Icma.az
close
up
RU
Konstitusiya Məhkəməsində yeni hakimlərlə görüş keçirildi

Konstitusiya Məhkəməsində yeni hakimlərlə görüş keçirildi

Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Noyabrın 25-də Konstitusiya Məhkəməsində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 10 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə bir sıra birinci instansiya məhkəmələrinə təyin olunmuş hakimlərlə görüş keçirilib.

Modern.az xəbər verir ki, görüşdə Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara uğurlar arzulayıb, hakimlik fəaliyyətinin yalnız hüquq normalarının tətbiqi ilə məhdudlaşmadığını, eyni zamanda insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqi müəyyənliyin qorunması və cəmiyyətin məhkəmə hakimiyyətinə etimadının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Sədr hakimlik fəaliyyətinin yüksək hüquqi bilik və peşəkarlıqla yanaşı dərin məsuliyyət, prinsipiallıq, dürüstlük, qərəzsizlik və mənəvi bütövlük tələb edən şərəfli missiya olduğunu qeyd edib.

Fərhad Abdullayev çıxışında Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulması, demokratik və hüquqi dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində həyata keçirdiyi tarixi xidmətlərinə toxunub, həmçinin diqqətə çatdırıb ki, Ümummilli Liderin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiya dövlətimizin hüquqi, siyasi və institusional inkişafının əsasını təşkil edərək, ölkədə demokratik idarəçilik və qanunun aliliyi prinsiplərinin bərqərar olmasına mühüm zəmin yaradıb.

Məhkəmə-hüquq sistemində aparılan genişmiqyaslı islahatların əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar məhkəmə sisteminin institusional inkişafına, fəaliyyətinin müasir tələblərə uyğunlaşdırılmasına, məhkəmə xidmətlərinin əlçatanlığının artırılmasına, hakim korpusunun peşəkarlaşdırılmasına və vətəndaşların hüquqlarının daha səmərəli müdafiəsinə xidmət edir. Bu islahatlar məhkəmə sistemində keyfiyyətcə yeni mərhələnin formalaşmasına, ədalət mühakiməsinin çevik, şəffaf və səmərəli həyata keçirilməsinə geniş imkanlar açır.

Sədr diqqətə çatdırıb ki, hər bir hakim qərar qəbul edərkən Konstitusiyanın və qanunların tələblərini, qanunun aliliyini, hakimin müstəqilliyini, obyektivliyini, qərəzsizliyini və vicdanlı yanaşmanı rəhbər prinsiplər kimi əsas götürməli, bu baxımdan hakimlərin yüksək peşə etikası, məsuliyyət hissi, hüquqi düşüncəsi və vətəndaşlara qarşı həssas münasibəti onların fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmalıdır.    

Görüş çərçivəsində Konstitusiya Məhkəməsinin fəaliyyəti, konstitusiya icraatının xüsusiyyətləri, Plenum tərəfindən qəbul edilmiş qərarlarda formalaşdırılmış hüquqi mövqelər və onların hüquq tətbiqetmə təcrübəsində əhəmiyyəti, qərarların hüquq sistemindəki yeri, konstitusion prinsiplərin tətbiqində və hüquqi yanaşmaların formalaşmasında rolu barədə ətraflı məlumat verilib.

Sonda görüş iştirakçıları Konstitusiya Məhkəməsinin binası ilə tanış olub, xatirə fotosu çəkdiriblər.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:27
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Noyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see458

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see382

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see368

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see365

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see337

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see334

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see323

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see322

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see319

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see315

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see302

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see292

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see287

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see277

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see275

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see266

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see264

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see259

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see259

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see247
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri