Ailəsindən Zülfiyyə Xanbabayevaya qadağa
Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.
Xalq artisti Zülfiyyə Xanbabayeva qızı Dənizdən danışıb.
Axşam.az xəbər verir ki, müğənni Araz FM-ə qonaq olarkən ailəsindən və qızı ilə münasibətindən söz açıb.
O, Dənizin təhsil aldığını, bütün işlərini özü gördüyünü və ancaq ana nəvazişinə ehtiyacı olduğunu bildirib:
"Qızım, yoldaşım, qardaşım uşaqları - heç biri onlardan danışmağımı sevmir. Qoymurlar danışım, ürəyimi boşaldım. Ailəcanlıyam, böyük ailəm var. Qızım Dəniz təhsil alır, dərsə gedib - gəlir. Bütün işlərini də özü edir. Sağ olsun, başımı qatmır. Ancaq ana nəvazişinə ehtiyacı var.
Eqoist olmayım. Özüm ailəmə qarşı çıxıb istədiyimi etmişəmsə, qızıma da istədiyinə icazə verərəm. Xaricə getmək istəsə, getsin. Məsafə problem deyil. Məsafələr yaxınlaşıb, ürəyi istəyəndə mən, mən istəyəndə o mənim yanımda olar. Özümü yox, Dənizi düşünürəm. Bu yaşdan sonra qızım haqqında düşünmək vaxtımdır.
Qızım çox soyuqdur. Nə mənə, nə atasına oxşayıb. Çox istiqanlıyam, onun istiqanlılığı mənə az gəlir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 26 Noyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















