Icma.az
close
up
RU
Elektrik batareyaları necə zərərsizləşdirilməlidir? RƏSMİ

Elektrik batareyaları necə zərərsizləşdirilməlidir? RƏSMİ

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Müasir dünyada texnologiyanın inkişafı ilə paralel olaraq batareyaların istifadəsi sürətlə artır. Telefonlardan məişət texnikasına, tibbi avadanlıqlardan nəqliyyat vasitələrinə qədər geniş sahədə tətbiq olunan batareyalar həyatımızın ayrılmaz hissəsinə çevrilib.

Lakin onların istifadəsi ilə yanaşı, düzgün utilizasiya olunmaması da ciddi ekoloji problemlərə yol açır. Çünki batareyaların tərkibindəki zəhərli maddələr torpağa və yeraltı sulara qarışaraq həm təbiət, həm də insan sağlamlığı üçün böyük təhlükə yaradır.

Mövzu ilə bağlı Metbuat.az-a açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədova bildirib ki, istifadəyə yararsız elektrik batareyalarının xüsusi şəraitdə toplanması və zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırmızı Ürəklər Fondu tərəfindən 2022-ci ilin may ayından “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi həyata keçirilir:


“Bu layihə ətraf mühitin mühafizəsi, insanların sağlamlığının qorunması, tullantıların azaldılması və cəmiyyətdə ekoloji məsuliyyətin artırılmasına yönəlib. İşlənmiş batareyalar təhlükəli tullantılardandır. Onların tərkibində qurğuşun, civə, kadmium, nikel, sink kimi zərərli kimyəvi maddələr və ağır metallar mövcuddur. Batareyalar məişət tullantıları ilə atıldıqda çürüyərək torpağa sızır və ekosistemi zədələyir. Bu səbəbdən batareyalar yalnız xüsusi qutulara yığılmalı və təhlükəsiz şəkildə zərərsizləşdirilməlidir”.

Nazirliyin bu sahədə gördüyü işlər barədə danışan müsahibimiz qeyd edib ki, sözügedən təşəbbüsə bir çox qurumlar qoşulub:

“İlkin mərhələdə 5 məntəqədə başlanılan layihəyə artıq dövlət qurumları, özəl təşkilatlar, banklar, otellər və ictimai iaşə müəssisələri təşəbbüsə qoşulub. Hazırda isə vətəndaşların marağı və tərəfdaşların dəstəyi sayəsində 600-dən artıq məntəqədə toplama qutuları yerləşdirilib. Bugünədək ümumilikdə 3438 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Nazirlik tərəfindən keçirilən “Tullantıları tinglərə dəyiş” və “Tullantıları hədiyyələrə dəyiş” aksiyaları çərçivəsində də batareyalar təhvil alınır, əvəzində vətəndaşlara tinglər və müxtəlif hədiyyələr təqdim olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi bu təşəbbüsə qoşulmağa dəvət edir. Unutmayaq: hər bir kiçik addım böyük dəyişikliklərin başlanğıcıdır”.

Gülbəniz Hüseynli / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see351

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see310

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see287

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see276

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see275

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see237

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see237

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see229

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see218

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see218

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see217

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see216

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see207

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see205

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see202

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see199

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see195

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see192

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see183

Müəllim və həkimlərin maaşları nə qədər artacaq?

30 Oktyabr 2026 21:20see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri