Elgiz Alxanov həbs olundu SƏBƏB AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Həyat üçün şans” reabilitasiya mərkəzinin təsisçisi və rəhbəri Elgiz Alxanov həbs edilib.
Onun həbs olunmasına səbəb sözügedən mərkəzdə müalicə alan pasiyentlərdən birinin işgəncə nəticəsində ölməsidir.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.
Həmçinin, Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən villalardan birində fəaliyyət göstərən həmin reabilitasiya mərkəzinin qanuni əsaslarla fəaliyyət göstərib-göstərmədiyi də araşdırılır.
Qeyd edək ki, Bakıda və Abşeronda bir neçə reabilitasiya mərkəzləri mövcuddur ki, vətəndaşların müraciəti əsasında narkomaniya və ağ ölümlə mübarizədə onlara köməklik edirlər. Lakin bu tipli müəssisələrdə əvvəllər də bir neçə dəfə ölüm halları qeydə alınıb.//Qafqazinfo
Baxış sayı:158
Bu xəbər 06 Dekabr 2024 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















