Icma.az
close
up
RU
Elektromobilləri söndürmək üçün xüsusi odsöndürən balon lazımdır? VİDEO

Elektromobilləri söndürmək üçün xüsusi odsöndürən balon lazımdır? VİDEO

Avtosfer portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son vaxtlar nəqliyyat vasitələrinin alışaraq yanması halları artıb. Buraxılış ili köhnə olan sovet istehsalı maşınlarla yanaşı ən son texnologiyalarla təchiz edilmiş avtomobillərdə də yanğın baş verir. Bəs nəqliyyat vasitələrinin alovlanmasına səbəb nədir? 

Avtomobillərdə yanğının baş verməsinin müxtəlif səbəbləri var. Yanğının birinci və ən əsas səbəbi nəqliyyat vasitələrinin elektrik naqillərində yaranan problemlərdən irəli gəlir. Belə ki, istehsal ili köhnə olan avtomobillərdə naqillərin sıradan çıxması, üzərinin açılması maşınların alışmasıyla nəticələnir.

İkinci sırada nəqliyyat vasitələrinə quraşdırılan əlavə qurğulardan (işıq cihazları) irəli gələn yanğınlar dayanır. Avtomobillərə elektriklə işləyən əlavə cihazların quraşdırılması zamanı naqillərin yanlış qoşulması, onların dözümlülük dərəcəsinin nəzərə alınmaması, hansı naqilin hansı cərəyan şiddətini saxlaya bilmə gücünün təyin edilməməsi ciddi problemlər yaradır. Nəticədə, avtomobilin elektrik şəbəkəsində həddən artıq yüklənmə, ya da boşluqlar meydana gəlir ki, bu da qısaqapanmalara səbəb olaraq nəqliyyat vasitəsinin alışıb-yanması ilə nəticələnir.

Bununla yanaşı, xarici ölkələrdən gətirilən maşınlar servislərdə ustaların nəzarətindən keçməlidir. Xüsusilə elektrik naqillərinin yoxlanılması vacibdir. 

Eyni zamanda maşına edilən kənar müdaxilələr - siqnalının, kondisioner filterlərinin standart yerlərinin dəyişdirilməsi də yanğınla nəticələnə bilər. 

Yay mövsümündə isti hava şəraiti ilə əlaqədar hər kəs kondisionerlərdən istifadə edir. Kondisioneri işlək vəziyyətdə olan nəqliyyat vasitəsini nəzarətsiz qoymaq olmaz.

“Yol hərəkəti haqqında” Qanunun 1 saylı Əlavəsinin 7-ci hissəsinə, habelə “Yanğın təhlükəsizliyi haqqında” Qanunun 7-ci maddəsinə diqqət etdikdə məlum olur ki, bəli, hər bir nəqliyyat vasitəsinin mülkiyyətçisi (sahibi) öz mülkiyyətində (istifadəsində) olan nəqliyyat vasitələrində yanğın təhlükəsizliyi qaydalarına riayət etmək və ilkin yanğınsöndürmə vasitələri saxlamaq vəzifəsini daşıyır. Qanunvericiliyin bu mövqeyi aydındır, yəni avtomobilin, traktorun və s. sahibi nəqliyyat vasitəsində odsöndürən saxlamağa borcludur. Amma qanunun qoyduğu vəzifənin icra edilməməsinə görə heç bir cərimə nəzərdə tutulmayıb.

Statistikaya nəzər salsaq, baş vermiş yanğın hadisələrində avtomobillərin tamamilə yararsız vəziyyətə düşdüyünü görərik. Təəssüf ki, sürücülərin əksəriyyəti baş verə biləcək bədbəxt hadisələrə qarşı tədbirsiz davranaraq odsöndürən balonlardan istifadə etmirlər.

Milli Məclisin deputatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında məsələnin qanuni tərəflərini diqqətə çatdırıb:

“Avtomobillərdə yanğınsöndürmə balonlarının olması olduqca əhəmiyyətli və vacib olan məsələdir. Təəssüflər olsun ki, buna əksər sürücülərimiz bu məsələyə dırnaqarası yanaşırlar. Təbii ki, bununla bağlı sürücülərə cərimələrin tətbiq edilməsinin tərəfdarı deyiləm. Onsuzda sürücülərə yol hərəkəti qaydalarını pozduqları üçün kifayət qədər cərimələr tətbiq olunur. Amma bir məsələyə xüsusi diqqət yetirmək lazımdır. Məlumdur ki, avtomobillər ildə bir dəfə texniki baxışdan keçirlər və bəzən proses zamanı müəyyən neqativ hallar yarana bilər. Həsab edirəm ki, mütləq mənada avtomobillərdə yanğınsöndürmə balonlarının olması məcburi şərt kimi hər bir sürücüyə bildirilməlidir və maşınında yanğınsöndürmə balonu olmayan nəqliyyət vasitəsinin texniki baxışdan keçməsini qeyri-mümkün etmək lazımdır. Bu yolla, hiperativ formada bu məsələni tənzimləmək mümkündür. Ümumiyyətlə bu sahədə ciddi marifləndirmə işlərinin aparılmasına ehtiyac var. 

Özümün olmasa da, yaxınlarımın maşınlarında yanğın və ya qısaqapanma hallarının şahidi olmuşam. Bu vaxt avtomobilində yanğınsöndürmə balonu olan şəxs dərhal müdaxilə edərək avtomobillin tam sıradan çıxmasının qarşısını ala bilib. Əks halda bəlli məsələdir ki, avtomobill yanıb sıradan çıxıb. Texniki baxışdan keçərkən Dövlət Yol Polisinin müvafiq qurumu avtomobillərin yanğınsöndürmə balonları ilə təchiz olunmasına diqqət yetirməlidir.

Təəssüf ki, bu məsələyə diqqət zaman keçdikcə səngidi. Bugün biz çox nadir hallarda yanğından mühafizə balonunun olmasının şahidi ola bilərik. Təbii ki, onun da müddəti var, vaxtı çatan zaman təzələnməlidir. Bir və ya iki il müddəti varsa qeyd olunan vaxt keçəndən sonra balon artıq yararsız olur”.

Avtomobillər üzrə mütəxəssis Elçin Abbasovun sözlərinə görə, nəqliyyat vasitələrini yanğına görə ayırsaq, elektromobillər, digərləri benzinlə, dizellə və qazla çalışan avtomobillər kimi təsnif edə bilərik:

“Azərbaycan statistikasına nəzər salsaq, qazla işləyən avtomobillərdə ən dəhşətli yanğınların baş verdiyinin şahidi olarıq. Qazla olan avtomobillər qazın sızması baş verdiyindən, avadanlıqların tez-tez yoxlanmaması səbəbindən avtomobillərdə yanğın partlayışla müşahidə olunur və partlayışdan çox hissələr zərər görə bilir. Hətta maşın hansısa bir zirzəmidə və ya qarajda olsa, həmin obyektlərin belə partlamasına gətirib çıxar da bilər.

Elektromobillərdə yanğın hadisəsi adətən qəzadan sonra və ya avtomobildə nasazlıq olan zamanı baş verir. Elektromobillərdə elektrik batareyası əsasən litium batareyaları olur və bunlar da zədə zamanı öz germetikliyini itirdiyi halda partlayış tipli yanma baş verə bilir. Birinin temperaturu qalxır, yanındakının temperaturunu qaldırır və partlayış baş verir. Bu halda avtomobilin bütün batareyaları sıradan çıxır.

Bu avtomobillərin akkumulyatorunda yanma prosesi baş verirsə, onun qarşısına almaq və avtomobili xilas etmək demək olar ki, mümkün olan bir şey deyil. Belə halda xilasedicilərin əsas məqsədi onun içindəki şəxsləri çölə çıxartmaq və ətraf mühitə deyə biləcək ziyanı minimumlaşdırmaqdır.

Benzinlə işləyən avtomobillərin yanma halları daha çox olur ki, bu da yanacağın xüsusiyyəti ilə əlaqədardır. Belə ki, benzin intensiv buxarlana bilir və alışmaya daha həssas olduğu üçün yanma hallarına sıx-sıx rast gəlmək olur.  

Dizellə işləyən avtomobillərdə isə bu hallar daha az baş verir. Amma bütün avtomobillərdə aşağı gərginlikli elektrik dövrəsi bütün avtomobillərdə olduğundan qısaqapanmalar nəticəsində yanğınlar baş verə bilər. Aşağı gərginlikli - 12 Voltluq sistemdə qısaqapanma baş verərsə avtomobilə dəyən ziyan o qədər də maksimum olmaya bilər. Qısaqapanmanln qarşısınının alınması, hətta sürücülər tərəfindən mümkün ola bilər. Burada əsas məsələ akkumulyator dövrədən ayrılmasıdır. Bununlda demək olar ki, yanğın prosesini ləngitmək və dayandırmaq olur.
Hibrid avtomobillərdə həm yanacaq var, həm də akkumulyatorlar, litiumla olan batareyalar var. Ona görə də hər iki növ avtomobillərdə - həm elektromobillərdə, həm də yanacaqla işləyən avtomobillərdə yanma problemləri baş verə bilər. Sadəcə hibrid avtomobillərdə akkumulyatorun həcmi az olduğundan onun partlama, yanma nəticəsində vurduğu zərər az olur. 

İlk növbədə avtomobil texniki baxımdan saz vəziyyətdə olmalıdır və şarj cihazları (elekromobil, hibrid) istifadəyə yararlı olmalıdır.  elektromobillər və hibridlərə aiddir onlar da saz vəziyyətdə olmalıdır. Bundan əlavə vacib nüanslardan biri evdə və ya ofisdə avtomobili şarj ediriksə qoşulduğumuz yerin elektrik cərəyanı verən hissələri normal olmalıdır. Məsələn, 16 amperlik şarj cihazından istifadə ediriksə evdə sistem bir yarım kabellə quraşdırılıbsa aydın məsələdir ki, biz onu qoşduğumuz halda ən yaxşı halda evin qoruyucusu atacaq, ən pis halda isə yanğın baş verəcək. Məhz bu səbəbdən şarj etmə prosesinə düzgün yanaşmaq lazımdır”.

“MEP Fire Engineering” şirkətinin direktoru Sərxan Məcidov odsöndürən balonlarla bağlı Avtosfer.az-a geniş açıqlama verib:

“Son dövrlərdə nəqliyyat vasitələri üçün yanğınsöndürən balon sifarişlərinin artdığını müşahidə edirik. Məsələn, son üç ay ərzində 200-dən çox avtomobil üçün olan odsöndürən balon sifarişi qəbul etmişik. Bu sifarişlər, xüsusilə taksi sürücüləri, rent-a-car xidmətləri göstərən şirkətlər tərəfindən sifariş olunub.  Tələb artımı həm fərdi təhlükəsizlik, həm də dövlətin texniki baxış tələbinin sərtləşməsi ilə əlaqədərdir.
Şirkətimizin satdığı odsöndürən balon növləri tozlu, karbon qazlı, köpüklü və su əsaslı odsöndürən balonlardır. Tozlu odsöndürən balonların istifadə obyekti taxta, parça, maye yanacaqlar (neft, dizel) və qaz halında olan yanacaqların yanması kimi yanığınlarda istifadə olunur və effektivdir. 

Karbon qazlı odsöndürənlər adından göründüyü kimi, karbon qazıyla işləyir və əsasən elektrik yanğınlarında nəzərdə tutulur. Elektrik yanğınları ilə yanaşı ofislərdə də geniş istifadə olunur. Çünki həm iz, ləkə qoymur, həm də ətrafı çikləndirmədiyi üçün məqsədəuyğundur. 

Köpüklü odsöndürənlər isə əsasən yanacaq və yağ əsaslı mayelərin yanğınları üçündür və elektrik qurğularının istifadəsi zamanı məsləhət görülmür.

Su əsaslı odsöndürənlər isə həmçinin bərk maddə yanığınları üçün nəzərdə tutulub və elektrik yanğınlarında tətbiq edilmir.

İstifadə edilmiş balonların yenidən doldurulması haqqında bildirmək istəyirəm ki, qeyd etdiyim balon çeşidlərinin hər biri şirkətin texniki bazasında yenidən doldurulması və tam şəkildə servisi həyata keçirilir. Bununla bağlı sertifikatlaşdırılma da mümkündür. Balonun hər hansı bir ehtiyat hissəsi nasaz olduqda və yaxud istifadəyə yararsız olduqda, dəyişdirilərək tam şəkildə yararlı vəziyyətə salınaraq sifarişçiyə təhvil verilir. Bu, həm müştəriyə qənaət baxımından şərait yaradır. Yəni, yeni balon almaqdansa onun servisini və ya yenidən doldurulması həyata keçirilir. Digər tərəfdən ekoloji baxımdan da daha məqsədəuyğun hesab olunur”.

Fövqəladə Hallar Nazirliyindən (FHN) sorğumuza cavab olaraq bildirildi ki, bu gün geniş yayılan elektromobillərin yanması riski qaçılmazdır və təcrübədə belə hallarla da qarşılaşırlar:
“Əvvəlcə qeyd edək ki, bu avtomobillərdə baş vermiş yanğınların mükəmməl söndürülmə üsulu hələ də mövcud deyil. Bütün dünyada artıq bu tip avtomobillərdə, xüsusilə onların batareya hissələlərində baş vermiş yanğınların söndürülməsi zamanı müasir metodlardan istifadə olunmaqla yanaşı, həmçinin, daha səmərəli, eyni zamanda effektiv yanğınsöndürmə üsullarının tədqiqatı aparılır. Belə ki, sözügedən avtomobillərin əsas tərkib hissələrindən olan Litium batareyalarının yanma prosesi batareyanın növünə görə bir-birindən fərqlənir. Onların bir qismi yanarkən su tətbiq edərək temperaturun aşağı salınması və yanğının söndürülməsi mümkün olduğu halda, digərlərinə su tətbiq edərkən əks-təsir effekti yarada bilər. Çünki ikinci növ, yəni litium-metal batareyaları yanarkən suyun tətbiq olunması zamanı istiliyin daha da artması və yenidən alışmalarla yanğının daha da şiddətlənməsi halları ilə qarşılaşmaq mümkündür. Qeyd etdiyimiz yanğınların söndürülməsi zamanı tətbiq olunan vasitələrdən biri də biouniversal köpükəmələgətirən maddələrdir. Dünyanın digər qabaqcıl ölkələrində olduğu kimi, Respublikamızda da sözügedən avtomobillərin istismarını nəzərə alaraq bu məsələlər diqqətdə saxlanılır. Əgər hadisə yerində zərurət yaranarsa Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həmin maddələr yanğının söndürülməsinə tətbiq edilir.

İstehsalçı müəssisələr bir qayda olaraq bildirirlər ki, bu maddələr tərkibi ekoloji cəhətdən toksik olmayan həlledicilərdən, ətraf mühitə zərər verməyən və bioloji parçalanan, əsasən bitki tərkibli elementlərdən hazırlanaraq, qeyd etdiyimiz kimi, batareyalarda baş vermiş yanğını söndürməklə yanaşı, eyni zamanda yüksək temperaturun azaldılması və təkrar alışmaların qarşısının alınmasında olduqca effektivdir.

Sürücülərə gəldikdə isə birinci növbədə yanğının baş verməməsi üçün avtomobildə istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı konstruktiv dəyişiklik edilməməsi, standartlara uyğun olmayan və yanğın təhlükəsi törədə biləcək ehtiyat hissələrindən istifadə olunmaması, vaxtaşırı texniki qulluq göstərilməsi, avtomobillərin elektrik enerjisi ilə doldurulması zamanı standartlara uyğun quraşdırılmış elektrik şəbəkələrindən və avadanlıqlarından istifadə olunması tərəfimizdən tövsiyə olunur. 

Eyni zamanda litium tərkibli batareya daşıyıcıları olan avtomobil sürücü və ya mülkiyyətçilərinin diqqətinə çatdırırıq ki, məhz bu avtomobillərdə baş verə biləcək yanğınların söndürülməsi üçün nəzərdə tutulan xüsusi tərkibli odsöndürən balonlardan istifadələri məqsədəmüvafiq hesab olunur”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə “insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanıb.

Müəllif: Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:34
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 25 İyul 2025 20:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see660

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see180

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see156

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see155

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see152

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see150

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see147

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see145

Çoxumuzun sevimli xalq artisti...

24 İyul 2025 21:42see143

Nicatdan da, Rüfətdən də incimişəm Yaşar Nurinin qızı

24 İyul 2025 15:43see143

Bir səfərin izi ilə Fransa sənədli filminin təqdimatı keçirilib

24 İyul 2025 20:43see142

Xəstələri ölümcül hala salan saxta cərrah barədə şok faktlar: Bədənim çürüyüb

24 İyul 2025 18:29see139

Rusiyadan Qordonun Xankəndiyə getməsinə reaksiya

24 İyul 2025 17:09see137

Tailand Kamboca səfirindən ölkəni tərk etməyi tələb edib

24 İyul 2025 22:42see135

Arsenal ilin transferini tamamlayır: Qyökereş Londona gedir

24 İyul 2025 16:58see134

Yeni stansiyaların inşası nəqliyyat sıxlığına əhəmiyyətli təsir göstərməyəcək EKSPERT

24 İyul 2025 17:08see133

Somalili nazir Ulu öndərin məzarını ziyarət edib

24 İyul 2025 23:40see132

Milli Məclis bəyanat yayıb

25 İyul 2025 18:52see130

Əgər onlara edilən təkliflər futbolçuları qane etməsə, mən onları komandada saxlamağa hazıram

26 İyul 2025 00:48see128

Azərbaycanda valyuta sabitliyi: Manat lirəni və rublu üstələyir İqtisadçı əsas səbəbləri izah etdi

26 İyul 2025 02:00see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri