Icma.az
close
up
RU
Elektromobillərlə bağlı mühüm qərar: Bu ildən etibarən...

Elektromobillərlə bağlı mühüm qərar: Bu ildən etibarən...

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Çin başda ABŞ olmaqla, bir çox ölkəyə nadir torpaq elementləri və maqnitlərin ixracını dayandırıb. Qərarın avtomobillərdən pilotsuz uçuş aparatlarına, raketlərdən süni intellekt avadanlıqlarına qədər bir çox sektoru əhatə edəcəyi gözlənilir. Bildirilir ki, nadir torpaq elementləri elektromobillərin istehsalında istifadə olunur və sözügedən addım onsuz da Çin avtomobilləri ilə mübarizə aparmaqda çətinlik çəkən Almaniya və digər Avropa ölkələrinin, ABŞ-ın müvafiq bazarına mənfi təsir edəcək.

Globalinfo.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov deyib ki, qərar elektromobillərin istehsalı və satışına zərər vuracaq:

“Bu addım digər ölkələrdəki böyük avtomobil istehsalçılarının elektromobillərlə bağlı geriləməsinə səbəb olacaq. Artıq bir neçə ildir, Pekinlə Avropa İttifaqı ölkələri elektromobil istehsalında yarışırdılar. Bu ildən etibarən Çin bu sahədə liderliyi ələ keçirəcək. ABŞ-da isə elektromobil almaq istəyən vətəndaşlara təxminən 7500 dollar civarında vergi güzəştləri tətbiq edilirdi. Lakin yeni administrasiya bunları dayandırır və avtomobillərə olan ekoloji tələblər azaldılır. Yəni elektromobillərə, hibridlərə, benzin və dizellə çalışan avtomobillərə xüsusi ekoloji standartlar tətbiq edilmişdisə, bu ildən yumşaldılır. Məqsəd ABŞ avtomobil istehsalçılarının öz işlərini doğru qura bilməsi, yalnız elektromobil istehsalına fokuslanmamasıdır”.

Eldəniz Cəfərov

Ekspert bildirib ki, Çinin son qərarı digər ölkələrdə tamamilə hibrid və yaxud elektromobillərin istehsalında tənəzzül demək deyil:

“Daha çox müştərək müəssisələr açılacaq və avtomobillər, yeni modellər istehsal olunacaq”.

Günay Rəsulqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Aprel 2025 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri