Icma.az
close
up
RU
Elə uşaqlar olur ki, babalarının adlarını bilmirlər Əməkdər müəllimdən maraqlı AÇIQLAMA

Elə uşaqlar olur ki, babalarının adlarını bilmirlər Əməkdər müəllimdən maraqlı AÇIQLAMA

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Artıq məktəblərdə yay tətili başlayıb və şagirdlər dərs prosesindən uzaqlaşıblar. Tətil dövründə uşaqların bir qismi müxtəlif kurslara, idman və yaradıcılıq fəaliyyətlərinə qatıldığı halda, digərləri vaxtlarının böyük hissəsini telefon, kompüter və sosial şəbəkələrdə keçirirlər. Mütəxəssislər qeyd edirlər ki, yay aylarında tədrisdən tamamilə uzaq qalmaq bəzi şagirdlərin bilik və bacarıqlarına mənfi təsir göstərir. Xüsusilə yeni tədris ilində onların oxu, yazı və qrammatik bacarıqlarında zəifləmə müşahidə olunur. Bu isə tətil müddətində asudə vaxtın kifayət qədər səmərəli təşkil edilmədiyini göstərir.

Bəs uşaqlar yay tətilində vaxtlarını necə keçirməlidirlər?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Bakı şəhəri Famil İsgəndərov adına 157 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Əməkdar müəllim Nəzakət Əliyeva bildirdi ki, məktəblilərin tərbiyəsi və şəxsiyyət kimi formalaşması istiqamətində məktəb və valideyn əməkdaşlığı daha səmərəli təşkil olunmalıdır:

"Birinci sinifdən ikinci sinfə keçid dövründə uşaqlar bir qədər körpə olurlar. Yanvara qədər gəlib çatanda görürsən ki, sanki hər şeyi unudublar. Elə bil heç nə keçməmisən. Amma illər keçdikcə görürsən ki, artıq daha rahat olurlar. Dördüncü sinifdən sonra isə əgər müəllim öz işini yaxşı qurursa, dərsləri hərtərəfli keçirsə, ciddi çətinlik yaranmır. Mən həmişə uşaqlardan soruşuram ki, hansı kəndə, hansı rayona gedirlər, həmin kəndin adı nədir, orada hansı tarixi abidələr var, mədəniyyətimizə və irsimizə aid nələr mövcuddur. Məsələn, uşaq öz kəndinin adını bilməyəndə çətin olur. Deyirəm ki, bunu öyrən, gəl. Hətta elə uşaqlar olur ki, babalarının adını belə bilmirlər. Belə hallarla da qarşılaşmışıq. Bu da ailədən gələn məsələdir. Ya münasibətlər zəif olur, ya başqa səbəblər olur. Bəzən böyüklər vəfat etdikdən sonra onların adı belə çəkilmir. Bu isə yaxşı hal deyil. İnsan öz atasına, anasına, vətəninə və tarixinə hörmətlə yanaşmalıdır ki, uşaq da bunu nümunə götürsün. Bu, vərdiş halına çevrilməlidir".

Əməkdar müəllim təklif edir ki, məktəblərdə yay düşərgələri yaradılsın:

"Ümumiyyətlə, mən hesab edirəm ki, yay tətili günlərində şagirdlərin asudə vaxtlarının səmərəli təşkili xüsusi diqqət tələb edən məsələdir. Təəssüf ki, bütün ailələrin uşaqlarını müxtəlif kurslara, inkişaf proqramlarına və ya düşərgələrə göndərmək üçün həm vaxt, həm də maddi imkanları olmur. Nəticədə bəzi uşaqlar günlərini telefon və kompüter qarşısında, yaxud küçədə nəzarətsiz keçirirlər. Bu baxımdan məktəblərin imkanlarından maksimum istifadə etmək lazımdır. Hesab edirəm ki, məktəblərin nəzdində yay məktəbləri və yay düşərgələri təşkil oluna bilər. Bu layihələrə könüllü müəllimlər, könüllülər, məktəbli dostları və pedaqoji fakültələrin tələbələri cəlb edilə bilər. Yay məktəbləri və yay düşərgələri çərçivəsində şagirdlərin şifahi nitq bacarıqlarının, mütaliə vərdişlərinin inkişafı məqsədilə müxtəlif tədbirlər keçirmək mümkündür. Şifahi və yazılı ədəbiyyat nümunələrinin oxunması və müzakirəsi təşkil oluna, kiçikhəcmli əsərlər səhnələşdirilə, bədii qiraət müsabiqələri keçirilə bilər.

Burada uşaqların mütaliə vərdişlərinin inkişafı, şifahi nitq bacarıqlarının formalaşdırılması üçün müxtəlif kitab müzakirələri, bədii qiraət saatları, kiçikhəcmli əsərlərin səhnələşdirilməsi təşkil oluna bilər. Eyni zamanda şahmat, dama kimi stolüstü oyunlar, müxtəlif idman yarışları, estafetlər, bilik müsabiqələri, rəsm və əl işləri sərgiləri uşaqların həm sosiallaşmasına, həm də asudə vaxtlarının faydalı keçirilməsinə xidmət edər. Bundan başqa, tarixi abidələrə, muzeylərə, Zəfər Parkına, Qənimətlər Parkına və Şəhidlər xiyabanına ekskursiyaların təşkili də uşaqların dünyagörüşünün formalaşmasında mühüm rol oynaya bilər. Hesab edirəm ki, belə yay proqramlarının həyata keçirilməsi üçün müəyyən maliyyə dəstəyi göstərilməsi də müsbət nəticələr verər və daha çox uşağın bu imkanlardan yararlanmasına şərait yaradar".

Pedaqoqun sözlərinə görə, yay tətilindən qayıdanda müəllimlərin ilk diqqət yetirdiyi məsələlərdən biri yazı bacarıqları olur.

"Bilirsiniz ki, hazırkı proqramlarda inşa və ifadə ayrıca mövzu kimi yoxdur. Amma monitorinqlərdə, xüsusilə dördüncü siniflərdə uşaqlara müxtəlif mövzular təqdim olunur və onlar həmin mövzular üzrə sualları diqqətlə oxuyub cavablandırmalıdırlar. Bəzən əgər biz yazı işləri verməsək, uşaq ümumiyyətlə inşa və ya ifadənin nə olduğunu bilməz. Ona görə müəllimlər bu istiqamətdə əlavə iş aparırlar. Oxuyub-anlama tapşırıqları veririk, məzmunu yazdırırıq. Görürsən ki, biri yaxşı yazır, biri zəif yazır. Bəzən hadisələrin əvvəlini axırda, axırını əvvəldə yazırlar. "Ailəm", "Mənim anam", "Ailədə mənim vəzifələrim" kimi mövzularda inşalar yazdırırıq. Çünki monitorinqlərdə şəkil əsasında mətn yazmaq tapşırıqları da olur. Belə hallarda uşağın yazdığı məzmun şəklə uyğun olmalıdır, təsadüfi cümlələrdən ibarət olmamalıdır", - deyə N.Əliyeva yekunlaşdırdı.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 İyun 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri