görülmüşəm. Nə bu mükafatlara, nə məhkəmə qətnaməsinə, nə də mən ağsaqqala hörmət edən yoxdur".

Şeyx Əbdül bildirdi ki, Bakını təmizləmək lazımdır.

""Kubinka"nı onlara gəlir gətirəcək mədəniyyət mərkəzi edib, min dənə obyekt tikmək olar. Azərbaycan xalqı pulunu ancaq pomidor-xiyara verir. 5 manat pomidor olan yerdə bunlar nədən danışır? Hansı binanı alacaqlar? Bakıdan əl çəksinlər. Qarabağda, Şirvanda, Muğanda, Mildə tələbə şəhərciyi salsınlar. Qobustanda mədəniyyət mərkəzi, obyekt açsınlar. Dünya da bura gəlsin. Yol çəksinlər. Dünya gəlsin, qədim Qobustanla, mədəniyyətimizlə tanış olsun".

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Aprel 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see657

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see341

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see321

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see316

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see305

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see302

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see283

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see274

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see272

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see256

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see254

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see232

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see222

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see222

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see222

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see215

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see211

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see207

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see201

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri