Icma.az
close
up
RU
Eldəniz Əmirov: 2027 ci ildə neftin 70 dollardan aşağı düşməsi çətin görünür

Eldəniz Əmirov: 2027 ci ildə neftin 70 dollardan aşağı düşməsi çətin görünür

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İran-ABŞ və Rusiya-Ukrayna münaqişəsi bitməyənə qədər dünyanın enerji böhranı tam həll olunmayacaq”.

Gununsesi.info bildirir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov deyib:

“Bu münaqişələrin yaxın perspektivdə bitməsi də real görünmür. Deməli, ”Bu xəmir hələ çox su aparacaq.”

Avropa İttifaqında öz seçkicilərini sakitləşdirmək üçün enerji təchizatının diversifikasiyasından danışırlar. Amma hardan, enerji mənbəyi haradadır, bu diversifikasiyanın?

Hazırda nefti çox olub amma bazara az çıxaran əsas 3 ölkə var. İran, Venesuela və Rusiya. Bunlar istisna olmaqla, dünyanın əsas neft istehsalçılarının qısa müddətdə bazara böyük həcmdə əlavə neft çıxarmaq imkanları məhduddur.  Rusiyanın və İranın sanksiyaları məlumdur.

Venesuelanın isə nəhəng neft ehtiyatları var, amma böyük ehtiyat böyük hasilat demək deyil. Mövcud infrastruktur və texnoloji imkanlarla hasilatı qısa müddətdə bir neçə dəfə artırmaq mümkün deyil. Bunun üçün milyardlarla dollar investisiya və illər lazımdır.

Alternativ enerji də neft və qazı qısa müddətdə əvəz edə bilmir. Avropa onilliklərdir bu istiqamətə böyük vəsait yatırır, amma neft və qazdan asılılıq hələ də yüksəkdir.

Başqa sözlə, həm əlavə neft təklifi məhduddur, həm əsas nəqliyyat marşrutları risk altındadır, həm də alternativ enerji tələb olunan həcmi əvəz edə bilmir”.

İqtisadçının fikrincə, bu səbəbdən növbəti ildə neftin 60-65 dollara düşməsi indiki şəraitdə çətin görünür:

“Buna görə də 2027-ci ilin dövlət büdcəsində neftin qiymətinin 65 dollardan 70 dollara qaldırmaq məsələsinə də baxıla bilər. Çünki mövcud geosiyasi vəziyyətdə 70 dollar ciddi əlavə risk yaratmadan büdcənin gəlir imkanlarını genişləndirə və iqtisadi aktivliyin dəstəklənməsi üçün əlavə maliyyə imkanları yarada bilər.

Yeri gəlmişkən, ABŞ Enerji İnformasiya Administrasiyası (EİA) 2026-cı ilin fevralında 2027-ci il üçün Brent neftinin orta qiymətini 53 dollar proqnozlaşdırırdısa, sentyabrda bu rəqəmi 74 dollara qaldırıb. UBS-in hazırkı proqnozu da 75 dollardır.

Bir daha qeyd edim ki, faktiki qiymətin daha yüksək ola biləcəyini düşünürəm. EİA və UBS-in daha yüksək rəqəmləri indidən proqnozlaşdırmamasının səbəblərindən biri belə proqnozların bazarda əlavə təzyiq yaradaraq neftin qiymətini daha da yüksəldə bilməsi ola bilər ki, bu da ABŞ-ın maraqlarına uyğun olmazdı.

Deməli, mövcud mənzərə dəyişməzsə, Azərbaycan gələn il də yüksək neft qiymətlərindən faydalanaraq valyuta ehtiyatlarını artırmaq üçün əlverişli imkan əldə edə bilər”.

Şəbnəm

Gununsesi.info 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 Sentyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see375

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see336

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see330

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see323

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see322

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see317

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see309

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see302

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see299

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see275

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see267

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see259

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see257

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see251

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see250

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see246

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see233

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see213

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see209

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri