Icma.az
close
up
RU
Elgünün anası: İstintaqın gedişindən narazı deyiləm, oğlumu döyüb öldürüblər

Elgünün anası: İstintaqın gedişindən narazı deyiləm, oğlumu döyüb öldürüblər

Icma.az, Sitat.info portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Oğlum Elgün İbrahimovun döyülərək öldürülməsi ilə bağlı istintaq davam edir. Hazırda ekspertizanın nəticələrinin məlum olması gözlənilir. Prokurorluq işi ciddi şəkildə araşdırır".

Sitat.info xəbər verir ki, bunu Gəncədə döyülərək öldürüldüyü ehtimal olunan E.İbrahimovun anası Fizzə Zeynalova deyib.

O, bütün versiyaların nəzərdən keçirildiyini və prokurorluq işçilərindən narazı olmadığını qeyd edib.

Eyni zamanda, o, sosial şəbəkələrdə yayılan Elgün İbrahimovun intihar etdiyi ilə bağlı xəbərlərin yalan olduğunu vurğulayıb.

"Mənim oğlumun intihar edə biləcəyi ilə bağlı xəbərlər əsassızdır. Hadisədən bir gün əvvəl o, son zəngə hazırlıqlar görürdü, rəqsə getmək niyyətində idi. Hər hansı bir problemi olsa, mənimlə bölüşərdi. Yayılan görüntülərə yəqin ki, baxmısınız. Onu döyüb öldürüblər", - deyə Fizzə Zeynalova bildirib.

Xatırladaq ki, Elgün İbrahimov bir neçə gün əvvəl Azərbaycan Texnologiya Universitetinin istifadə edilməyən yataqxanasının önündə tapılıb. Onun iniltili səsini yaxınlıqda olan peşə məktəbinin gözətçisi eşidib və hadisə yerinə gələn hüquq mühafizə orqanları onu xəstəxanaya çatdırıblar.

Lakin o, ertəsi gün vəfat edib. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb və araşdırmalar davam edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sitat.info
archiveBu xəbər 19 May 2025 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see217

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see206

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see191

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see181

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see168

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see162

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see161

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see159

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see158

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see154

“Tam səmimi deyəcəm: o vaxtdan bəri yalnız bir dəfə zəngləşmişik” Elvin Cəfərquliyevin ilk məşqçisi

31 Dekabr 2025 16:17see149

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see148

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see148

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see147

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see145

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see143

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see140

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see136

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see133

“Qalatasaray”da Osimhen planı: Gyökeres alternativ imiş

31 Dekabr 2025 10:46see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri