Elektron Təhlükəsizlik Xidməti kiberhücumlarla bağlı vətəndaşlara müraciət edib
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Elektron Təhlükəsizlik Xidməti (ETX) haktivist qrupların kiberhücumları ilə bağlı internet istifadəçilərinə müraciət edib.
AZXEBER.COM xəbər verir ki, müraciətdə ETX bəzi qrupların kiberməkanda fəallaşması ilə əlaqədar vətəndaşları və təşkilatları kibertəhlükəsizlik qaydalarına ciddi riayət etməyə və müvafiq tədbirləri gücləndirməyə çağırıb.
Qeyd olunub ki, son günlər "Red Wolf Cyber" və "Hazi Rash" adlı haktivist qrupları müxtəlif internet resurslarına qarşı DDoS hücumları həyata keçirib. Nəticədə bəzi internet səhifələrinin fəaliyyətində qısamüddətli fasilə yaranıb.
"Bu hücumların məqsədi veb-resursların əlçatanlığını məhdudlaşdırmaq və insanlar arasında çaşqınlıq yaratmaqdır", - müraciətdə qeyd edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 10 Oktyabr 2025 20:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















