Icma.az
close
up
RU
Eldar Mahmudovun adamları Qənirə Ataşovanı təhdid edir: DİN və DTX dən kömək istədi

Eldar Mahmudovun adamları Qənirə Ataşovanı təhdid edir: DİN və DTX dən kömək istədi

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Hazırda ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova və övladları ölümlə təhdid edilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə özü bildirib.

O qeyd edib: "DİN və DTX-ya müraciət edirəm! Keçmiş MTN generalı Eldar Mahmudovun əlaltısı olmuş, müxtəlif qadınları və kişiləri şəxsi görüntülərlə şantaj etdiyi bilinən Vüsal Həsənov bu günlərdə mənim və övladlarımın həyatına ciddi təhlükə yaradıb.

Yaxın keçmişdə ailəm haqqında sosial şəbəkələrdə yayılan təhqiramiz videoların müəllifi məhz Vüsal Həsənov olub. Bu barədə DİN artıq məlumatlı idi və həmin videolar platformalardan silinib.

Bundan əlavə, Vüsal Həsənovun arvadı – diplomu olmayan, lakin özünü həkim kimi təqdim edən Gül Əliyeva – Gəncədə Gülbəniz adlı gənc bir qıza cərrahi əməliyyat apararaq onun ölümünə səbəb olub. Bu hadisə ilə bağlı Gülbənizin ailəsi ilə VMR klinikası arasında razılaşma əldə edilsə də, mən bu məsələyə məhz həkimlik ixtisası olmayan bir şəxsin qanunsuz cərrahiyyə əməliyyatı aparması baxımından diqqət çəkmişdim.

Bu məsələni ictimailəşdirdiyim üçün Gülbənizin atası Eldəniz, Vüsal Həsənovun təhriki ilə bir neçə dəfə məni təhdid edib. Uzun fasilədən sonra bu gün o, birbaşa mənə və övladım Fərhada zəng edərək, onu və qardaşını öldürəcəyini bildirib. Telefon danışığında özünü Moskvada yaşayan iş adamı kimi təqdim edərək, qanuni oğrularla bağlı olduğunu xatırladaraq “adam tutmuşam, hər ikinizi öldürəcəyəm” sözlərini açıq şəkildə işlədib.

Bu açıq təhdidlər mənim və övladlarımın həyatı üçün ciddi təhlükədir. Övladlarım ABŞ vətəndaşıdır və o, bu gün rəsmi şəkildə bu təhdidlərlə bağlı Amerika hökumətinə də müraciət edəcək.

Mən Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarına və aidiyyəti dövlət qurumlarına müraciət edirəm: bu məsələ araşdırılmalı, Vüsal Həsənov və onunla əlbir olan şəxslərin cinayət məsuliyyəti qanun çərçivəsində təmin olunmalıdır. Əgər bizim hər hansı birimizin başına bir iş gələrsə, sifarişin Bakıdan gəldiyini və Moskvadakı qanuni oğrular vasitəsilə həyata keçirildiyini bilmiş olun".

"Cebheinfo.az"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 Aprel 2025 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see313

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see302

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see289

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see283

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see279

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see269

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see251

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see248

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see245

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see241

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see240

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see238

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see234

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see227

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see226

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see221

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see202

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see197

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see193

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri