Ələt Azad İqtisadi Zonasında daha iki data mərkəzi yerləşdirilə bilər
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ələt Azad İqtisadi Zonasında xarici investorlarla əməkdaşlıq çərçivəsində daha iki data mərkəzinin yerləşdirilməsi imkanları nəzərdən keçirilir.
SİA bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, Zonanın FEZ 1 ərazisində ilkin mərhələdə 60 hektar ərazi istifadəyə hazır vəziyyətə gətirilib, 310 min kvadratmetr sənaye sahəsi zəruri infrastrukturla təmin olunub, əlavə 138 hektarlıq ərazidə isə əsas infrastruktur işləri tamamlanıb. Ərazidə günəş panellərinin istehsalı müəssisəsinin tikintisinə başlanılıb. Bu layihələr sənaye istehsalının şaxələndirilməsinə, yüksək texnologiyaların inkişafına və zonanın investisiya və ixrac potensialının genişləndirilməsinə töhfə verəcək.
Zonanın FEZ 4 ərazisində isə ümumi sahəsi 4 313 hektar olan FEZ 4 ərazisinin təxminən 750 hektarlıq hissəsində hava limanı və əlaqəli logistika infrastrukturu yaradılır. Hazırda yük terminalı, hava hərəkətini idarəetmə qülləsi, xilasetmə və yanğınsöndürmə obyektləri üzrə tikinti işləri aparılır. Hava limanının 2027-ci ilin ortalarına qədər tamamlanması nəzərdə tutulur. Layihə beynəlxalq yükdaşımaların inkişafına, zonanın nəqliyyat-logistika imkanlarının genişləndirilməsinə və ölkənin tranzit potensialının gücləndirilməsinə xidmət edəcək.
Ələt Azad İqtisadi Zonasının beynəlxalq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində, Bakı Beynəlxalq Dəniz Limanının yaxınlığında yerləşməsi yeni hava limanının logistika və ixrac imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətini artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 27 Noyabr 2026 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















