Icma.az
close
up
RU
Elektrik fakturasını ikiqat artırır: Soyuducunu əsla belə işlətməyin

Elektrik fakturasını ikiqat artırır: Soyuducunu əsla belə işlətməyin

News24 saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mətbəxlərin vazkeçilməz əşyaları arasında yer alan soyuducu böyük rahatlıq təmin edir. Qidaların xarab olmasının qarşısını alan soyuducular gecə-gündüz fasiləsiz işlədilir. Son zamanlarda elektrik fakturasının ikiqat artması, soyuducudan istifadə zamanı yol verilən səhvləri də üzə çıxardı. Bəs, soyuducudan istifadə edərkən elektrikə necə qənaət etmək olar?

News24.az Medianews.az-a istinadən cavabları təqdim edir:

Evin hər yerində istifadə olunan məişət texnikası düzgün işlədilmədikdə elektrik fakturasını artırır. Bunu önləməyin bir neçə yolu var. Bu üsulları tətbiq edərək siz də elektrik xərclərinizi azalda bilərsiniz. Budur, addım-addım etməli olduqlarınız:

1 — Mütləq qapı rezinlərini yoxlayın

Soyuducudan istifadə edərkən ən çox diqqət etməli olduğunuz detallardan biri də qapının tez-tez açılıb-bağlanması nəticəsində aşınan rezin contalardır. Qapı rezinləri sıradan çıxıbsa, onları təmir etdirmək lazımdır ki, qapı bərk bağlansın və soyuq hava içəridə qalsın.

Qapı rezinlərinin vəziyyətini yoxlamaq üçün bu üsulu sınaya bilərsiniz:

Soyuducunun qapısını bağlayın və qapı ilə rezin arasına bir parça kağız sıxışdırın. Kağızı çıxararkən müqavimət hiss edirsinizsə, rezin hələ yaxşı vəziyyətdədir. Amma kağız asanlıqla çıxırsa, deməli, rezinləri təmizləmək və ya dəyişmək lazımdır.

Başqa bir üsul da var:

Gecə və ya mətbəxiniz qaranlıq olanda soyuducunun içinə əl fənəri qoyun. Qapını bağlayın. Əgər işıq görünürsə, deməli, rezin artıq qapını kifayət qədər sıx bağlamır.

Beləliklə, soyuducunuzun artıq enerji sərf etməsinin qarşısını ala və elektrik fakturasına qənaət edə bilərsiniz.

Elektrik fakturasını ikiqat artırır: Soyuducunu əsla belə işlətməyin

2 — Soyuducunu isti yerə qoymayın!

Soyuducunun harada yerləşməsi də çox vacibdir. Onu hər gün günəş şüalarına məruz qalan və ya birbaşa soba və ya digər istilik mənbəyinin yanına qoymayın. Çünki bu halda soyuducu daha çox işləyəcək və daha çox enerji sərf edəcək. Buna görə də xərcləri azaltmaq üçün cihazı mümkün qədər sərin və kölgəli yerdə saxlamaq məsləhətdir.

3 — Dondurucu bölməsi yuxarıda olsun

Araşdırmalara görə, enerji baxımından dondurucu bölməsi yuxarıda olan soyuducular daha sərfəlidir. Belə modellər sayəsində soyuducu təxminən 10-25% daha az enerji sərf edir.

Çünki dondurucu aşağıda olanda, soyuq havanı yuxarı qaldırmaq üçün əlavə ventilyatorlar tələb olunur. Müasir soyuducular isə soyuq havanın öz ağırlığı ilə aşağı enməsindən istifadə edərək daha effektiv soyutma təmin edir.

Elektrik fakturasını ikiqat artırır: Soyuducunu əsla belə işlətməyin

4 — Köhnə modellər daha çox elektrik sərf edir

Yeni soyuducu modelləri enerji sərfiyyatını təxminən 40%-ə qədər azalda bilər. Şübhəsiz ki, yeni soyuducu almaq baha başa gəlir, amma daha səmərəli işləyir və enerji qənaətinə töhfə verir.

5 — Soyuducunun temperaturunu çox aşağıya qoymayın

Əgər soyuducunun temperaturu həddən artıq aşağıdırsa, həmin temperaturu saxlamaq üçün daha çox enerji sərf ediləcək. Üstəlik, çox aşağı temperatur bəzən don əmələ gətirir ki, bu da cihazın ümumi işləmə effektivliyini azaldır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:64
embedMənbə:https://news24.az
archiveBu xəbər 16 İyul 2025 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see279

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see252

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see222

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see207

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see204

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see199

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see193

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see180

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see175

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see173

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see161

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see160

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see158

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see155

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see153

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see146

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see146

Sahibə Qafarova Əli bin Saleh Al Salehlə görüşüb YENİLƏNİB

25 Yanvar 2026 20:10see145

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see144

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri