Icma.az
close
up
RU
Elektra Aqamemnonun məzarında Bir rəsmin dedikləri

Elektra Aqamemnonun məzarında Bir rəsmin dedikləri

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünas Mətanət Teymurludur. Onunla məşhur rəssam Frederik Leytonun "Elektra Aqamemnonun məzarında" əsərindən danışmışıq.

Lord Frederik Leyton (1830-1896) Viktoriya dövrü İngiltərəsinin ən məşhur rəssam və heykəltaraşlarından sayılır. Leyton neoklassik və akademik üslubda işlənmiş tarixi, bibliya və klassik mövzulu tabloları ilə tanınırdı. Rəsmləri dövrünün ən bahalı və sevilən əsərləri sırasına daxil olsa da, XX əsrin əvvəlində uzun müddət unudulmuşdu. Leyton yüksək təhsilli, geniş dünyagörüşlü və sənətə dərin estetik baxışla yanaşan sənətkar idi. İtaliya, Fransa və Almaniyada təhsil almış, qədim Yunan-Roma sənətindən və Renessans ustalarından ilhamlanmışdı. Onun əsərləri zəriflik, harmoniya və ideal gözəlliyin rəmzi kimi qəbul olunurdu. 1878-ci ildən 1896-cı ilə qədər Sir Frederik Leyton adı ilə tanınan sənətkar Kral Akademiyasının prezidenti olmuş və Britaniya sənətinin inkişafına mühüm töhfələr vermişdi. O, baron (lord) rütbəsi almış ilk rəssam kimi tarixə düşüb, lakin bu titulla cəmi bir gün yaşadığı üçün tarixin ən qısaömürlü lordu kimi tanınıb.

- Tabloda təsvir olunan o məşhur hekayə...

- "Elektra Aqamemnonun məzarında" əsəri bir antik yunan faciəsinin təsirli mövzusunu əks etdirir. Sofoklun və Evripidin "Elektra", Esxilin "Oresteya" trilogiyasında da bu mövzuya yer verilib. Sofoklun "Elektra" faciəsi qətl, intiqam, əxlaq, sədaqət və qadın ruhunun dərinliyini təsvir edərək, daxili mübarizələri və emosional yükü ilə seçilir.

Faciənin mərkəzində Troya müharibəsinin qalibi, məşhur yunan hökmdarı Aqamemnonun qanlı taleyi dayanır. Aqamemnon müharibədən qayıtdıqdan sonra yoldaşı Klitemnestra və onun məşuqu Egisf tərəfindən xəyanətlə qətlə yetirilir. Bu qətlin səbəbi Aqamemnonun qızı İfigeniyanı qurban verməsidir. Aqamemnon Troya müharibəsinə gedərkən tanrılara yaxşı şans və uğur diləmək məqsədilə qızını öldürmək məcburiyyətində olduğunu düşünür. Bu hadisə Klıtemnestrada dərin qəzəb yaradır. Qaranlıq cinayətin üstündən illər keçir, amma intiqam yanğısı səngimir. Aqamemnonun digər övladları Orest və Elektra atasının qanını yerdə qoymamaq qərarına gəlirlər.

Əsərin əsas qəhrəmanı Elektra qadın olmasına baxmayaraq, iradəsi və əzmi ilə bir qəhrəman kimi yüksəlir. O, qardaşı Oresti ölüm təhlükəsindən uzaqlaşdırır, illərlə onun geri dönməsini gözləyir, atasının ruhuna sədaqətini heç zaman itirmir. Ana sevgisi ilə intiqam arzusu arasında qalan bu gənc qadın vicdanının səsinə sadiq qalaraq, anası Klitemnestranı bağışlamır. Klitemnestra öz hərəkətinə haqq qazandırmağa çalışsa da, Elektra üçün bu, sadəcə qanla yazılmış bir xəyanət idi.

İntiqam planı incə bir hiylə ilə başlayır: Orestin öldüyü xəbəri Klitemnestraya çatdırılır. O, bu xəbəri ana deyil, bir cinayətkar kimi sevinclə qarşılayır. Lakin Elektra üçün bu xəbər bütün ümidlərin puç olduğu an deməkdir. Qardaşının cəsədinin küllərini daşıyan bir qabla gələn gənc isə əslində Orestin özüdür. Bu dramatik qarşılaşma səhnəsində Elektra ağrıyla yoğrulmuş sevinc hissi yaşayır. İki bacı-qardaş qətl və ədalət arasında sərhəd çəkən bir plan qururlar.

Faciənin finalında Orest anasının qanı tökür. Ardınca isə Egisf qətlə yetirilir. Səhnədə yalnız susmuş vicdan, qanlı ədalət və tükənmiş ruhlar qalır. Amma səhnənin sonunda Elektra və Orestin qələbəsi vəsf edilir. Bu qələbə nə qədər acı olsa da, haqqın bərpası kimi təqdim olunur.

- Əsərin rəng həlli haqqında nə deyə bilərsiniz?

- Tabloda rəng həlli emosional vəziyyətləri və tematikaları vurğulamaq üçün diqqətlə seçilib. Elektranın yaxınlığında olan təzə çiçəklər, həyatın və məhvin qarşıdurmasını simvolizə edir. Elektranın solğun rəngdə olan paltarı onun kədərindən və qaranlıq ruh halından xəbər verir. Üzünə düşən işıq və kölgə, kədər və ümidsizlik arasındakı mübarizəni göstərir. Bu rənglər Elektranın intiqam və əzab hisslərini daha dərindən təqdim edir.

- Bəs əsərin kompozisiyası necədir?

- Fredrik bu rəsm üzərində işləməyə başlamazdan əvvəl, 1860-cı illərdə eskizlər hazırlamışdı. Leyton əsərdə Elektranı qara rəngli paltarda, Aqamemnonun məzarı qarşısında təsvir edir. Məzarda rəngarəng ağaclar bitir və Elektranın yanında sütunun üzərində təzə çiçəklərdən ibarət bir səbət var. Əsərdə kədər və iztirab mövzuları ön plana çıxır, Elektranın üz ifadəsi dərin kədər və dözülməz ağrı ilə yüklüdür. Əlini başına qoyması isə onun içindəki böyük əzabı, tutduğu yası və intiqam planlarını simvolizə edir. Əsərdəki diskə bənzər obyektin üzərində tablonu tərs çevirdikdə, iki şəxsin - bir kişi və bir qadının - qarşı-qarşıya baxması diqqət çəkir. Bu, insan və tanrı arasındakı əlaqələri və intiqamın necə təkrarlanacağını simvolizə edən bir elementdir. Aqamemnonun məzarındakı Elektra romantizm və neoklassizm elementlərini özündə birləşdirən sənət üslubunu təqdim edir. Əsər insan hisslərinin təcəssüm etməsində öz realizmi ilə xarakterizə olunur. Həmçinin dramatik kompozisiya və qaranlıq rənglərdən istifadə olunması səhnənin emosional intensivliyini ifadə edir. Personajların detallara və ifadəyə diqqəti Leytonun əsərlərində insan hisslərinin mürəkkəbliyini canlandırmaq bacarığından xəbər verir. Aqamemnonun türbəsində yerləşən Elektra klassik ənənə ilə romantik duyğular arasındakı tarazlığı ilə fərqlənir və onu Viktoriya incəsənətinin emblematik əsərinə çevirir.

- Tablo hazırda harada saxlanılır?

- Əsər İngiltərənin Hall şəhərində yerləşən Ferens İncəsənət Qalereyasında saxlanılır. Bu tablo qalereyanın klassik Avropa rəsm kolleksiyasının mühüm nümunələrindəndir.

- Sizcə, bu rəsm bizə nə deyir?

- Elektranın kədəri və qisas istəyi bizə səssiz qalmamağın və ədalətə inanmağın vacibliyini göstərir. Leyton bu əsərdə insanın daxili dünyası ilə savaşını və həyatın çətinliklərinə qarşı mübarizəni təsvir edir. Elektranın faciəsi həm şəxsi, həm də ümumi sosial təcrübələri işıqlandırır və göstərir ki, insan taleyini müəyyən edən bir varlıqdır. Elektranın məzar qarşısında dayandığı an onun qisas və ədalət istəyini simvolizə edir. Bu əsər qisas və ədalət arasındakı incə xətti vurğulayır və bəzən ədalətin güc yolu ilə mümkün olduğunu göstərir. Elektranın hekayəsi bizə mübarizə aparmağın və öz haqqını tələb etməyin vacibliyini təlqin edir.

Aytac SAHƏD

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 09 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri