Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Ələkbər Salahzadənin poetik arsenalında söz yaradıcılığı problemi

Ələkbər Salahzadənin poetik arsenalında söz yaradıcılığı problemi

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Nizami Məmmədov Tağısoy
filologiya elmləri doktoru, professor

Ələkbər poetik kamilliyə lap elə ilk yaradıcılıq örnəklərindən başlayaraq imza atmışdır. Şairin XX əsrin 1950 – 1960-ci illərinə aid “Quzu” (1959), “Gecə” (1960), “Okeanlar, dənizlər...” (1960), “Aradan bir çay keçir” (1961), “Qış naxışları” (1961), “Böyüyürük, böyüyürük...” (1961), “Avarqollular” (1962), “Axşam” (1962), “Nağıl” (1962), “Yağış lövhəsi” (1963), “Mötərizə nağılı” (1964), “Royal” (1965), “Vaxt keçir” (1965), “Fevral-1966” (poema-1966) və s. kimi nümunələrdə biz belə münasibətın yetərincə şahidi oluruq. Ələkbər ilk baxışda təsvir yaratmağa poetik zənginlik nümayiş etdirməyə istiqamətli olmayan mövzulara elə həyat verir ki, oxucu bu nümunələri mütaliə edəndə sözün sehri qarşısında donub qalır.

Çünki Ələkbərin növbəti misrasında oxucunun birinci misradan sonra gözlədiyi fikir, ifadə və təsvir heç bir halda onun gözü önündə, yaxud təfəkküründə tumurcuqlamır. Görün 1959-cu ildə hələ 18 yaşı olanda gənc vunderkind “Quzu” şeirində necə poetik tryuklar edir:

Quzu, papaqlıq quzu,

Kəsdilər körpə-körpə.

Baxdım qanlı əllərə -

tükləri ürpə - ürpə.

O tərəfdə anası.

mələdi yazıq-yazıq

Tərpənmədi kəsənin

bir tükü də azacıq.

...Ölümünlə ananı

yandırıb-yaxdın, quzum,

Eybi yox,

o yazığa

düşünən insanların

başından baxdın, quzum.

Görürsünüzmü, Ələkbər əvvəl yazıq quzunu, sonra isə quzunun kəsildiyi zamanı və sonrasını insanların tükünün tərpənmədiyini necə gizli sarkazmla təsvir edir. Əslində bu tipli poetik yeniliklər şairlikdə illərlə yol gələn, dünyada baş verən hadisələri, olayları belə hədəfə dəyən ifadələrlə təsvir edə biləcək sənətkarların işidir. Lakin Ələkbər hələ lap gəncliyindən belə üstün məharət daşıyıcısı idi.

Ə.Salahzadənin şeirində misralarda təkrarlanan formalar iştirak edir. O, sanki bu tipli poetik priyomlardan istifadə etməklə öz təfəkkürünün və bədii gücünün qeyri-adiliyini nümayiş etdirirdi. Yeri gəlmişkən bildirək ki, belə poetik tryuklardan A.Blok, V.Mayakovski, A.Belı və V.Xlebnikov da vaxtilə çox istifadə etmişdilər. Ələkbər də onlarsayağı öz xüsusi üslubunu yaradıb şeirin ritminə özünəxas naxış və ilmələr vurub, qeyri-ənənəvi qafiyələnmə yaratmaqla yeni sözlərin ortaya çıxmasına vəsiqə verirdi. Bu baxımdan Ələkbərin poeziyası, hesab edirik ki, hələ uzun zaman kəsiyində diskussiyalar mövzusu olaraq qalacaqdır. Şairin poetik sistemində müxtəlif məna yükü daşıyan misralar daha çox diqqət mərkəzinə düşür. Qeyd etdiklərimizi şairin “Qar” şeirinin kompozisiya – məzmun kontekstində incələməyə çalışaq:

“Qar-qar”

qarıldadı, qara qarğalar!

Yağdı, yağdı,

yağdı qar.

Yonqar – yonqar

Ley, leyləkdən lələk-lələk,

bir soyuqdan yadigar

yağdı qar, yağdı qar.

Ovxalandı ağ bulud

piltə-piltə yağdı qar.

...ağardı gün, ağardı,

qalaylandı axşam da,

gecəyə ələndi qar.

...Qalaylandı gün,

bəyaz qar altında qaldı paxırlar...

Baxın, şairin poetik leksikası, həmin leksik örnəklərin semantik tutumu “qarın yonqar-yonqar yağma”sı, “ley, leyləkdən lələk-lələk... yadiğar”, “ağ buludun ovxarlanması”, “qarın piltə-piltə yağması”, “axşamın və gecənin qalaylan”ması oxucuda necə qeyri-adi assosiativ duyğular yaradır və onun düşüncəsində sözlərin yeni mənalar yaradılır. Şairin lirikasında səs təqlidi kimi poetik priyomdan da ustalıqla istifadə edilir və bu tipli şeirlərdəki sözlərin leksik mənasında daha çox onların bir-biri ilə sənətkarın qələmi altında necə ülfətə, ünsiyyətə girməsi də diqqəti məşğul edir. Eyni zamanda şair qarışıq leksik üslubdan da ustalıqla yararlanır. Elə buradaca şairin daha çox istifadə etdiyi üslubi priyom və fiqurların söz seçiminə inversiya olaraq xidmət etdiyini də görürük. Ələkbərin poeziyasının qeyi-adi obrazlarında çoxsaylı ədəbi priyomlardan da yararlanılır. Onların sırasında alliterasiya (bir-biri ilə yanaşı və əsasən bir-birinə yaxın, yaxud qonşu misrada sözün əvvələrində gələn samit səslərin təkrarlaması), assonans – bir-biri ilə yanaşı dayanan, yaxud qarışıq misralarda olan sait səslərin təkrarı), uyğun səsləmiş (bu, Ələkbərin şeirlərində daha tez-tez rast gəlinən priyomdur), kakofoniya (bir-birini rədd edən, xoşa gəlməyən qarışıq səslər), səs təqlidi (təsvir olunmuş vizual obrazın səs effektini yaratmağa xidmət edən priyom), alleqoriya (mürəccəd anlayışları konkret obrazın köməyi ilə təsvir etməyə imkan verən priyom), personifikasiya (fərdi insan xarakteristikasının insan formasında qeyri-insani mücərrəd keyfiyyətlərlə təsviri), oksümoron (iki bir-birinə zidd sözlərin bir-biri ilə uzlaşdırılması və s.) və i.a. şəklində ortada durduğunu söyləyə bilərik.

Eyni zamanda Ələkbərin poeziyasında başqa bir cəhəti də fərqləndirməyə ehtiyac duyulur. Bunlardan biri faktiki süjet, digəri emosional süjetdir. Ələkbər də emosional süjet faktikdən daha aktual mövqedə dayanır. Odur ki, şairin poetik dilində ahəng, səslər və obrazlar o qədər dürüst, zərif və billurdur ki, onların hamısı Ələkbərsayağı metoforaların köməyi ilə uğurla yaradılır. Onun poeziyasında mətndə mürəkkəblik yaradan element kimi fəlsəfi yanaşma və interpretasiyaları da qeyd etmək zəruridir. Şairin əsərlərində novatorcasına yaradılan səslərin həm də əsərin kompozisiya-struktur özəlliyinə təsir etdiyini də nəzərdən qaçırmaq olmaz. O, mətnin oxunaqlığına, özünəxas musiqililik yaratmasına və eyni zamanda, həm də metrikaya xüsusi diqqət yetirdiyini də unutmamalıyıq. Yenə də 1959-cü ildə qələmə aldığı “Aradan bir çay keçir” şeirinin mətni əsasında dediklərimizi incələyək:

Dağlar durub üz-üzə,

güney quzeyə baxır,

quzu quzuya baxır.

İki çoban diz-dizə

çörək kəsir, çay içir.

Aradan bir çay keçir.

O taydakı palıdın

bu tayda da kökü var.

Bir əsrin hicranından

çiynində qəm yükü var.

Gümüşü sularıyla

torpağın yarasını

sarıyıb tənzif kimi

aradan bir çay keçir.

Yarıdan bir çay keçir!..

Bu söz və ifadələrdə müəllifin təsvirini verdiyi reallığın maraqlı mənzərəsi yaradılmışdır. Sözlər Ələkbərin müəllif qavrayışının aynası kimi bərq vurur, hər yana işıq salır. Eyni zamanda görürük ki, şairin burada metaforik duyum stixiyası son dərəcə nəhayətsizdir. O, sözlərdən oxucu emosionallığını gücləndirən və ona kömək edən emosional obrazlar yaradır.

Adətən şairlər, bədii təfəkkür sahibləri öz yaradıcılıq praktikasıboyu çeşidli bir-iki ifadələr işlətməklə ədəbiyyatın yaddaşına həkk olunurlar. Amma Ələkbər Salahzadənin istər şeir və poemalarında, istərsə də tərcümə məhsullarında belə uğurlu tapıntılar bir deyil, beş deyil, yetərincədir.

Ələkbərin əsərlərində yer almış söz yaradıcılığı, ifadənin deyim tərzi sırf özəldir, fərdidir. Biz şairin bütün yaradıcılıq məhsullarına nəzər saldıqca onun poeziyasının əsas mətninin daha geniş formatda köməkçi ifadə və mətnlərin yardımı ilə kommunikativ heterogen vahid yaratdığını görürük. Buna görə də onu metamətn kimi səciyyələndirə bilərik. Eyni zamanda mətamətnin komponentləri arasında intermətn münasibətləri, hər şeydən öncə, onların tematik baxımdan vahidlik təşkil etməsini yəqinləşdiririk.

Metamətnə gəldikdə isə deməliyik ki, onun mətn mərkəzi və leksikoqrafik aspektləri vardır. Çünki hər hansı mətn tam açılıb təhlil edildiyi zaman o metamətn potensialına malik olur və o modus kateqoriyası olaraq nitq refleksiyasını ifadə edir.

Ələkbər Salahzadənin istər orijinal yaradıcılığında, istərsə də tərcümələrində şeirin taktı (vəzni) yetərincə aydın və diqqəti cəlb edəndir. Yaxud şeir ölçüsü əsərlərində səthi baxışda fərqli sətirlərdə dayansa da, onların ritmi kifayətqədər parlaqdır. Ələkbərin şeirlərinin (eləcə də tərcümələrinin) əksəriyyətinin nüvəsində onun şeirdə yaradıcılıq fikirlərinin əks olunması tələbi dayanır ki, bunun da şairin özünün fərdi intellektual imkanları ilə bağlılığı görünməkdədir. Belə olduqda biz ədəbiyyatşünaslar onların təsnifatı və sistemləşdirilməsi ilə yaxından məşğul olmalıyıq. Şeir ölçüləri taktlarda dəyərləndirilir ki, bu vahidlər bir neçə hecadan ibarət olur. Adətən onlardan biri əsas vurğudur. Salahzadə şeirlərinin ümumi kompozisiyası və məzmunu sanki Azərbaycan xalqının elə bir söz incisidir ki, burada şairin dil palitrası başlıca rol oynayır. Məlumdur ki, onun Füzuli, Vaqif, S.Vurğun, Müşfiq, R.Rza, Ə.Kərim və b. bu kimi söz nəhəngləri bəndin qafiyə və ritmindən istifadə etməklə adi sözü sehirli sözə, fikrə, yozuma çevirə biliblər. Ə.Salahzadə isə onlardan götürdüyü söz, ibarə estafetini metaforalarla zənginləşdirib, obrazlı müqayisələrdən istifadə etməklə mürəkkəb ideya və emosiyaları ifadə etməyə çalışmışdır. Nəticədə Ələkbərin nitq fiqurları dilimizin imkanlarını rəngarəngləşdirməklə onu daha ifadəli və görümlü etmişdir. Buna görə də düşünürük ki, o, nəinki əsərlərində söz ehtiyatını zənginləşdirmiş, həm də dilin hissi xüsusiyyətlərini inkişaf etdirmişdir. Odur ki, Ə.Salahzadənin poeziyası nəinki sözün ən incə ipostası, mərtəbəsi, həm də dünyanı söz prizmasından görüb hiss etməkdir. Onun yaradıcılığında ritm son dərəcə fərqli qiyafədədir, misralarının ritmik, xarakteri, vurğulu və vurğusuz hecalarının hamısı şeirin ritmik şəklinin yaradılmasında mühüm rola malikdir. Ritm hər bir sözün məna keyfiyyəti ilə sıx ülfətdə, ünsiyyətdədir.

Ə.Salahzadənin poetik konstruksiyaları onun dünyaya poetik baxışının fərdi ifadəsidir. Onun poetik mətnlərindən hər birində mədəni konstantlar, obrazlar, simvollar, mifologemlər, folklorizmlər, etnoqrafizmlər sabit, stabil troplar kimi çıxış edir. Burada konkret semantik doluluq, bütövlük və emosional-ekspressiv dəyər müəllifin özünün yaradıcılıq dairəsindəki mədəni kontinuumdan, estetik semantikanı ifadə etmə bacarığından, onun yaratdığı mətn amilindən, onun ideya-estetik istiqamətindən, fərdi koqnitiv-valerna sistemindən, mətnin özünün resepsiyasından (mənimsənilməsindən), ideya-estetik təsəvvürlərindən çox asılıdır. Ələkbər Salahzadənin əsərlərinin bütün tərəflərinə nəzər salarkən biz onun yaratdığı poetik mətnin sinkretik polifunksionallı sistem ortaya qoyduğunu görə bilirik. Odur ki, Ələkbərin yaratdığı həm orijinal, həm tərcümə mətnlərini təhlil edərkən onların unikal funksional-estetik sistem olduğunu müəyyənləşdirə bilirik. Onun sintaktik poetik mənalandırmaları, leksik nominasiyaları poetik nominasiyanın aparıcı bazası kimi ortadadır.

Ələkbər Salahzadənin yaratdığı poetik düzüm, konstruksiya digərlərininkindən onunla fərqlənir ki, onun düzümündə, demək olar ki, özünün qeyri-adi əsərlərini yaradır. Bu mənada onun poetik nitqi, söz müstəvisi özünəməxsus predmet-məna çalarları ilə zənginləşir və, fikrimizcə, Ə.Salahzadə poeziyasının orijinallığını da məhz burada axtarmaq zəruridir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:179
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 06 May 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see562

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see407

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see380

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see318

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see303

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see278

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see276

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see255

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see251

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see247

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see234

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see233

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see228

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see227

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see219

Körpələrdə dil bağı hansı problemlərə səbəb ola bilər? Pediatrdan açıqlama

04 Noyabr 2026 23:16see201

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see185

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see183

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see181

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri