Icma.az
close
up
RU
Elektron siqaret tütündən də təhlükəlidir

Elektron siqaret tütündən də təhlükəlidir

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son illərdə elektron siqaretlər də dünyada milyonlarla insanın gündəlik həyatının ayrılmaz hissəsinə çevrilib. Adi siqaretlərdən fərqli olaraq çox istifadəli bu cihazlar, xüsusilə, gənclər və qadınlar arasında geniş yayılıb. Səhiyyə Nazirliyi və AQTA-nın elektron siqaretlərlə bağlı vətəndaşlara müraciətində deyilir:

– Rəngarəng dizaynlar, müxtəlif meyvə və şirniyyat dadı, sosial mediada geniş reklam olunması elektron siqaretləri gənclər üçün cazibədar hala gətirir. Bu məhsulların əsas hədəfi siqareti tərgitmək istəyənlər olsa da, son illərin statistikaları göstərir ki, əvvəllər siqaret çəkməyənlər, xüsusən yeniyetmələr və gənclər də ondan istifadə etməyə başlayıblar.

Araşdırmalar bu cihazların ənənəvi tütün məhsulları qədər, hətta daha təhlükəli olduğunu ortaya çıxarıb. Onların daxilində müxtəlif kimyəvi maddələr, o cümlədən nikotin, ağır metallar və insan orqanizminə təsir edən bir çox zərərli komponentlər mövcuddur. Elektron siqaretlərin tərkibində tütün olmadığı üçün onların daha az zərərli olması yanlış təsəvvürdür. Nikotinin yüksək dərəcədə asılılıq yaratması ilə yanaşı, ürək-damar, tənəffüs və sinir sisteminə mənfi təsirləri elmi araşdırmalar tərəfindən təsdiqlənib.

Müraciətdə daha sonra qeyd edilir ki, elektron siqaretlərdən havaya buraxılan buxar yalnız istifadəçi üçün deyil, ətrafdakı insanlara da təhlükə yaradır: “Bu isə xüsusilə uşaqlar, hamilə qadınlar və tənəffüs xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Bundan əlavə, elektron siqaretlərin xoş qoxusu onlardan qapalı məkanlarda istifadəsini daha da artırır. Əgər siqaretin tüstüsü və qoxusu dərhal hiss edilirsə, bu aerozollar az nəzərə çarpır. Bu səbəbdən bəzi istifadəçilər ondan ictimai yerlərdə çəkinmədən istifadə edirlər. Bu isə cəmiyyət üçün daha ciddi problem yaradır. Bu cihazlardan uzaq olun”.

Tibb elmləri doktoru, professor Musa Qəniyev elektron siqaretlərin zərərli təsiri ilə bağlı XQ-yə açıqlama verib. Bildirib ki, elektron siqaretlər yüksək dispers aerozol yaradan elektron sistemdir. Onun rezervuar hissəsindəki mayenin tərkibində nikotin, aromatik əlavələr, həlledici (məsələn: propilenqlikol, qliserin) və 10–20 faiz su olur. Bəzi markalarda bu tərkibdə tetrahidrokannabinolun olması da istisna deyildir. Elektron siqaretin buxar şəkilli aerozolunda karbonil birləşməsi, nitrozamin, xrom, nikel, kadium, gümüş, civə, alüminium, anabazin, duasetil, benzaldehid, formaldehid, və s. ümumilikdə, 4 mindən artıq maddə olur. İstifadəçi tənəffüs havası ilə aerozol buxarını ciyərlərinə çəkərkən bu maddələr onun bütün orqan və sistemlərinə yayılır. Marketinq maraqlarına görə deyilməsə də, əslində, elektron siqaretdə nikotin və digər zərərli maddələrin miqdarı göstərilən normativlərdən 10–30 faiz çox olur.

Professor elektron siqaretlərin adi siqaretlərdən daha təhlükəli olduğunu vurğulayıb:

– Bu siqareti çəkərkən buxar halında olan aerozol, ağız boşluğu və tənəffüs yolu selikli qişasını yandırdığından çox ciddi xəstəliklərə səbəb ola bilir. Elektron siqaretin xərçəng, kəskin ağ ciyər və ürək xəstəlikləri törətmə potensialı adi siqaretdən dəfələrlə yüksəkdir. Digər tərəfdən, aerozolun ultrakiçik hissəcikləri (diametri 2,5 mikromillimetrdən kiçik, yaxud həmin ölçüyə bərabər) ağ ciyər toxumasının dərinliyinə nüfuz edir, selik baryerinə təsir göstərərək mukosiliar klirensi zəiflədə, perebronxial iltihab və fibroza səbəb ola bilir. Aerozolun tərkibində olan bəzi maddələrin, xüsusən akroleinin mutagen təsir göstərməsi, xromosom aparatında ciddi dəyişikliklər törətməsi mümkündür.

Əvvəllər elektron siqaret çəkməmiş şəxs, cəmi 20 dəfə bu tüstünü ciyərlərinə alıb-verərsə, alveolların makrofaqlarında 60-dan artıq genin ekspresiyasında, irsiyyətə verilmə ehtimalı olan dəyişiklik baş verir. Aerozolun tərkibindəki formaldehidin çox güclü kanserogen (xərçəngtörətmə) olması isə, məlum həqiqətdir. Bu siqaretdən daimi istifadə, orqanizmin toxumalarını fermentlərin destruktiv təsirindən qoruyan zülal-inhibitorların aktivliyini kəskin şəkildə azaldır. Asılılıq törətmə potensialına görə isə adi siqaretdən heç də geri qalmır. Elektron siqaretdən ümumi istifadə, hepatit, vərəm və bu kimi qorxulu və öldürücü infeksiyalara yoluxmaya 100 faizli zəmin yaradır.

Belə siqaretin ağ ciyərə təsiri, klinik gedişinə görə koronavirusdan praktik olaraq fərqlənməyən atipik gedişli, ikitərəfli kəskin ağ ciyər pnevmoniyasına səbəb ola bilir. Məsələn, “Nyu York Tayms” qəzetinin 5 avqust 2019-cu il sayında haqqın-da məlumat verilən, yanvar ayına qədər 2,5 mindən artıq insanın yoluxduğu və 60 nəfərin ölümünə səbəb olan atipik pnevmoniyanın koronavirus etiologiyalı olduğu iddia olunsa da, aparılan monitorinq bunun məhz elektron siqaretlə əlaqədar olduğunu təsdiq etdi. Odur ki, bu xəstəlik ümumdünya elmi ədəbiyyatında EVALI (ing. E-ciggarete or vaping product associate lung injury) adını aldı.

Unutmaq olmaz ki, həmin siqaretdən, hətta qısamüddətli istifadə olunsa belə, ağ ciyərlərin bərpası 2–3 aya qədər, asinusların regenerasiyası isə 12 ay və daha uzun müddətə bərpa olunur. Qeyd edək ki, ölkəmizdə məhsulun 18 yaşa çatmamış şəxslərə əvəzli və ya əvəzsiz verilməsi, həmçinin 18 yaşa çatmamış şəxslər tərəfindən istifadəsi qadağandır.

M.Qəniyev bildirib ki, elektron siqaretin marketinqi hazırda əsasən internet və sosial şəbəkələr vasitəsilə edilir. Bu təbliğatın əsas istiqaməti və obyekti yeniyetmələr və uşaqlardır. Ona görə ailələr daha diqqətli olmalıdırlar. Professor açıqlamada valideynlərə müaraciət edib:

– Elektron siqaret, guya “qorxusuz su buxarı hasil edir” – fikri tamamilə yanlış və əsassızdır. Siz çalışın, övladlarınızı elektron siqaret bəlasından qoruya biləsiniz...

Ölkəmizin gəncləri arasında elektron siqaretdən istifadənin artması, səhiyyəmizin potensial problemi hesab olunmalıdır. Gənclərimizi bu bəladan qorumağın yeganə yolu, bu siqaretlərin ölkəyə gətirilməsi və istifadəsinə mütləq və qeyd-şərtsiz olaraq qadağanın qoyulmasıdır. Eyni zamanda, elektron siqaretin orqanizmə vurduğu zərər, yaratdığı fəsadlarla bağlı roliklər çəkilməli, maarifləndirici video-çarxlar hazırlanmalı, KİV nümayəndələri mütəxəssis fikirləri ilə əhalini məlumatlandırmalıdırlar.

Zərifə BƏŞİRQIZI
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 13 Fevral 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see277

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see268

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see260

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see254

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see243

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see242

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see242

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see237

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see233

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see232

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see228

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see226

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see214

“İstisu” ilə bağlı iddialar əsassızdır Su daim axır VİDEO

05 Sentyabr 2026 17:52see213

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see209

Region üzrə yeganə yüksək nəticə göstərən Emilya bu universitetin TƏLƏBƏSİ oldu FOTO/VİDEO

05 Sentyabr 2026 14:23see207

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see206

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see204

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see201

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri