Əli Əmirli Ən yaxşı dramaturq mükafatına layiq görülüb
525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı TÜRKSOY və “Anadolu” Qəzetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Beynəlxalq TÜRKSOY Teatr Mükafatları sahiblərinə təqdim edilib.
525.az xəbər verir ki, Türk Dünyasının müxtəlif coğrafiyalarından teatr sənətkarlarını bir araya gətirən mərasimə çok sayda iştirakçı qatılıb.
Türk Dünyasında teatr sənətinə əmək verən sənətkarları təltif etməyi hədəfə alan mükafatlar bu il 11-ci dəfə təqdim olunub. TÜRKSOY üzvü ölkələrdən müəyyənləşdirilən sənətkarlar səhnə sənətinə verdikləri dəyərli töhfələrə və uğurlu yaradıcılıqlarına görə mükafatlara layiq görülüblər.
Hər il Beynəlxalq Anadolu Teatr Mükafatları çərçivəsində təşkil olunan tədbir Türk Dünyası teatrları arasında bədii qarşılıqlı əlaqələri artırmağı, ortaq mədəni irsi səhnə sənətləri vasitəsilə görünür etməyi və teatr sahəsində əməkdaşlığı təşviq etməyi hədəfləyir.
Bu il Azərbaycandan bu mükafata Əməkdar incəsənət xadimi, professor Əli Əmirli layiq görülüb. O, 2026-cı il Beynəlxalq TÜRKSOY Teatr Mükafatlarının “Ən yaxşı dramaturq” nominasiyası üzrə laureatı olub.
Şahanə Müşfiq
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 12 Fevral 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















