Icma.az
close
up
RU
Elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan olunacaq: Qanuna dəyişiklik edilir

Elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan olunacaq: Qanuna dəyişiklik edilir

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İstehsal proseslərində və əsas məqsədi işıqlandırma olmayan məhsullarda xüsusi istifadəsi nəzərdə tutulan közərmə lampaları istisna olmaqla, dəyişən cərəyan dövrəsində işıqlandırma məqsədilə istifadə edilə bilən elektrik közərmə lampalarının idxalı, istehsalı və satışı qadağan edilir.

Oxu.Az xəbər verir ki, bu, "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanuna edilən dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, 60 Vt və yuxarı gücə malik olan közərmə lampalarının idxalı 2026-cı il yanvarın 1-dən, 25 Vt-dan (25 Vt daxil olmaqla) 60 Vt-a qədər gücə malik olan közərmə lampalarının idxalı isə 2026-cı il iyulun 1-dən qadağan olunur.

Qeyd olunur ki, dünyanın bir sıra ölkələrində müasir dövrün tələbləri və işıq texnikasının inkişaf prioritetləri nəzərə alınaraq, közərmə lampalarının istehsalı və satışı dayandırılır.

Bildirilib ki, buna səbəb onların aşağı enerji effektivliyinə malik olması və nəticədə böyük enerji sərfiyyatı ilə atmosferə daha çox istilik effekti yaradan qazların atılmasıdır. Közərmə lampalarının kompakt flüorisent (CFL) və işıq diod (LED) lampaları ilə əvəz edilməsi tövsiyə olunub, lakin artıq bəzi ölkələrdə tamamilə LED lampalarına keçid hədəflənib.

LED, CFL və közərmə lampalarının texniki və iqtisadi səmərəsinin istehlakçı nöqteyi nəzərindən müqayisəsi nəticəsində (cədvəl 1) müəyyən edilib ki, 15000 saat istehlak müddəti olan bir ədəd LED lampa 17 ədəd 1000 saatlıq közərmə lampasını əvəz edə bilər və bu, lampa xərcində orta hesabla iki dəfədən, elektrik enerjisi xərcində isə 8 dəfədən çox fərq verir.

15000 saat xidmət müddəti üçün lampa növləri üzrə enerji sərfiyyatı

Göstərici

Közərmə lampası

CFL

LED

Xidmət müddəti, saat

1,000

8,000

15,000

Lampanın gücü, Vatt

60 Vt

14 Vt

7 Vt

Əvəzlənən lampaların sayı

17

2

1

Cəmi enerji istehlakı, kVt.st

900

210

105

Həmçinin vurğulanıb ki, 60 Vt gücündə bir milyon közərmə lampasının istifadəsi nəticəsində illik istehlak olunan elektrik enerjisi və bu enerjinin istehsalına sərf olunan yanacaq, habelə karbon emissiyasının miqdarı hesablanıb və LED lampa ilə müqayisə edilib.

Göstərici

Közərmə lampası üzrə

LED üzrə

Lampa sayı, ədəd

1,000,000

1,000,000

Bir lampanın gücü, Vt

60

7

Cəmi illik enerji istehlakı, mln. kVt.st

131.4

15.33

Qaz sərfi, mln. m3

29.1

3.39

Karbon emissiyasının həcmi, min ton 1

63.6

7.4

Bir il ərzində istifadə olunan bir milyon közərmə lampaları 131.4 mln. kVt.st elektrik enerjisi istehlak edir və bu həcmdə enerjinin istehsalı üçün 33.23 min ton şərti yanacaq (29.1 mln. m3 təbii qaz) istehlak olunur. Bu isə nəticədə 63.6 min ton karbon emissiyası deməkdir. Həmin közərmə lampaları LED lampaları ilə əvəz olunduğu halda tələb olunan elektrik enerjisinin istehsalı, ona sərf edilən yanacaq və emissiyanın miqdarı 8.6 dəfə azalacaq.

Əhali kateqoriyasından olan mövcud 2.7 milyon abunəçinin 50%-nin közərmə lampasından imtina edərək LED lampası istifadəsinə keçdiyi fərz edildiyi halda, həmin abunəçilər tərəfindən gün ərzində işıqlandırma məqsədilə elektrik enerjisi istehlakının 4.86 milyon kVt.st-dan 567 min kVt.st-a (hər abunəçi üzrə ortalama 10 lampa və lampanın günlük istismar müddəti altı saat nəzərə alınmaqla) enməsi ilə enerji səmərəliliyi təmin ediləcək.

Azərbaycanda idxal olunan közərmə və LED lampalar üzrə aparılan araşdırma onu göstərir ki, 2017-2022-ci illərdə ölkəyə idxal olunan közərmə lampaları üzrə azalma, LED lampaları üzrə isə artım kimi müsbət tendensiya müşahidə olunur. Lakin közərmə lampaları idxalda hələ də kifayət qədər üstün həcmə malikdir.

Azərbaycana idxal olunan közərmə və LED lampalarına dair statistika (2017-2022), min ədədlə2

Malın adı

2017

2018

2019

2020

2021

2022

853922

Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə hesablanmış közərmə lampaları

25593.3

29479.43

26645.56

25224.28

21490.82

17611.17

853929

Digər közərmə lampaları

2795.86

7716.06

7714.94

4582.84

4816.7

6549.03

853950

Işıq saçan diod lampaları (LED)

-*

1555.87

7981.19

8109.92

8820.93

4325.66

Azərbaycana idxal olunan közərmə və LED lampalarının dəyəri (2017-2022), min ABŞ dolları ilə

Malın adı

2017

2018

2019

2020

2021

2022

853922

Gücü 200 Vt-dan çox olmayan və 100 V-dan çox gərginliyə hesablanmış közərmə lampaları

2832.13

3346.15

2900.67

2792.59

2319.09

2367.83

853929

Digər közərmə lampaları

758.52

1717.83

1640.91

926.45

984.92

1634.46

853950

Işıq saçan diod lampaları (LED)

-*

1231.95

4122.47

3434.38

4066.31

1707.63

Sənəddə o da öz əksini tapıb ki, közərmə lampalarından imtina edildiyi halda LED lampaların qiymətinin közərmə lampalarından yüksək olduğunu nəzərə alaraq, ilk ildə idxal dəyərində artıma gətirmə ehtimalı olsa da sonrakı dövrlərdə LED lampaların növündən asılı olaraq közərmə lampaları ilə müqayisədə xidmət müddətinin yüksək olması idxal həcmlərində və dəyərində kəskin azalmalara gətirib çıxaracaq. Digər tərəfdən, közərmə lampalarından imtina LED lampaların yerli istehsalçılarına da dəstək olacaq.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 2021-ci ildə təsdiq etdiyi "Yaşayış binaları. Layihələndirmə normaları"nda istinad edilmiş normativ sənədlərdə yer alan "Təbii və süni işıqlandırma normaları"nda közərmə lampalarından istifadəyə bəzi məhdudiyyətlər qeyd olunsa da, onun istifadəsinə dair qadağalar yoxdur.

Sonda bildirilib ki, közərmə lampalarının Azərbaycanda qadağan olunması həm istehlakçılara, həm də ölkə iqtisadiyyatına faydalar gətirməklə emissiyaların azaldılmasına və bununla Paris Sazişinə əsasən, Azərbaycan Respublikasının götürdüyü Milli Səviyyədə Müəyyən Edilmiş öhdəliklərin yerinə yetirilməsinə, eləcə də 2023-cü ildə Dubayda keçirilmiş COP28 zamanı ölkəmizin qoşulduğu "Bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi Qlobal Vədi"nə öz töhfəsini verəcək.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:112
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Mart 2025 15:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri