Elfsborqun futbolçusu: Sabah maksimum soyuq olacağına ümid edirəm İdman və Biz
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Bizi qarşıda maraqlı oyun gözləyir. "Qarabağ"la oyuna tam köklənmişik".
İdman.biz xəbər verir ki, bunu UEFA Avropa Liqasında "Qarabağ"la qarşılaşacaq "Elfsborq"un futbolçusu Ahmet Qasem deyib.
21 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın hücum xəttində güclü futbolçular oynadığını bildirib. Qasem yarızarafat-yarıgerçək İsveç soyuğuna ümid etdiyini vurğulayıb: "Rəqibimiz hücum xəttində güclü futbolçuları olan təcrübəli komandadır. Bununla belə, bu görüşdə qələbə qazanmaq gücündə olduğumuzu düşünürəm. Biz Borasdakı hava şəraitinə uyğunlaşmışıq, ola bilər ki, bu amil onlar üçün ürəkaçan olmasın. Oyun günü maksimum soyuq olacağına ümid edirəm".
Qeyd edək ki, "Elfsborq" - "Qarabağ" matçı sabah saat 00:00-da start götürəcək.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 11 Dekabr 2024 21:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















