Icma.az
close
up
RU
Elektron siqaret çəkənlər psixoloji dəstək görməlidir AÇIQLAMA

Elektron siqaret çəkənlər psixoloji dəstək görməlidir AÇIQLAMA

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

“Ölkə üzrə elektron siqaretin qadağan olunması gənclər üçün vacib və qoruyucu addımdır, çünki həm elektron siqaret, həm də adi siqaret sağlamlığa ciddi ziyan vurur. Nikotin asılılığı yaradan bu məhsullar gənclərin beyin inkişafına mənfi təsir göstərir, diqqət və yaddaş pozğunluqlarına səbəb olur”.
Bu sözləri Demokrat.az-a açıqlamasınd psixoloq Günel Taleh deyib.
Onun sözlərinə görə, qəfil qadağa gənclərdə əsəbilik, gərginlik və motivasiya itkisi yarada bilər:
“Çünki nikotin beyində dopamin və serotonin səviyyəsini dəyişir. Həm elektron, həm də adi siqaret ürək-damar və tənəffüs sistemi üçün təhlükəlidir, uzun müddətdə xərçəng riskini artırır. Qadağadan sonra bəzi gənclər stressi idarə etməkdə çətinlik çəkə və alternativ asılılıq vərdişlərinə yönələ bilərlər. Yuxu pozğunluqları da tez-tez müşahidə olunur, çünki nikotin bədəni stimullaşdırır və onun kəsilməsi yuxu ritmini poza bilər. Sosial mühit də önəmlidir. Dost çevrəsi siqaret istifadə edirsə, keçid daha çətin olur”. 
Psixoloq bildirib ki, gənclər maarifləndirmə və nikotinsiz alternativlərlə dəstəklənməlidir:
“Nəfəs məşqləri, idman və digər rahatlama üsulları stresin idarə olunmasına kömək edə bilər. Valideyn və müəllim dəstəyi bu keçidi asanlaşdırır. Qrup dəstəyi və psixoloji məsləhət də effektivdir. Uzun müddətdə qadağa gənclərin sağlamlığı üçün faydalıdır, lakin mərhələli və dəstəkləyici strategiyalar tətbiq olunmalıdır”.
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:215
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Dekabr 2025 18:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri