Elektron cihazların uçota alınması psixoloji duruma necə təsir göstərir?
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Elektron cihazların uçota alınması ilə bağlı nəzərdə tutulan yeniliklər vətəndaşların şəxsi həyatının toxunulmazlığı məsələsini də gündəmə gətirir.
Xüsusilə, evlərdəki mobil telefon, kompüter və digər elektron avadanlıqların sayının müəyyənləşdirilməsi insanlarda müxtəlif suallar və narahatlıqlar yarada bilər.
Belə bir prosesin psixoloji təsirləri, şəxsi həyata müdaxilə hissi və dövlət qurumlarına etimad baxımından mümkün nəticələri diqqət çəkir.
Bəs bu cür uçot və yoxlamalar vətəndaşların psixoloji vəziyyətinə necə təsir edə bilər?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov “Cebheinfo.az”-a bildirib ki, dövlətin həyata keçirdiyi tədbirləri ilk növbədə təhlükəsizlik və ictimai maraqlar kontekstində qiymətləndirmək lazımdır:
“Dövlətin bu istiqamətdə addım atması özlüyündə mənfi hal deyil. Əksinə, təhlükəsizliyin təmin olunması dövlətin əsas vəzifələrindəndir. Psixoloji baxımdan isə insan naməlum olanı çox vaxt təhlükə kimi qavrayır.
Şəxsi həyata müdaxilə və izlənilmə hissi şübhəçiliyi, güvənsizliyi və bəzi hallarda paranoid düşüncələri gücləndirir. Burada vacib məqam dövlətin real fəaliyyətini insanın subyektiv qorxu və ehtimallarından fərqləndirməkdir.
Hər nəzarət tədbirini təhdid kimi qəbul etmək rasional yanaşma deyil. Bəli, qeyri-müəyyənlik insanlarda narahatlıq və güvənsizlik yarada bilər. Bunun əsas səbəbi insanın nə baş verdiyini, hansı məlumatın hansı məqsədlə toplandığını bilməməsidir.
Psixologiyada qeyri-müəyyənlik təhlükə qavrayışını gücləndirən amillərdən biridir. Buna görə ictimai müzakirələr aparılmalı, tədbirin məqsədi, hüquqi əsası və məlumatların qorunma mexanizmləri izah edilməlidir.
Mən bu addımı təhlükəsizliyin tənzimlənməsi baxımından dəstəkləyirəm. Məsələ vətəndaşı izləmək deyil, rəqəmsal mühitdə təhlükəsizliyi təmin etməkdir”.
Psixoloq qeyd edib ki, dövlətin təhlükəsizlik siyasəti ilə vətəndaşın psixoloji rahatlığı qarşı-qarşıya qoyulmamalıdır:
“Şəffaflıq dövlətə etimadı, etimad isə ictimai sabitliyi gücləndirir”.
Aişə
“Cebheinfo.az”
Açar sözlər: Elektron cihazlar Rövşən Nəcəfov
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 12 Noyabr 2026 13:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















