Icma.az
close
up
RU
Elektrik və hibrid avtomobilləri almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Elektrik və hibrid avtomobilləri almaq istəyənlər üçün SEVİNDİRİCİ XƏBƏR

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda elektrik və hibrid avtomobillərə tətbiq edilən vergi güzəştləri təkcə ətraf mühitin mühafizəsinə deyil, həm də bu sahədə bazarın canlanmasına səbəb olub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Dövlət proqramlarının idarə edilməsi şöbəsinin müdiri Vüsal Abbasov Bakıda keçirilən 22-ci Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Sərgisi çərçivəsində təşkil olunan "Azərbaycanda elektrik avtomobilləri üçün infrastrukturun inkişafı" panel müzakirəsində bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə elektrik avtomobillərinin sayı 2022-ci illə müqayisədə 10 dəfə, hibrid avtomobillərin sayı isə 2 dəfə artıb.

"Bu artım avtomobil parkının yenilənməsinə də təsir edib. Əgər 2022-ci ildə yaşı 5 ilə qədər olan minik avtomobilləri ümumi nəqliyyat vasitələrinin 4,6 %-ni təşkil edirdisə, 2024-cü ildə bu göstərici 6,4 %-ə çatıb. Yəni təxminən faiz bəndi qədər artım olub".

V. Abbasov qeyd edib ki, bu nəticələr Azərbaycan hökumətinin biznes reytinqi və komissiyası çərçivəsində yaradılmış alt qrupun fəaliyyəti ilə bağlıdır.: "Alt qrup 2021-ci ildən fəaliyyət göstərir və 2022–2024-cü illəri əhatə edən yol xəritələri əsasında müvafiq tədbirlər həyata keçirilib. Həmin islahatlar da məhz bu yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində həyata keçirilib. 2023-cü ildən etibarən alt qrupun fəaliyyətinin əlaqələndirilməsi AYNA tərəfindən aparılır. 2024-cü ildə yol xəritəsinin tədbirləri icra olunub, hazırda isə 2025-ci il üzrə tədbirlər həyata keçirilir".

Şöbə müdiri əlavə edib ki, hazırkı proqram çərçivəsində vergi güzəştlərinin 2026-cı ilə qədər qüvvədə qalması planlaşdırılır:

"2026-cı ildən sonrakı dövr üçün güzəştlərin davam etdirilib-etdirilməməsinə dair qiymətləndirmə aparılır. Yol xəritəsində nəzərdə tutulduğu kimi, vəziyyət təhlil olunaraq müvafiq təkliflər hazırlanacaq və hökumətə təqdim ediləcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 İyun 2025 14:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see329

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see237

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see235

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see225

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see225

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see205

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see199

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see198

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see185

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see185

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see181

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see178

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see172

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see167

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see164

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see162

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see159

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see152

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see151

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri