Əli Babayev: Gürcüstan ölkənin genetik koduna hopmuş həqiqi və mühafizəkar dəyərlərindən əl çəkməyəcək
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Bu ölkədə hər şeyimiz var, xüsusi tolerantlıq təcrübəmiz var və heç vaxt olmayacaq ki, Gürcüstan bu ölkənin genetik koduna hopmuş həqiqi və mühafizəkar dəyərlərindən əl çəksin. Bütün vətənpərvər həmvətənlərimizi seçkilərə birlikdə getməyə və vətənimizin suverenliyinin, dinc inkişafının, qüdrətinin lehinə olacaq seçimi etməyə səsləmək istərdim. Bu, “Gürcü arzusu”nun alternativsiz dəstəyidir”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bu barədə Bizimyol.info xəbər portalına “Gürcü arzusu”nun yaradıcılarından biri, siyasi şuranın keçmiş üzvü, Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev danışıb. Sədr qeyd edib ki, bu gün dövlət aparatı çox səmərəli işləyir.
Əli Babayev
“Bu gün hər şey ölkənin rifahı üçün edilir. Arzuların fədakar və veteran üzvü kimi mən həmişə kadrların yenilənməsinin və korrupsiyaya qarşı barışmaz mübarizənin tərəfdarı olmuşam. İnanıram ki, komanda sənə güvənəndə və özünü vicdansız aparanda, kim olursan ol, cəzanı çəkməlisən. Bu gün biz görürük ki, “Gürcü arzusu” özünü təmizləmək potensialına malikdir”-deyə Əli Babayev bildirib.
İradə Cəlil, Bizimyol.info
Baxış sayı:65
Bu xəbər 01 Oktyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















